Loyallaşan Taliban – Super güclər TERROR təşkilatını hakimiyyətə niyə gətirdi?

Bir neçə gün öncə Talibanın Əfqanıstanın patyaxtı Kabilə daxil olması və faktiki olaraq Əfqanıstanda hakimiyyəti ələ alması dünya miqyasında ciddi narazılıqla qarşılanır. Xüsusilə ABŞ kimi son 20 il ərzində Əfqanıstanda hərbi əməliyyatlar aparan dövlətlərin Talibanla razılığa gəlməsi vəziyyəti daha da anlaşılmaz edir. 

Böyük güclərin bir vaxtlar terror təşkilatı kimi tanınan Talibanla bir masaya oturulması, Talibanın legitimliyini tanımaq barədəki açıqlamaları bərabərində bəzi suallar doğurur: Əgər Taliban terror təşkilatıdırsa, o zaman ABŞ, Rusiya və Çin kimi dövlətlər niyə onlarla danışığa gedir?!

Taliban son 20 illik dövrdə ciddi şəkildə strateji dəyişikliyə məruz qalıb.
 

90-cı illərdə Taliban daha çox radikal ideyaları ilə tanınırdı və təşkilatın yaradıcısı Molla Ömər təkcə Əfqanıstanda yox, bütün regionda islami ideyaların ekspansiyasının tərəfdarı idi.


Lakin 2001-ci ildən sonra Talibanın radikal ideyalardan tədricən uzaqlaşdığı müşahidə edilirdi. Qurplaşmanın yeni rəhbəri Heybətullah Axundzadə Molla Ömərlə müqayisədə daha neytral və yumşaq strateji xətti mənimsəmişdi. Artıq Taliban bütün regionda İslam Əmirliyi yaratmaq üçün yox, daha lokal səviyyədə Əfqanıstanda hakimiyyəti ələ keçirmək uğurunda mübarizə aparırdı.

Taliban ABŞ, Rusiya və Çin üçün bir İŞİD nümunəsi deyil.

Talibanın yumşalması prosesində İŞİD-in ortaya çıxmasının təsiri çox böyükdür. Radikal İslamın əsas müdafiəçisi olan İŞİD bütün yaxın şərqdəki radikal qrupları öz təsir dairəsinə saldı və nəticədə cihad uğurunda mübarizə aparmaq istəyən radikal militanlar Suriyaya yönəldi. Bu proses Talibanın və xüsusilə də Əfqanıstanın radikal ünsürlərdən təmizlənməsi prosesinə müsbət təsir göstərdi. Talibanın mübarizəsi isə İŞİD-ə nəzərən daha qəbulolunan forma almağa başladı.

Talibanın Orta Asiya və Sintizyan-Uyğur bölgəsindəki müsəlman qruplara təsir gücü yoxdur.
 

Əvvəllər ABŞ, Rusiya və Çin üçün Talibanı təhlükəli edən əsas məsələ qruplaşmanın digər radikal islami qruplarla olan əlaqəsi idi.


Lakin indiki anda Əfqanıstanda lokallaşmış Talibanın bu cür əlaqələri mövcud deyil. Orta Asiyadakı və Sintizyan-Uyğurdakı radikal islamçılar isə İŞİD-ə biət edib və Talibanı tanımır. ABŞ, Rusiya və Çin üçün Talibanın bölgədə hakimiyyətə gəlməsi hər hansı problem yaratmır. 

Talibanın Əfqanıstanda “mərkəzi dövlət” anlayışını bərpa edəcək yeganə gücdür.

Hər nə qədər İslami qaydaların dəstəkçisi olsa da, Taliban Əfqanıstanda yerli xalqın dəstəyinə sahibdir. Böyük güclər üçün Əfqanıstanın nəzarətsiz bir yer olması daha təhlükəlidir, nəinki islami qaydalarla idarə olunması. Əfqanıstanda mərkəzi dövlətin yaranması və burdakı proseslərə nəzarət etməsi ABŞ, Rusiya və Çin, eyni zamanda beynəlxalq təşkilatlar üçün olduqca önəmlidir. Çünki artıq Əfqanıstanda Talibanın simasında öhdəlik götürə biləcək və bu öhdəlikləri yerinə yetirə biləcək bir güc var.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistanın Qarabağda törətdiyi 6 EKOLOJİ TERROR – Zəhərlənən Oxçuçay, baltalanan Bəsitçay


Talibanın hakimiyyətdə olması Əfqanıstanın etnik-parçalanma riskindən xilas edir.

Son 20 ildə ciddi şəkildə lokallaşan Taliban digər etniklərə münasibətini də köklü sürətdə dəyişib. Əfqanıstanda əhalinin böyük hissəsi Sünni islam inancının daşıyıcılarıdır. Bu baxımdan fərqli regionlarda yaşayan etnik qrupları dini birlik altında toplamaq daha uğurlu yanaşma hesab edilə bilər.

