“Substantiv danışıqlar hərtərəfli və davamlı razılaşmanın əldə edilməsi məqsədi ilə davam etməlidir”.
Bizim.Media-nın xəbərinə görə, bunu ATƏT-in fəaliyyətdə olan sədri, Albaniyanın Baş naziri və xarici işlər naziri Edi Rama ATƏT Nazirlər Şurasının videokonfrans formatında keçirilən 27-ci iclasında çıxışı zamanı deyib.
"Mən çox şükür edirəm ki, Dağlıq Qarabağda döyüşlər dayanıb və atəşkəs elan edilib. İndi götürülən öhdəliklərin yerinə yetirilməsinin vaxtıdır".
Edi Rama deyib ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında danışıqlar prosesinin yenidən başladılması təşəbbüsünü dəstəkləyir:
"İndi substantiv danışıqlar yaxşı niyyətlə, sülh yolu ilə hərtərəfli və davamlı razılaşmanın əldə edilməsi məqsədi ilə davam etməlidir", - deyə E. Rama bildirib.
Bizim.Media