Müğənni Nadir Qafarzadə "Maral" mahnısının ona gətirdiyi uğurdan danışıb
Bizim.Media xəbər verir ki, "Özəl" proqramında qonaq olan müğənni mahnını ifa etdikdən sonra maddi durumunun daha da yaxşılaşdığını deyib.
"Mahnı 2013-cü ildə mənə təqdim edildi. Bunu Türkiyədə bir şəxs öz xanımı üçün yazmışdı.
Dedim ki, mən Flora Kərimova ilə oxumuşam, Füzuli kontatası ifa etmişəm, indi bunu necə oxuyum? Oxuyandan sonra da mənim üstümə çox gəldilər, təhqir etdilər. Amma mahnı sevildi.
N.Qafarzadənin sözlərinə görə, “Maral”dan başqa ona heç bir mahnısı pul qazandırmayıb:
“Onunla Rusiyanı gəzdim, Dağıstana qədər gedib çıxdım, yəhudi, oliqarx toylarında çıxış etdim. "Vağzalı" yerinə "Maral"la gəlinlər içəri girirdi. "Maral"la həyatımı qurdum, ev aldım, övladımı oxutdurdum”.
Bizim.Media