“Ermənistana qarşı sanksiyalar tətbiq edilsəydi, müharibə baş verməzdi” - Azərbaycan Prezidenti

“BMT ilə bizim fəal qarşılıqlı əlaqəmiz Ermənistanın təcavüzü nəticəsində başlamışdır və 1993-cü ildə Təhlükəsizlik Şurasının məşhur qətnamələri qəbul olunub”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi Vladanka Andreyevanı qəbul edərkən deyib.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev BMT-nin Azərbaycanda yeni rezident əlaqələndiricisi ilə görüşdü


Dövlət başçısı bildirib ki, bu, çox müsbət addım idi, erməni təcavüzünə toxunularaq bizə dəstəyin çox ümidverici bir jesti idi:

“Bizim beynəlxalq səviyyədə tanınan ərazilərimizdən erməni qoşunlarının dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələbi Təhlükəsizlik Şurasının çox mühüm siyasi bir jesti idi. Lakin, əfsuslar olsun ki, bu qətnamələr icra olunmamışdır və sizin də yəqin bildiyiniz kimi, Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizminin olmaması məsələsini mən şəxsən dəfələrlə qaldırmışam. Bəzi hallarda qətnamələr qısa müddət ərzində icra olunur, lakin bizə gəldikdə onlar beynəlxalq iştirakçılar tərəfindən ümumiyyətlə icra olunmamışdır.

Xüsusilə bizi narahat edən və Azərbaycan cəmiyyətinin anlamaqda çətinlik çəkdiyi məsələ o idi ki, bu qətnamələri qəbul edənlər, Təhlükəsizlik Şurasının daimi üzvü olan beş ölkədən üçü ATƏT-in Minsk qrupuna həmsədr olan və hələ də həmsədrlik edən ölkələrdir. Onlar özləri bu qətnamələri qəbul etmişdir. Bu qətnamələrin həyata keçirilməsinə imkan yaratmaq üçün onların mandatı var idi. Lakin, əfsuslar olsun ki, 28 il ərzində Minsk qrupu çox imkanları əldən verib. Bir çox hallarda mən Ermənistana qarşı sanksiyaların tətbiq edilməsi məsələsini qaldırmışdım. Çünki, düşünürdüm ki, bu, toqquşmanın, müharibənin qarşısının alınması üçün bir yol ola bilərdi. Biz məsələni sülh yolu ilə həll etmək istəyirdik. Ötən il, müharibədən cəmi bir neçə gün əvvəl, Baş Assambleyada çıxış edərkən mən beynəlxalq birliyi xəbərdar edərək, Ermənistanın müharibəyə hazırlaşdığını dedim.

Bu təbliğat deyildi, Ermənistanın müharibədən əvvəlki aylar ərzində davranışının real təhlilin nəticəsi idi.

Əfsuslar olsun ki, mən haqlı çıxdım. Ona görə də, əgər Ermənistana qarşı vaxtında sanksiyalar tətbiq edilsəydi, əgər Minsk qrupunun həmsədrləri, dünyanın üç aparıcı ölkəsi potensialının 5 faizini Ermənistanı öz işğalçı qüvvələrini geri çəkməyə inandırmağa və ya məcbur etməyə istifadə etsəydi, müharibə baş verməzdi. Odur ki, müharibəyə görə məsuliyyət yalnız Ermənistanın üzərində deyil, həmçinin onu beynəlxalq hüquqa riayət etməyə məcbur edə bilməyən və ya bunu etmək istəməyənlərin üzərinə düşür”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Əhaliyə XƏBƏRDARLIQ - Yeni dələduzluq üsulu yayılıb - DİQQƏTLİ OLUN!

Əhaliyə XƏBƏRDARLIQ - Yeni dələduzluq üsulu yayılıb - DİQQƏTLİ OLUN!

