Paşinyanın sərsəmlik ritorikası – Nikol yenə sözündən qaçır

Ermənistanda yenidən baş nazir seçilən Nikol Paşinyan müharibədən öncəki günlərini xatırlatmağa başlayıb. Belə ki, erməni lider yenidən sərsəm bəyanatları ilə gündəmə gəlib. Özü də bir yox, bir neçə absurd fikirlərlə.

Belə ki, Ermənistanın hökumət başçısı ölkənin yeni parlamentində sabitlik yaratmamış, nazirlər kabinetinə əl gəzdirməyə başlayıb. Bu minvalla da müharibədən sonra taxtını qorumaq üçün öz adamı olan Vaqarşak Arutyunyan yerinə yenə də yaxın tərəfdaşlarından olan Arşak Karapetyanı müdafiə naziri təyin edib. Sözügedən məsələnin müzakirəsi zamanı isə Nikolun səsləndirdiyi fikirlərin sonu yenidən Azərbaycana bağlanıb.

“Bakı İrəvanın ətrafında diktə edən tərəf imici yaradır”

Dünənki görüşlərdə Paşinyanın ilk reallıqdan uzaq bəyənatı məhz bu cür olub. Onun sözlərinə görə guya Azərbaycan Ermənistan ərazilərinə girməklə dünyada bölgənin söz sahibi olduğu təəssüratını yaradır. Amma əslində belə deyilmiş. Hər şey Paşinyanın nəzarəti altında imiş.
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyana verilən SON TAPŞIRIQ: “Rus əsgəri yaralanmalı və ya öldürülməlidir...”


Bundan sonra da “Ermənistanın ərazi bütövlüyünü” qorumaq üçün əlindən gələn hər yola baş vurulacağını bildirən Paşinyan ölkəsinin “suverenliyi” üçün istənilən addımı ata biləcəyini bəyan edib.

Daha sonra isə mövzu Nikolun yaralı yeri olan Zəngəzur dəhlizinə gəlib. Belə ki, erməni lider Azərbaycanı Naxçıvanla birləşdirəcək dəhlizin ölkəsinin ərazi bütövlüyünün pozulması demək olduğunu bildirib. Eyni zamanda, guya ki, Ermənistan bölgədə kommunikasiyaların bərpasında maraqlıdır və Nikolun absurd erməni təfəkkürünə görə problemin səbəbkarı da məhz Azərbaycandır.

Bundan əlavə söylədiyi yalanlarla xalqın səsini qazanan Nikol yenə də alnına vurulmuş “xain” damğasından yaxa qurtarmaq üçün haqqında səsləndirilən Zəngəzurla bağlı heç bir gizli sövdələşmənin olmadığını qeyd edib.

Son söylənən gizli razılaşmanın olmadığı xaricində Paşinyanın nitqində heç bir doğru məqam özünə yer tapmayıb. Təbii ki, hər kəsdən gizli, amma erməni xalqına aşikar olan hər hansı anlaşma mövcud deyil. Heç buna ehtiyac da yoxdur. Çünki Nikolun özünün bütün dünyanın gözü önündə imza atdığı həm 10 noyabr, həm də 11 yanvar bəyanatlarında bölgədə kommunikasiya xətlərinin bərpa edilməsi öz əksini tapıb. 

Digər yalanlara gəlincə...

Hər kəsə məlumdur ki, müharibə məğlubu Nikol Paşinyanın nitqinə pafos verən detallar arxasına aldığı Qərb rüzgarının nəticəsidir. Onu hakimiyyətə gətirmək üçün milyonlarını xərcləyən Sorosa sərf edən nədirsə, Nikol üçün tək gerçəklik odur. Azərbaycanın qələbəsi və haqlı tələbləri isə Paşinyanın sahiblərinə 3 səbəbdən sərf etmir:

Birincisi, Azərbaycan Qərbin uzun illərdir “sülh yolu” adlandırdığı fəaliyyətsizliklərindən cana gələrək, öz problemini özü həll etdi. Bu isə Paşinyanı hakimiyyətə gətirən gücə heç cür sərf etmirdi.

İkincisi, bölgədə kommunikasiyaların bərpası Şərq ölkələrinin inkişafında mühüm rol oynayacaq. Təbii ki, təkqütblü dünyalarının dağılmasına mane olmaq istəyən Qərb öz piyadası olan Paşinyanla oyunun gedişatına təsir etməyə çalışır.

Üçüncüsü, Ermənistanda Nikolun diktaturasını yaratmaqla bölgədə möhkəmlənə biləcəyini zənn edən Qərb, öz adamının taxtını qorumaq üçün seçkilərdən əvvəl verdiyi vədlərin, hakimiyyətə gəldikdən sonra da ardının gəlməsini istəyir. Bununla da, Paşinyanın müxalifləri qarşısında əli daha da güclənə və uzumüddətli hakimiyyətinin təməllərini ata bilər.
 

