Təhsil İnstitutunun direktorundan MİQ imtahanları ilə bağlı AÇIQLAMA

“Sosial şəbəkələrdə müəllimlərin işə qəbulu imtahanları ilə bağlı yayılmış suallar təhrif olunmuş şəkildə göstərilib və keçirilən imtahanlara heç bir aidiyyəti yoxdur”.

Bizim.Media xəbər verir ki, bunu Müəllimlərin İşə Qəbulu ( MİQ) imtahanları ilə bağlı Azərbaycan Respublikası Təhsil İnstitutunun direktoru Rüfət Əzizov mətbuata açıqlamasında bildirib.

O qeyd edib ki, 60.000-dən çox şəxsin müraciət etdiyi və indiyə qədər 40.000-ə yaxın namizədin iştirak etdiyi müəllimlərin işə qəbulu imtahanları 5 iyul tarixindən etibarən həyata keçirilir:

“Qaydalara uyğun olaraq hər bir imtahanın növbəti günü namizəd apellyasiyaya müraciət edə bilər. Apellyasiyada və sosial şəbəkələrdə ən çox narahatçılıq doğuran məsələləri nəzərə alaraq, ARTİ tərəfindən müəllimlərin işə qəbulu müsabiqəsinin imtahan mərhələsində istifadə edilmiş sualların elmi-statistik təhlili aparılıb. Aparılmış elmi-statistik təhlil çərçivəsində müxtəlif fənlər üzrə 5040 test tapşırığı əhatə olunmaqla sualların məzmun xüsusiyyətləri, çətinlik dərəcəsi və diskriminasiya əmsalı təhlil edilib. 
 

MÖVZU İLƏ BAĞLI:

MİQ üzrə imtahanda ən yüksək bal topladı - FOTO


Təhlillər zamanı suallarda səhvlər aşkar olunmayıb, yalnız sualların müxtəlif günlər (cəmi 3 seans) və cəmi 2 fənn üzrə çətinlik fərqi olduğu müəyyən edilib.

Elmi-statistik təhlillər göstərib ki, 12 iyul tarixində keçirilmiş ibtidai sinif, 23 və 26 iyul tarixlərində keçirilmiş Azərbaycan dili və ədəbiyyat müəllimliyi üzrə seanslarda istifadə edilmiş test tapşırıqları bu fənlər üzrə digər tarixlərdə keçirilmiş seanslarda istifadə edilmiş test tapşırıqlarından çətinlik dərəcəsinə görə fərqlənir. 

Sosial şəbəkələrdə müəllimlərin işə qəbulu imtahanları ilə bağlı yayılmış suallar təhrif olunmuş şəkildə göstərilib və keçirilən imtahanlara heç bir aidiyyəti yoxdur. 

Bəzi fənlər üzrə, məsələn riyaziyyat fənni üzrə də namizədlər sualların çətinlik dərəcəsi haqqında fikir bildiriblər. Nəzərinizə çatdıraq ki, ARTİ tərəfindən bütün fənlər üzrə təhlillər aparılıb və bildiririk ki, digər fənlər üzrə müxtəlif tarixlərdə keçirilən imtahan suallarının çətinlik dərəcəsində fərq ortaya çıxmayıb.

Bununla da digər fənlər üzrə imtahan verən namizədlər üçün bərabər rəqabət mühiti yaradılıb. Bərabər və sağlam rəqabət mühitinin yaradılması bizim əsas prinsiplərimizdən biridir.
 

Bütün qeyd olunanları nəzərə alaraq bildirmək istərdik ki, imtahanlar ləğv olunmur, yalnız 12 iyul tarixində keçirilmiş ibtidai sinif, 23 və 26 iyul tarixlərində keçirilmiş Azərbaycan dili və ədəbiyyat müəllimliyi imtahanlarında iştirak etmiş namizədlərə əlavə imtahan imkanı yaradılır.


Bu seanslarda texniki xüsusiyyətləri baxımından fərqlənən test tapşırıqlarına görə namizədlərə əlavə ballar veriləcək. İmtahanlarda iştirak könüllü xarakter daşıyır.

