Türkiyədə silahlı insident olub.
Bizim.Media “Habertürk”ə istinadən xəbər verir ki, hadisə İstanbulda qeydə alınıb.
Bəyoğlu rayonunda restorana avtomobillə gələn silahlı şəxs və ya şəxslərin açdığı atəş nəticəsində 5 nəfər yaralanıb. Hadisəni törədən şəxs ərazidən uzaqlaşıb.
Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti ağırdır.
Hadisə ilə bağlı araşdırma başlanılıb.
Bizim.Media