Qəbələdə qəhrəman zabit Kənan Mustafayevin xatirəsi anıldı - FOTO

Qəbələ rayonunun Abrıx kəndində Vətənə şərəflə xidmət etmiş Azərbaycan Ordusunun zabiti, Vətən müharibəsi və lokal xarakterli antiterror tədbirlərinin iştirakçısı, baş leytenant Kənan Tapdıq oğlu Mustafayevin faciəli şəkildə həlak olması ilə əlaqədar doğulduğu kənddə anım və vida mərasimi keçirilib.

Bizim.Media-nın Şimal-Qərb bürosu xəbər verir ki, əvvəlcə mərhum zabitin məzarı ziyarət olunub, üzərinə gül dəstələri düzülərək əziz xatirəsi ehtiramla yad edilib. Din xadimləri tərəfindən müqəddəs Qurani-Kərimdən ayələr oxunub, qəhrəman zabitin ruhuna dualar edilib.

Anım tədbirində Kənan Mustafayevin ailə üzvləri, valideynləri, yaxın qohumları, şəhid ailələri, qazilər, kənd ictimaiyyətinin nümayəndələri və sakinlər iştirak ediblər.
 

Çıxış edənlər baş leytenant Kənan Mustafayevin keçdiyi şərəfli ömür yolundan, Vətənə sonsuz sədaqətindən və hərbi xidmət dövründə göstərdiyi fədakarlıqlardan danışıb, onun 44 günlük Vətən müharibəsində və sonrakı hərbi əməliyyatlarda iştirak edərək dövlətçiliyimizin, ərazi bütövlüyümüzün qorunması naminə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirdiyini vurğulayıblar.


Göstərdiyi xidmətlərə görə "Xocavəndin azad olunmasına görə" medalı və digər təltiflərlə mükafatlandırılan Kənan Mustafayev hər zaman vətənpərvərliyi, peşəkarlığı ilə seçilib.

Bildirilib ki, 23 iyul 1996-cı ildə dünyaya göz açan Kənan Mustafayev ömrünü Vətənə xidmətə həsr etmiş, Azərbaycan zabitinin şərəfli simasını öz həyat yolu ilə nümayiş ettirmişdir. Onun xatirəsi ailəsinin, döyüş yoldaşlarının və onu tanıyan hər kəsin qəlbində daim yaşayacaqdır.

Tədbirin sonunda mərhum zabitin ata ocağında ehsan süfrəsi açılıb, ruhuna dualar oxunub.

















Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

Xaçmazda AĞIR QƏZA: 2 yaralı var - FOTO

Xaçmazda AĞIR QƏZA: 2 yaralı var - FOTO

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

ABŞ-dan uçan təyyarə itkin düşdü - FOTO/VİDEO

ABŞ-dan uçan təyyarə itkin düşdü - FOTO/VİDEO

Zelenski: “Putin müharibənin dayandırılması üçün daim yeni şərtlər irəli sürür”

Zelenski: “Putin müharibənin dayandırılması üçün daim yeni şərtlər irəli sürür”

“Fənərbağça” hesabı açdı - VİDEO

“Fənərbağça” hesabı açdı - VİDEO

İsrail ordusu “İslami Cihad”ın raket bölməsinin iki komandirini öldürüb

İsrail ordusu “İslami Cihad”ın raket bölməsinin iki komandirini öldürüb

Rabia-dan diplomatik örtüyə: Cihangir İşbilir-in müəmmalı karyerası

Rabia-dan diplomatik örtüyə: Cihangir İşbilir-in müəmmalı karyerası

Şimali Koreyada İXTİRA: Süni intellektli raket sınaqdan keçirildi

Şimali Koreyada İXTİRA: Süni intellektli raket sınaqdan keçirildi

BMT Konqresində Kibercinayətkarlığa qarşı Konvensiyasını ilk ratifikasiya etmiş dövlətlərə söz verilib - Foto

BMT Konqresində Kibercinayətkarlığa qarşı Konvensiyasını ilk ratifikasiya etmiş dövlətlərə söz verilib - Foto

Bakıda OLAY: Kişi diş həkimi üstündə arvadını bıçaqladı

Bakıda OLAY: Kişi diş həkimi üstündə arvadını bıçaqladı

“Turan Tovuz” - “Fənərbağça” matçında möhtəşəm pankart - VİDEO

“Turan Tovuz” - “Fənərbağça” matçında möhtəşəm pankart - VİDEO

Zelenski Trampdan Rusiyaya qarşı sanksiya tətbiqi İSTƏDİ

Zelenski Trampdan Rusiyaya qarşı sanksiya tətbiqi İSTƏDİ

Ağdamda evdən qaçan 15 yaşlı qızın erkən evliliyinin QARŞISI ALINDI

Ağdamda evdən qaçan 15 yaşlı qızın erkən evliliyinin QARŞISI ALINDI

Tarixi matç BAŞLADI: “Fənərbağça” “Turan Tovuz”a qarşı - VİDEO

Tarixi matç BAŞLADI: “Fənərbağça” “Turan Tovuz”a qarşı - VİDEO

Yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ

Yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ

Gəncədə bacı-qardaş yanıq xəsarətləri aldı

Gəncədə bacı-qardaş yanıq xəsarətləri aldı

"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır

"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır

End of content

No more pages to load

RADİO