"Arsenal" "Brayton"un müdafiəçisi Ben Uaytı transfer edib.
Bizim.Media xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
Bildirilbi ki, 23 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. İngilis oyunçu yeni klubunda 4 nömrəli forma ilə çıxış edəcək.
London təmsilçisinin bu transfer üçün 50 milyon funt sterlinq ödədiyi bildirilir.
Qeyd edək ki, Uayt ötən mövsüm Premyer Liqada 36 oyuna çıxıb.
Bizim.Media