Təkrar olaraq imtahanlarda iştirak edən namizədlərin "vakansiya seçimi mərhələsində son imtahan nəticəsi nəzərə alınacaq. Təkrar imtahan vermək arzusunda olan namizədlər 28 iyul saat 11:00-dan 30 iyul saat 23:59-dək şəxsi səhifəyə daxil olaraq “Müraciət et” butonuna klikləməklə qeydiyyatdan keçərək təkrar imtahanda iştirak edə bilər”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana GƏTİRİLDİ

Axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana GƏTİRİLDİ

Pakistan XİN başçısı ABŞ-İran razılaşmalarının TƏFƏRRÜATINI AÇIQLADI

Pakistan XİN başçısı ABŞ-İran razılaşmalarının TƏFƏRRÜATINI AÇIQLADI

Tramp Hörmüz boğazı ilə bağlı iranlılara xəbərdarlıq etdi

Tramp Hörmüz boğazı ilə bağlı iranlılara xəbərdarlıq etdi

Vens: Son bir neçə saat ərzində İranla danışıqlarda irəliləyiş əldə etdik

Vens: Son bir neçə saat ərzində İranla danışıqlarda irəliləyiş əldə etdik

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Qəbələdə qəhrəman zabit Kənan Mustafayevin xatirəsi anıldı - FOTO

Qəbələdə qəhrəman zabit Kənan Mustafayevin xatirəsi anıldı - FOTO

“Chevrolet” əvvəl “Opel”ə, daha sonra işıq dirəyinə çırpıldı - FOTO

“Chevrolet” əvvəl “Opel”ə, daha sonra işıq dirəyinə çırpıldı - FOTO

Şəkidə Əməkdar mədəniyyət işçisi vəfat etdi - FOTO

Şəkidə Əməkdar mədəniyyət işçisi vəfat etdi - FOTO

Britaniyanın XİN rəhbəri Baş nazirə səsləndi: İstefa verməlisən!

Britaniyanın XİN rəhbəri Baş nazirə səsləndi: İstefa verməlisən!

Ramanada tarixi quyular zibilliyə çevrilib? - Sakinlərdən ŞİKAYƏT - VİDEO

Ramanada tarixi quyular zibilliyə çevrilib? - Sakinlərdən ŞİKAYƏT - VİDEO

Avtomobil aptekçası yayda: Qızdıqda zəhərə çevrilən 6 dərman növü

Avtomobil aptekçası yayda: Qızdıqda zəhərə çevrilən 6 dərman növü

Almaniya "Taliban"la gizli razılığa gəldi: Əfqan cinayətkarlar kütləvi şəkildə deportasiya olunacaq

Almaniya "Taliban"la gizli razılığa gəldi: Əfqan cinayətkarlar kütləvi şəkildə deportasiya olunacaq

Anar Ələkbərov Oğuzda şəhid ailəsinin qonağı oldu - FOTO

Anar Ələkbərov Oğuzda şəhid ailəsinin qonağı oldu - FOTO

DÇ-2026: İspaniya və Belçika milliləri növbəti oyunlarına çıxacaqlar

DÇ-2026: İspaniya və Belçika milliləri növbəti oyunlarına çıxacaqlar

Bu yay rusiyalılar dəniz sahilində dincəlməyəcək - DRONLARDAN QORXUYA DÜŞÜBLƏR?

Bu yay rusiyalılar dəniz sahilində dincəlməyəcək - DRONLARDAN QORXUYA DÜŞÜBLƏR?

İstanbulda qaydanı pozan taksi sürücüləri dronlarla İZLƏNƏCƏK

İstanbulda qaydanı pozan taksi sürücüləri dronlarla İZLƏNƏCƏK

Masazırda motosiklet sürücülərinə qarşı reyd - 45 nəfər SAXLANILDI

Masazırda motosiklet sürücülərinə qarşı reyd - 45 nəfər SAXLANILDI

İsveçrədə ABŞ və İran arasında yüksək səviyyəli danışıqlar başladı - FOTO - VİDEO

İsveçrədə ABŞ və İran arasında yüksək səviyyəli danışıqlar başladı - FOTO - VİDEO

Uşakov: "Rusiya razılaşmaların icrasını yox, qələbə gözləyir"

Uşakov: "Rusiya razılaşmaların icrasını yox, qələbə gözləyir"

Kerç bərə keçidinin fəaliyyəti tamamilə dayandırıldı - Ukrayrna PUA-sının FƏSADLARI

Kerç bərə keçidinin fəaliyyəti tamamilə dayandırıldı - Ukrayrna PUA-sının FƏSADLARI

Dəhşətli hadisə: Sərxoş oğlan uşaq düşərgəsinə hücum edərək 13 məktəblini yaraladı

Dəhşətli hadisə: Sərxoş oğlan uşaq düşərgəsinə hücum edərək 13 məktəblini yaraladı

Futbolçuların məşhur xanımları: Corcina Rodriqes

Futbolçuların məşhur xanımları: Corcina Rodriqes

ABŞ blokadasının ləğvindən sonra ilk nəhəng konteyner gəmisi İrana daxil oldu

ABŞ blokadasının ləğvindən sonra ilk nəhəng konteyner gəmisi İrana daxil oldu

Rusiyada helikopter radarlardan itdi

Rusiyada helikopter radarlardan itdi

End of content

No more pages to load

RADİO