Avropa İttifaqının Qarabağ PLANI – PƏRDƏARXASI məqamlar

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin bölgəyə səfəri başa çatdı. Şarl Mişelin Ermənistana səfəri və orada verdiyi açıqlamalar Azərbaycanda detallı şəkildə müzakirə olundu. Şarl Mişelin bölgəyə səfərindən öncə xəbər yayıldı ki, Avropa İttifaqı Ermənistana 2,6 milyard avroluq yardım paketi ayrıacaq. Avropa İttifaqının Azərbaycana ayıracağı yardım paketi isə 150 milyon avrodur. 
 

MÖVZU İLƏ BAĞLI:

Mişelin Qafqaz Sərgüzəştləri – Avropanın iki üzü və ya ikiüzlü Avropa


Bizim.Media xəbər verir ki, politoloq Elxan Şahinoğlu “Facebook” hesabında məsələni şərh edib.

Onun sözlərinə görə Brüsseldə hesab ediblər ki, müharibədən sonra əldən düşən Ermənistanın daha çox yardıma və maliyyə dəstəyinə ehtiyacı var, Azərbaycanın isə kifayət qədər maliyyə resursları olduğundan Bakıya xüsusi yardım paketinin ayrılmasına ehtiyac yoxdur:

“Halbuki, Brüsselə də bəllidir ki, Ermənistanın 30 il ərzində dağıtdığı ərazilərin bərpasına və yenidən qurulmasına ehtiyac var və Avropa İttifaqının bərpa çalışmalarına yardım paketi ayırlması Azərbaycanın maraqlarına uyğun  olardı. Təsadüfi deyil ki, Azərbaycan prezidenti İlham Əliyev Bakıda Şarl Mişellə görüşdə Avropa İttifaqı Şurasının prezidentinə “Qarabağ işğaldan əvvəl və sonra” adlı kitabı təqdim etdi. Avropa İttifaqı rəsmisinə əyani göstərildi ki, Brüssel əslində Qarabağın yenidən qurulmasına dəstək verməli və bununla Azərbaycanla əməkdaşlığı keyfiyyətcə yeni mərhələyə qaldırmış olardı. Etmədilər... Brüsselin “balans” dediyi siyasət Ermənistanın bərpasını üstün tutur. Ancaq Brüssel hələ ki, sadəcə yardım vədi verib, maliyyənin nə qədərinin Ermənistana çatacağı və nə qədərinin Ermənistandakı layihələrə xərclənəcəyi bəlli deyil.

Ona qalsa Ermənistandan Avropaya daha yaxın Ukraynaya Brüsselin verdiyi vədlərin böyük hissəsi yerinə yetirilmədi və Ukrayna iqtisadiyyatı əvvəlkitək ağır günlərini yaşayır.


Digər tərəfdən Brüssel Rusiyadan asılı olan Ermənistanın iqtisadi və sosial problemlərini həll etməklə hansı geosiyasi vəzifəsini yerinə yetirəcək ki? Ermənistan iqtisadiyyatı tamamən Rusiyaya bağlıdır. Brüssel bu bağlılığı öz xeyrinə dəyişə bilməyəcək. Belə çıxacaq ki, Brüssel Ermənistanın infrastrukturunu ona görə bərpa edəcək ki, Rusiya bu işə çox pul xərcləməsin. Bu isə Rusiya ilə sanksiyalar rejimində olan Avropa İttifaqının konsepsiyasına ziddir”. 

Politoloq qeyd edib ki, Şarl Mişelin İrəvanda dəstək vədləri ilə yanaşı Ermənistanın baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın Fransa prezidentini yenidən İrəvana dəvət etməsi Moskvada xeyli suallar doğurub:

“Rusiya hakimiyyətinə yaxın qəzet və saytlar “Paşinyan yenidən Qərbə sığınmaqmı istəyir”, “Paşinyan Rusiyanı Fransa ilə dəyişməkmi istəyir” kimi sualları gündəmə gətiriblər. Nikol Paşinyan açıq-aşkar Rusiyanın təkbaşına vasitəçiliyini Fransa ilə paylaşmağa çalışır. O, düşünür ki, işin içinə Fransa və Avropa İttifaqını qatsa danışıqlarda və Qarabağ məsələsində Ermənistanın maraqları daha çox nəzərə alınacaq. Elə Şarl Mişel də İrəvanda olarkən Qarabağın statusuyla bağlı cümlələr işlətdi. Halbuki, Moskva indiki mərhələdə status məsələsini əhəmiyyətli hesab etmir, diqqəti kommunikasiya xətlərinin açılmasına yönəldib. Paşinyan isə məsələni elə qoyur ki, guya Azərbaycan kommunikasiya xətlərinin açılması əleyhinədir.
 

Paşinyan deyir ki, söhbət tək Zəngəzur dəhlizindən deyil, bütün kommunikasiya xətlərinin açılmasından getməlidir və bununla rəsmi Bakını çətin vəziyyətə saldığını düşünür.


Halbuki, Şarl Mişellə Bakıda birgə mətbuat konfransı keçirən İlham Əliyev “10 noyabr tarixli üçtərəfli razılaşmada əks olunduğu kimi, regionda bütün kommunikasiyaların açılması üçün yeni imkanlar var” deməklə maneənin əsla Azərbaycan olmadığını vurğuladı. Bu açıqlamadan görünür ki, birincisi, Azərbaycan 10 noyabr razılaşmasına əvvəlkitək sadiqdir, ikincisi bölgədə bütün kommunikasiya xətlərinin açılmasının əleyhinə deyil”.

