Türkiyəli məşhur müğənni Seda Sayan ərə getmək istədiyini deyib.
Bizim.Media Türkiyə KİV-nə istinadən xəbər verir ki, o, bu barədə jurnalistlərlə söhbəti zamanı deyib. İfaçı bildirib ki, qarşısına normal insan çıxsa o, bu addımı atmaq barədə düşünəcək.
“7 rəqəminin əlamətləri çox gözəldir. Yeddini tanımalıyam, yaşamalıyam. Bu günə kimi heç bir kişi yatağıma səhər yeməyi gətirməyib. Məni xoşbəxt etmək çox asandır".
Bizim.Media