Qafqaz Jurnalistləri Şəbəkəsi yaradılır - FOTO

Diasporla İş üzrə Dövlət Komitəsinin və "Timberwolf Phoenix" media şirkətinin təşkilatçılığı ilə “Ərazi bütövlüyü beynəlxalq hüququn bir hissəsi kimi: Azərbaycan nümunəsi” mövzusunda videokonfrans təşkil olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, Dövlət Komitəsinin rəsmi əməkdaşlarının, "Timberwolf Phoenix" media şirkətinin prezidenti Ben Minik və vitse-prezidenti İrina Tsukermanın iştirak etdiyi videokonfransda müxtəlif ölkələrdə yaşayan 40-a yaxın jurnalist, siyasi ekspertlər və digər şəxslər iştirak ediblər.

Məqsəd Azərbaycanın ədalətli və haqlı mövqeyini dəstəkləyən dünya jurnalistlərini bir araya gətirmək və Qafqaz Jurnalistləri Şəbəkəsini yaratmaqdan ibarətdir.

İrina Tsukerman və Ben Minik "Timberwolf Phoenix"in missiyası və fəaliyyəti, Azərbaycan və Ermənistan arasında müharibə zamanı “Republic-Underground” xəbər saytındakı məqalələrin baxış sayının 65 000 000-a çatması, eləcə də onlayn konfransın məqsədi barədə ətraflı məlumat veriblər.

Sonra öz fəaliyyətləri barədə təqdimatla çıxış edən hər bir jurnalist tədbirin əhəmiyyətinə diqqəti cəlb edib və Azərbaycanın ərazi bütövlüyünü tanıyan jurnalistlər şəbəkəsinin yaradılmasının önəmindən danışıblar.

Tədbir Ermənistanın Azərbaycana qarşı təcavüzünün kökləri, tarixi və hal-hazırda siyasi meydanda baş verən hadisələrə həsr olunmuş videoçarxın nümayiş olunması ilə davam edib.

Müzakirələr zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan, Rusiya və Ermənistan arasında üçtərəfli razılaşmanın təfərrüatları, ABŞ-in yeni prezidentinin bu məsələyə münasibəti, Avropa təşkilatlarının rəsmi sənədlərinin işlək mexanizmlərə malik olmaması, Azərbaycanın ərazi bütövlüyünün bərpasının nəticəsi, azərbaycanlıların ermənilərlə gələcəkdə yanaşı yaşaması, münaqişənin həllindən sonra Cənubi Qafqaz regionundakı ölkələrin iqtisadi əhəmiyyəti və perspektivləri barədə fikirlər səsləndirilib.

Birtərəfli, qərəzli yanaşmaya qarşı mübarizə aparmaq məqsədilə jurnalistlərin bir platforma ətrafında birləşməsinin vacibliyi vurğulanıb.

Sonda tədbir iştirakçıları Qafqaz Jurnalistləri Şəbəkəsinin yaradılması təklifini razılıqla qarşılayıblar.

Qeyd edək ki, Qafqaz Jurnalistləri Şəbəkəsinin əsas məqsədi Azərbaycanın haqlı mövqeyini dəstəkləyən jurnalistləri bir araya gətirmək, Azərbaycan həqiqətlərinin nüfuzlu media vasitələrilə dünyaya çatdırılmasına nail olmaq, jurnalistlərin istinad edə biləcəyi obyektiv xəbərlər və məqalələr bazasını formalaşdırmaq, tanınmış xarici jurnalistlərlə sıx əməkdaşlıq əlaqələri yaratmaqdan ibarətdir.

