Fransa Daxili İşlər Naziri Cerald Darmanen 76 məsciddə yoxlama aparılacağını açıqlayıb.
Bizim.Media Fransa mətbuatına istinadən xəbər verir ki, o, açıqlamasında bu məscidlərin separatçı qüvvələrə dəstək göstərdikləri sübuta yetirilərsə, dərhal onların fəaliyyətinə son qoyulacağını deyib.
Radikal islamçıların Fransada təşkil olunan iğtişaşlarda iştirakından sonra prezident Emmanuel Makron, ölkənin müsəlman icmasına "respublika dəyərləri" kodunu imzalamağa və İslamı siyasi bir hərəkat qismində görünməsini qınamağa çağırıb.
Qeyd edək ki, Makronun müsəlmanlara qarşı sərt ittihamları nəticəsində Moskvada da daxil olmaqla, bir çox ölkələrdə Fransa səfirliyinin qarşısında etiraz aksiyaları keçirilib.
Bizim.Media