Soçidə Rusiya Prezidenti Vladimir Putinlə İsrailin Baş naziri Naftali Bennet arasında keçirilən görüş başa çatıb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb.
V.Putinlə N.Bennetin danışıqlarının beş saatdan artıq davam etdiyi bildirib.
“Görüş müsbət aurada baş tutub. Prezident və Baş nazir ikitərəfli əlaqələri müzakirə ediblər”, - deyə məlumatda qeyd olunub
Bizim.Media