Elxan Şahinoğlunun fikrincə, Avropa İttifaqının bölgə sülhü üçün ən böyük xidməti Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına yardımı ola bilərdi:

“Avropa İttifarı Azərbaycanın və Ermənistanın ərazi bütövlüyünü tanıdığı halda hər iki ölkənin də bir-birlərinin ərazi bütövlüklərini tanımasını təmin etməyə çalışmalıdır. Brüssel bunları etməyəcəksə, Bakı Avropa İttifaqının digər vasitəçilik təşəbbüslərini qəbul etməyəcək, əməkdaşlıq ticarət və enerji mövzularından kənara çıxmayacaq. Növbəti “hərbi əsirlər” əvəzinə mina xəritələri razılaşmalarının yerinə yetirilməsi üçün Brüsselin səylərinə ehtiyac yoxdur. Birinci təşəbbüsdən sonra bu məsələlərin həllində də Rusiya ön plana çıxıb”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hikmət Hacıyev Şuşa həbsxanası ilə bağlı hazırlanan sənədli filmi paylaşdı – VİDEO

Hikmət Hacıyev Şuşa həbsxanası ilə bağlı hazırlanan sənədli filmi paylaşdı – VİDEO

Salyanda 60 yaşlı kişi ov tüfəngi ilə keçmiş kürəkənini güllələdi

Salyanda 60 yaşlı kişi ov tüfəngi ilə keçmiş kürəkənini güllələdi

Bakı sakinlərinin NƏZƏRİNƏ: Bu ərazilərdə işıq olmayacaq

Bakı sakinlərinin NƏZƏRİNƏ: Bu ərazilərdə işıq olmayacaq

Macarıstan pasportu dünyanın ən güclü pasportlarından biri seçildi

Macarıstan pasportu dünyanın ən güclü pasportlarından biri seçildi

İranla müharibə ABŞ iqtisadiyyatına 151 milyard dollardan çox zərər vurub

İranla müharibə ABŞ iqtisadiyyatına 151 milyard dollardan çox zərər vurub

5 milyon baxışı olan mahnını yutubdan SİLDİRDİ

5 milyon baxışı olan mahnını yutubdan SİLDİRDİ

Uşağı olan atalara neçə gün məzuniyyət verilir? – Ölkələr üzrə fərqlər

Uşağı olan atalara neçə gün məzuniyyət verilir? – Ölkələr üzrə fərqlər

Toy xərclərini yarıya endirməyin yolları – Məclisdən əvvəl bunları edin

Toy xərclərini yarıya endirməyin yolları – Məclisdən əvvəl bunları edin

I-IV qruplarda 200 balı keçə bilməyənlərin SAYI

I-IV qruplarda 200 balı keçə bilməyənlərin SAYI

Bu BÜRCLƏR birlikdə olmaq üçündür

Bu BÜRCLƏR birlikdə olmaq üçündür

Verdiyi sözü tutmayan 5 BÜRC

Verdiyi sözü tutmayan 5 BÜRC

Həkimlərin sertifikasiyası ilə bağlı YENİLİK - RƏSMİ

Həkimlərin sertifikasiyası ilə bağlı YENİLİK - RƏSMİ

Qəbələdə tarixi sarayın qalıqları tapıldı – FOTO

Qəbələdə tarixi sarayın qalıqları tapıldı – FOTO

İranlı güləşçi yarımfinala gecikdi, məğlub elan edildi

İranlı güləşçi yarımfinala gecikdi, məğlub elan edildi

Kafedə dava: Yevlax sakini döyülərək xəstəxanalıq oldu

Kafedə dava: Yevlax sakini döyülərək xəstəxanalıq oldu

Nadir Qafarzadə xanımı və nəvələri ilə - FOTO

Nadir Qafarzadə xanımı və nəvələri ilə - FOTO

Ətin qiymətində dəyişiklik var? - VİDEO

Ətin qiymətində dəyişiklik var? - VİDEO

İran Ukraynadan təzminat tələb etdi – Vurulan gəmiyə görə...

İran Ukraynadan təzminat tələb etdi – Vurulan gəmiyə görə...

Sabah Bakıda işıqların kəsiləcəyi ÜNVANLAR

Sabah Bakıda işıqların kəsiləcəyi ÜNVANLAR

Hacan Hacısoy VƏFAT ETDİ

Hacan Hacısoy VƏFAT ETDİ

Husilər Səudiyyə Ərəbistanının neft tankerini ballistik raketlərlə VURDU

Husilər Səudiyyə Ərəbistanının neft tankerini ballistik raketlərlə VURDU

Ermənistanda 19 yaşlı əsgər tanınmaz hala salınana qədər DÖYÜLDÜ - FOTO

Ermənistanda 19 yaşlı əsgər tanınmaz hala salınana qədər DÖYÜLDÜ - FOTO

Norveçdə sulfat turşusu daşıyan tankerdə partlayış oldu

Norveçdə sulfat turşusu daşıyan tankerdə partlayış oldu

Tramp-Zelenski görüşünün təfərrüatları AÇIQLANDI

Tramp-Zelenski görüşünün təfərrüatları AÇIQLANDI

End of content

No more pages to load

RADİO