Tramp: “İran bizə lazım olan razılaşma ilə gəlmir”

Tramp: “İran bizə lazım olan razılaşma ilə gəlmir”

Elçin Əmirbəyov: “Azərbaycan qazının Avropaya ixracı ikiqat arta bilər”

Elçin Əmirbəyov: “Azərbaycan qazının Avropaya ixracı ikiqat arta bilər”

Tovuzda FACİƏ - Ərinin məzarını ziyarət edən qadının ürəyi dayandı

Tovuzda FACİƏ - Ərinin məzarını ziyarət edən qadının ürəyi dayandı

Oskar mükafatında süni intellektə məhdudiyyət qoyulub

Oskar mükafatında süni intellektə məhdudiyyət qoyulub

İran daha iki İsrail casusunu edam etdi

İran daha iki İsrail casusunu edam etdi

Meloni yaxın günlərdə Bakıya gələcək

Meloni yaxın günlərdə Bakıya gələcək

“Moskvaya təzyiqin davam etdirilməsi vacibdir” - Zelenski

“Moskvaya təzyiqin davam etdirilməsi vacibdir” - Zelenski

Elçin Əmirbəyov: “Hörmüz böhranından sonra Azərbaycan–İtaliya enerji əməkdaşlığı strateji əhəmiyyət kəsb edir”

Elçin Əmirbəyov: “Hörmüz böhranından sonra Azərbaycan–İtaliya enerji əməkdaşlığı strateji əhəmiyyət kəsb edir”

“Beşiktaş” səfərdə qalib gəldi

“Beşiktaş” səfərdə qalib gəldi

Manatın məzənnəsi ilə bağlı KRİTİK PROQNOZ

Manatın məzənnəsi ilə bağlı KRİTİK PROQNOZ

Kofe sevənlərə ŞAD XƏBƏR - Faydaları BƏLLİ oldu

Kofe sevənlərə ŞAD XƏBƏR - Faydaları BƏLLİ oldu

Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb - FOTO

Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb - FOTO

Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

Ciddi problemin SİQNALI - Şişkinlik nə vaxt təhlükəlidir?

Ciddi problemin SİQNALI - Şişkinlik nə vaxt təhlükəlidir?

Kral III Çarlzın 56 il əvvəl ABŞ-da başına nə iş gəlmişdi? - FOTO

Kral III Çarlzın 56 il əvvəl ABŞ-da başına nə iş gəlmişdi? - FOTO

İtkin düşən 61 yaşlı qadın axtarılır - FOTO

İtkin düşən 61 yaşlı qadın axtarılır - FOTO

Türkiyə millisi iki yoxlama oyunu keçirəcək

Türkiyə millisi iki yoxlama oyunu keçirəcək

Putin–Tramp danışığı fonunda 400 milyonluq MESAJ – Ukrayna üçün nə VƏD EDİR?

Putin–Tramp danışığı fonunda 400 milyonluq MESAJ – Ukrayna üçün nə VƏD EDİR?

Azərbaycanda tikinti sahəsində icazə prosedurları müzakirə olunub- FOTOLAR

Azərbaycanda tikinti sahəsində icazə prosedurları müzakirə olunub- FOTOLAR

Naxçıvanda FHN əməkdaşı faciəli şəkildə həyatını itirdi - FOTO

Naxçıvanda FHN əməkdaşı faciəli şəkildə həyatını itirdi - FOTO

Sevillə Sevincin başına İŞ GƏLDİ: “Atışmaların səsi qulağımdadır” - VİDEO

Sevillə Sevincin başına İŞ GƏLDİ: “Atışmaların səsi qulağımdadır” - VİDEO

Bakıdan Dubaya uçuşlar bərpa edilir - Tarix açıqlandı

Bakıdan Dubaya uçuşlar bərpa edilir - Tarix açıqlandı

Xarici diplomatlar Laçında - FOTO/VİDEO

Xarici diplomatlar Laçında - FOTO/VİDEO

End of content

No more pages to load

RADİO