Səudiyyə Ərəbistanında qadın hərbçilər krallığın tarixində ilk dəfə hərbi paradda iştirak ediblər.
Bizim.Media xəbər verir ki, bu barədə "dhakatribune" informasiya yayıb.
Krallığın paytaxtı Ər-Riyadda Səudiyyə Ərəbistanı Milli Günü münasibəti ilə hərbi parad olub. Ölkə tarixində qadın hərbçilər ilk dəfə paraddan keçiblər.
Son illər Səudiyyə Ərəbistanında qadın azadlığı ilə bağlı bir sıra islahatlar aparılıb. Ailəsindən bir kişinin razılığı olmadan qadınların xaricə getməsinə icazə verən qayda da qəbul edilib.
Bizim.Media