İranın Şərqi Azərbaycan əyalətinin yeni başçısı təqdimat mərasimində xoşagəlməz halla üzləşib.
Bizim.Media xəbər verir ki, general Abedin Xorrəmin bu səhər İranın daxili işlər naziri Vəhidinin iştirakı ilə təqdimat mərasimi keçirilib.
Tədbirin gedişində SEPAH-ın “Aşura” korpusunun polkovniki olduğu deyilən şəxs səhnəyə çıxaraq yeni əyalət başçısına şillə vurub.
"Azad İran" Teleqram kanalı mərasim iştirakçılarının yeni əyalət başçısının lehinə və əleyhinə şüarlar səsləndirdiyini yazıb.
Bizim.Media