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İran Pakistanda müzakirələrə QATILMAYACAQ

İran Pakistanda müzakirələrə QATILMAYACAQ

Türkiyədə təlim helikopteri qəzaya uğrayıb

Türkiyədə təlim helikopteri qəzaya uğrayıb

Vensin Pakistana səfəri LƏĞV EDİLDİ

Vensin Pakistana səfəri LƏĞV EDİLDİ

Azərbaycanda bu süd məhsullarında təhlükəli maddə var? - Rəsmi açıqlama

Azərbaycanda bu süd məhsullarında təhlükəli maddə var? - Rəsmi açıqlama

Alimentdən imtina etdi, qızını öz soyadına keçirir - FOTOLAR

Alimentdən imtina etdi, qızını öz soyadına keçirir - FOTOLAR

Rusiyadan İsrailin vurduğu Livana BÖYÜK YARDIM

Rusiyadan İsrailin vurduğu Livana BÖYÜK YARDIM

Ərdoğan türkiyəli idmançını telefonla təbrik etdi: "Gözlərinizdən öpürəm" - VİDEO

Ərdoğan türkiyəli idmançını telefonla təbrik etdi: "Gözlərinizdən öpürəm" - VİDEO

Nazirdən tapşırıq: Nəzarət daha da sərtləşdiriləcək - FOTO

Nazirdən tapşırıq: Nəzarət daha da sərtləşdiriləcək - FOTO

Kahramanmaraşda məktəbə hücum edən şagirdin anası həbs edildi

Kahramanmaraşda məktəbə hücum edən şagirdin anası həbs edildi

Əhalinin NƏZƏRİNƏ: Metroda qatarların sabahkı hərəkət qrafikinə DƏYİŞİKLİKLƏR EDİLDİ

Əhalinin NƏZƏRİNƏ: Metroda qatarların sabahkı hərəkət qrafikinə DƏYİŞİKLİKLƏR EDİLDİ

Türkiyəli güləşçi 13-cü dəfə Avropa çempionu olub

Türkiyəli güləşçi 13-cü dəfə Avropa çempionu olub

Bu ərazilərdə qaz kəsiləcək

Bu ərazilərdə qaz kəsiləcək

8 iranlı qadınlarla bağlı Trampın iddiası təkzib edildi

8 iranlı qadınlarla bağlı Trampın iddiası təkzib edildi

Fermer kartlarına köçürülən 2,6 milyon manatın taleyi bəlli deyil

Fermer kartlarına köçürülən 2,6 milyon manatın taleyi bəlli deyil

Əraqçi: Bu, müharibə aktıdır…

Əraqçi: Bu, müharibə aktıdır…

Müğənni Mehinin keçmiş polkovnik-leytenant anası ilk dəfə AÇIQLAMA VERDİ - VİDEO

Müğənni Mehinin keçmiş polkovnik-leytenant anası ilk dəfə AÇIQLAMA VERDİ - VİDEO

Solovyov Melonini TƏHQİR ETDİ - Rusiya səfiri İtaliya XİN-ə çağırıldı

Solovyov Melonini TƏHQİR ETDİ - Rusiya səfiri İtaliya XİN-ə çağırıldı

Ölkə ikincisi Aylin uğurun sirrini açıqladı

Ölkə ikincisi Aylin uğurun sirrini açıqladı

Qatar yoluna düşüb həlak olan 22 yaşlı gənc imiş

Qatar yoluna düşüb həlak olan 22 yaşlı gənc imiş

SON DƏQİQƏ: Kosovo SEPAH-ı terror təşkilatı kimi TANIDI

SON DƏQİQƏ: Kosovo SEPAH-ı terror təşkilatı kimi TANIDI

Papikyan Gürcüstana rəsmi səfərə gedib

Papikyan Gürcüstana rəsmi səfərə gedib

"Axşam yemək olmaz" qadağası artıq KÖHNƏLİB

"Axşam yemək olmaz" qadağası artıq KÖHNƏLİB

Madyar NƏ VAXT vəzifəsinin başına keçəcək? - TARİX açıqlandı

Madyar NƏ VAXT vəzifəsinin başına keçəcək? - TARİX açıqlandı

Rəqsanənin qızları küsülü imiş...

Rəqsanənin qızları küsülü imiş...

End of content

No more pages to load

RADİO