Son günlərdə COVİD-19-a yoluxanların sayında kəskin artım nəzərə alınaraq Bakı şəhərində növbəti dezenfeksiya tədbirləri görüləcək.
Bu barədə Bizim.Media-ya Bakı şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, noyabrın 28-də kommunal xidmətlərin xüsusi texnikası və əməkdaşları tərəfindən paytaxt üzrə əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.
Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixlərdə küçəyə çıxmamaq xahiş olunur.
Bizim.Media