Erməni müxalifəti yeni baş nazirin namizədliyini irəli sürüb.
Bizim.Media-nın erməni mediasına istinadla xəbər verir ki, Ermənistanın 17 müxalif partiyası baş nazir postuna Vazgen Manukyanın namizədliyini irəli sürüb.
Məlumatı Ermənistanın “Vətən” partiyasının lideri Artur Vaneçyan verib:
“Qərara gəldik ki, onun namizədliyini irəli sürək, çünki Vazgen ciddi həyat yolu keçib, təcrübəsi var. Baş nazir seçilən kimi o, partiya fəaliyyətinə son qoyacaq. Bunun üçün nöbədənkənar seçkilər keçirilməlidir”.
Qeyd edək ki, Vazgen Manukyanı ermənilər “üçüncü Ermənistanın 1-ci baş naziri” adlandırır. O, 1992-93-cü illərdə Ermənistanın Müdafiə naziri də olub. Qafan əməliyyatı və Kəlbəcər işğalının müəlliflərindəndir.
Bizim.Media