Lakin Paşinyanın səsini gur çıxaran səbəblərin nə olmasından asılı olmayaraq, əslində xalqı qarşısında “güclü lider” imici yaratmağa çalışan elə Nikolun özüdür. Daha əvvəldə də, mitinqlərində çəkic sallamaqla, qanunverici orqandakı 35 müxalif deputatın səsini kəsmək üçün parlamentə ordu yeritməklə, indi isə bu cür sərsəm açıqlamalarla Paşinyanın kiçik adamın böyük kölgəsini yaratmağa çalışdığı aydın görünür.


Buna baxmayaraq Ermənistanda hazırki vəziyyət böyük Çin filosofu Konfutsinin min illər əvvəl dediyi kimidir:

“Bir yerdə ki, kiçik insanların böyük kölgəsi var, deməli orada günəş batmaq üzrədir”.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Avropada ən ucuz qiymətə istirahət edə biləcəyiniz yerlər

Avropada ən ucuz qiymətə istirahət edə biləcəyiniz yerlər

“Arsenal”dan “Beşiktaşa keçir

“Arsenal”dan “Beşiktaşa keçir

Fatiməni qətlə yetirən şəxs Türkiyədə saxlanıldı

Fatiməni qətlə yetirən şəxs Türkiyədə saxlanıldı

MİQ-də iştirak üçün ödəniş qaydası AÇIQLANDI

MİQ-də iştirak üçün ödəniş qaydası AÇIQLANDI

Ağdamdakı faciənin acı TƏFƏRRÜATI: Batan şəxs şəhid övladıdır

Ağdamdakı faciənin acı TƏFƏRRÜATI: Batan şəxs şəhid övladıdır

FİFA oyunların vaxtını dəyişmədi

FİFA oyunların vaxtını dəyişmədi

İsmayıllıdakı ölümcül qəzada sağ qalan şəxslə bağlı AÇIQLAMA

İsmayıllıdakı ölümcül qəzada sağ qalan şəxslə bağlı AÇIQLAMA

İsmayıllıda ağır qəzada ölənlərin FOTOSU

İsmayıllıda ağır qəzada ölənlərin FOTOSU

Lənkəranda açıq sahədə güclü yanğın başladı - FOTO

Lənkəranda açıq sahədə güclü yanğın başladı - FOTO

İki qardaş ölkənin birgə hərbi təlimi keçirildi - FOTO

İki qardaş ölkənin birgə hərbi təlimi keçirildi - FOTO

Pezeşkian Xameneiyə şərt qoydu – “Yerinə yetirilməsə, istefa verəcəm”

Pezeşkian Xameneiyə şərt qoydu – “Yerinə yetirilməsə, istefa verəcəm”

"Arzum" ilk dəfə danışdı: "Hələ də şokdayam"

"Arzum" ilk dəfə danışdı: "Hələ də şokdayam"

Çində bu gündən yanacaq kəskin UCUZLAŞIR

Çində bu gündən yanacaq kəskin UCUZLAŞIR

İraqda bütün silahlar dövlət nəzarətinə keçəcək

İraqda bütün silahlar dövlət nəzarətinə keçəcək

ABŞ - İran danışıqları yenidən başlayır – TARİX AÇIQLANDI

ABŞ - İran danışıqları yenidən başlayır – TARİX AÇIQLANDI

“İmişli” braziliyalı legioneri göndərdi

“İmişli” braziliyalı legioneri göndərdi

Şəkidə yeni Dövlət Proqramının hədəflərinə uyğun olaraq heyvandarlığın inkişafı diqqət mərkəzindədir - FOTO

Şəkidə yeni Dövlət Proqramının hədəflərinə uyğun olaraq heyvandarlığın inkişafı diqqət mərkəzindədir - FOTO

Əhvalı havadan asılı olanların NƏZƏRİNƏ

Əhvalı havadan asılı olanların NƏZƏRİNƏ

“Qarabağ”ın yeni transferi Bakıya gəldi

“Qarabağ”ın yeni transferi Bakıya gəldi

Ermənistan Konstitusiya Məhkəməsi müxalifətin seçki şikayətini RƏDD ETDİ - VİDEO

Ermənistan Konstitusiya Məhkəməsi müxalifətin seçki şikayətini RƏDD ETDİ - VİDEO

ABŞ-də anomal istilər səbəbindən minlərlə insan İŞIQSIZ QALIB

ABŞ-də anomal istilər səbəbindən minlərlə insan İŞIQSIZ QALIB

Ağdamda batan ata və iki övladının meyiti sudan çıxarıldı

Ağdamda batan ata və iki övladının meyiti sudan çıxarıldı

“Sabah” qanalı futbolçu ilə müqavilə imzaladı

“Sabah” qanalı futbolçu ilə müqavilə imzaladı

Ərdoğan Şahbaz Şərifi sarayında qəbul etdi - FOTO

Ərdoğan Şahbaz Şərifi sarayında qəbul etdi - FOTO

End of content

No more pages to load

RADİO