Türkiyəli müğənni İbrahim Tatlıses 12 il aradan sonra konsert verib.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni 2011-ci ildəki silahlı hücumdan sonra ilk dəfə Kuruçeşmədə açıq havada səhnəyə çıxıb.
Ardıcıl olaraq 3-4 konsert verməyi planlaşdıran sənətçinin musiqili gecəsinə biletlər 3 saat ərzində tükənib. Onu dinləməyə gələnlər arasında bir çox tanınmış simalar da olub.
Bizim.Media