Bu ən azından 20 illik Əfqanıstan hökümətinin klanlaşmış siyasi kursuna nəzərdən daha uğurludur.


Talibanla münasibətlərin uzun müddətdə uğurlu olub olmayacağını zaman göstərəcək. Ancaq reallıq odur ki, indiki anda Talibanın Əfqanıstandakı varlığı böyük güclərin maraqlarına xidmət edir.

Rəvan Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Klinikadan klinikaya uzanan QALMAQAL - Nigar Məhəmmədovanın adı yenə ÖLÜM işində? – ARAŞDIRMA

Klinikadan klinikaya uzanan QALMAQAL - Nigar Məhəmmədovanın adı yenə ÖLÜM işində? – ARAŞDIRMA

İsveçrə səfirliyi 236 min dolların hesabatını verəcəkmi? – FOTO

İsveçrə səfirliyi 236 min dolların hesabatını verəcəkmi? – FOTO

“Atletiko”dan gözlənilməz məğlubiyyət - VİDEO

“Atletiko”dan gözlənilməz məğlubiyyət - VİDEO

Bu telekanalın qadın aparıcısına 8 il həbs cəzası verildi

Bu telekanalın qadın aparıcısına 8 il həbs cəzası verildi

Yeni nazir müavinləri kimlərdir? – DOSYE

Yeni nazir müavinləri kimlərdir? – DOSYE

Şabrandakı qəzalı məktəblə bağlı AÇIQLAMA - FOTO

Şabrandakı qəzalı məktəblə bağlı AÇIQLAMA - FOTO

Ruben Vardanyanın məhkəməsi bu tarixdə keçiriləcək

Ruben Vardanyanın məhkəməsi bu tarixdə keçiriləcək

Bakıda ilyarımdır direktorsuz qalan məktəbə TƏYİNAT

Bakıda ilyarımdır direktorsuz qalan məktəbə TƏYİNAT

Azərbaycan qazını idxal edən 11 NATO ölkəsi – SİYAHI

Azərbaycan qazını idxal edən 11 NATO ölkəsi – SİYAHI

Xocalı, Hadrut və Qırmızı Bazara köç karvanları yola salındı - FOTO

Xocalı, Hadrut və Qırmızı Bazara köç karvanları yola salındı - FOTO

Naxçıvanda ƏMƏLİYYAT: İrandan Türkiyəyə gedən yük maşını yoxlamaya cəlb edildi – FOTO

Naxçıvanda ƏMƏLİYYAT: İrandan Türkiyəyə gedən yük maşını yoxlamaya cəlb edildi – FOTO

Prokurorluqdan klinikadakı ölümlə bağlı AÇIQLAMA

Prokurorluqdan klinikadakı ölümlə bağlı AÇIQLAMA

Musa Qurbanlı Premyer Liqanın tarixinə düşdü

Musa Qurbanlı Premyer Liqanın tarixinə düşdü

Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

Ağdamda yeni yaşayış komplekslərinin tikintisinə başlanıldı - FOTO

Ağdamda yeni yaşayış komplekslərinin tikintisinə başlanıldı - FOTO

İlhamiyyə Rza TV-dən Mehriban Ələkbərzadəyə görə gedib? - AÇIQLAMA

İlhamiyyə Rza TV-dən Mehriban Ələkbərzadəyə görə gedib? - AÇIQLAMA

Uşaq evində azyaşlı qızılcadan dünyasını dəyişdi – VİDEO

Uşaq evində azyaşlı qızılcadan dünyasını dəyişdi – VİDEO

Gəncədə dəm qazından zəhərlənən tələbə qızların SON DURUMU

Gəncədə dəm qazından zəhərlənən tələbə qızların SON DURUMU

Vüsaləyə ikinci dəfə böyrək köçürülüb: “Dedilər, marta qədər vaxt var…” - VİDEO

Vüsaləyə ikinci dəfə böyrək köçürülüb: “Dedilər, marta qədər vaxt var…” - VİDEO

Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ - Tarix AÇIQLANDI

Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ - Tarix AÇIQLANDI

Bu yolda sürət həddi endirildi – SƏBƏB

Bu yolda sürət həddi endirildi – SƏBƏB

Bakı-Sumqayıt yolunda zəncirvari qəza: 3 avtomobil toqquşdu - VİDEO

Bakı-Sumqayıt yolunda zəncirvari qəza: 3 avtomobil toqquşdu - VİDEO

İşdən çıxarılan nazir müavinlərinin yerinə - Onlar gətirildi

İşdən çıxarılan nazir müavinlərinin yerinə - Onlar gətirildi

İlham Əliyev litvalı həmkarını təbrik etdi

İlham Əliyev litvalı həmkarını təbrik etdi

End of content

No more pages to load

RADİO