Dünyanın 1 nömrəli raketka ustası Novak Cokovic US OPEN turnirində finala yüksəlib.
Bizim.Media xəbər verir ki, serbiyalı tennisçi üç saat yarım davam edən yarımfinalda almaniyalı Aleksandr Zverevi məğlub edib - 4:6, 6:2, 6:4, 4:6, 6:2.
Cokoviç finalda rusiyalı Daniila Medvedevlə qarşılaşacaq.
Qeyd edək ki, Novak Cokoviç US OPEN-də 3 dəfə çempionluq sevinci yaşayıb.
Bizim.Media