Mişelin Qafqaz Sərgüzəştləri – Avropanın iki üzü və ya ikiüzlü Avropa

Avropa İttifaqının Prezidenti Şarl Mişelin Cənubi Qafqaza səfəri son günlərin ən çox danışılan siyasi hadisəsi idi. Belə ki, İlk öncə Ermənistana səfər edən ittifaq rəhbəri daha sonra yolunu Bakıdan salıb. Brüsselə dönmədən əvvəl isə Mişel Gürcüstan rəsmiləri ilə də bir sıra görüşlər keçirəcək. Lakin səfərin əsas diqqət çəkən məqamlarını Azərbaycan və Ermənistanda keçirilən görüşlər təşkil edib.

İyunun 17-də Ermənistana gələn Mişel “erməni soyqırımı qurbanları”nı da ziyarət etməyi unutmayıb. Bir sıra dövlət rəsmiləri ilə görüşən Aİ prezidenti daha sonra, Ermənistanın Baş Naziri Nikol Paşinyanla birgə mətbuat konfransı keçirib. Jurnalistlər qarşısına çıxan Şarl Mişel bəzi reallıqdan uzaq açıqlamaları ilə yadda qalıb.
 

MÖVZU İLƏ BAĞLI:

Mişel bir dəfə də olsun Bakıda “Dağlıq Qarabağ” sözünü işlətmədi


İlk öncə erməni xalqına böyük müjdəni verən Aİ rəhbəri rəsmi İrəvana 2,6 milyard avro məbləğində yardımın göstəriləcəyini bəyan edib. 

Qeyd edək ki, müvafiq yardım paketi Azərbaycan üçün dəfələrlə az, cəmi 150 milyon avro təşkil edib. Rəsmi Bakıya üçün ayrılan məbləğin həcminin daha az olmasına səbəb kimi isə avropalı rəsmilər Azərbaycanın zəngin ölkə kimi yardıma daha az ehtiyac duymasını irəli sürüblər. 

Daha sonra isə Ermənistan üçün fantastik həcmdə olan bu yardımın verdiyi inamla Mişel özünü Cənubi Qafqazda söz sahibi kimi hiss edərək, rəsmi Bakı və İrəvan arasında həll olunmalı məsələləri də sadalayıb:

1.    Aqressiv ritorikadan imtina, “əsirlər”in qaytarılması və mina xəritələrinin verilməsi

2.    Sərhədlərin delimitasiyası məsələsinin danışıqlar yolu ilə həlli

3.    Nəqliyyat kommunikasiyalarının açılmasının müzakirəsi

“Əsirlər” və gorbagor olmuş “status” məsələlərini dilə gətirən Şarl Mişel Avropanın Ermənistana hədiyyə etdiyi milyardların ehtiyac ucbatından deyil, məhz öz şəxsi maraqlarına görə verildiyini bir daha sübuta yetirib. 

Mişelin “U” dönüşü

İrəvanda ermənilərin yanında olduğunu bildirən Aİ prezidentinin, nə hikmətdirsə, Bakıya çatanda Ermənistanda söylədiklərini bir anda unutduğu müşahidə olunub. Prezident İlham Əliyevlə birgə keçirilən mətbuat konfransında Mişel səsləndirdiyi fikirlərdə siyasi mövzulardan yayınaraq, daha çox iqtisadi məsələləri ön plana çəkib. Aİ prezidenti xüsusilə də, İrəvandan fərqli olaraq, Bakıda “status” məsələsi haqqında bir kəlimə belə fikir səsləndirməyib. Belə ki, mətbuat konfransında Azərbaycanla iqtisadi əməkdaşlıq və enerji tərəfdaşlığı məsələləri daha çox qabardılıb. Lakin siyasi maraqlarını da gündəmə gətirməyi yaddan çıxarmayan Mişel çıxışı zamanı neytrallığını qorumaq üçün dəridən-qabıqdan çıxsa belə, Avropanın keçmiş münaqişə tərəfləri arasında danışıqlar prosesində vasitəçilikdə maraqlı olduğunu dilə gətirib.

Ümumilikdə isə, Şarl Mişelin Qafqaz səfəri Avropanın bölgəyə baxış bucağını önəmli ölçüdə nümayiş etdirib.

İlk öncə Ermənistana səfər edən Aİ rəhbərinin Cənubi Qafqaz turunun əsas səbəbi də məhz rəsmi İrəvanda Avropanın maraqlarını gücləndirmək idi. Ayrılan milyardlar və verilən vədlər Qərbin tək niyyətinin Ermənistanı öz “marionetka”sına çevirərək, bölgədə söz sahibi olmaq üçün Rusiyanı regiondan sıxışdırıb çıxarmaq olduğunu bir daha sübuta yetirib.

Lakin Ermənistanda ağalığını qurmağa çalışan Avropa əsas iqtisadi tərəfdaşlarından olan Azərbaycanı da diqqətdən kənarda saxlaya bilməzdi. Məhz sözügedən amil Mişelin Bakıya səfərini zərurətə çevirib. Eyni zamanda yalnız rəsmi İrəvanın istəkləri ilə danışıqlar masasına qayıtmaqlarının mümkünsüz olduğunu anlayan Avropanın, bunun üçün rəsmi Bakının maraqları ilə hesablaşması da mühüm əhəmiyyətə malik idi. 

Digər önəmli məqam isə, Mişelin Ermənistandan fərqli olaraq Azərbaycanlı bərbərhüquqlu tərəfdaş formasında fikirlərini ifadə etməsi idi. 

Təbii ki, başqa cür ola da bilməzdi. Avropalı siyasətçinin İrəvanda hakimiyyətə gətirdikləri öz oyuncaq hökuməti ilə danışdığı üslubda rəsmi Bakı ilə dialoq qurması mümkünsüz idi.

Ümumilikdə isə, sözügedən səfər Avropa İttifaqı üçün bölgənin nə qədər mühüm əhəmiyyətə malik olduğunu bir daha sübuta yetirib. Bu səbəbdən də, İttifaqın gələcək dövrdə Azərbaycanla əməkdaşlığı, Ermənistanda isə söz sahibliyini gücləndirmək üçün mütəmadi işlər aparacağını asanlıqla söyləyə bilərik.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hikmət Hacıyev Şuşa həbsxanası ilə bağlı hazırlanan sənədli filmi paylaşdı – VİDEO

Hikmət Hacıyev Şuşa həbsxanası ilə bağlı hazırlanan sənədli filmi paylaşdı – VİDEO

Salyanda 60 yaşlı kişi ov tüfəngi ilə keçmiş kürəkənini güllələdi

Salyanda 60 yaşlı kişi ov tüfəngi ilə keçmiş kürəkənini güllələdi

Bakı sakinlərinin NƏZƏRİNƏ: Bu ərazilərdə işıq olmayacaq

Bakı sakinlərinin NƏZƏRİNƏ: Bu ərazilərdə işıq olmayacaq

Macarıstan pasportu dünyanın ən güclü pasportlarından biri seçildi

Macarıstan pasportu dünyanın ən güclü pasportlarından biri seçildi

İranla müharibə ABŞ iqtisadiyyatına 151 milyard dollardan çox zərər vurub

İranla müharibə ABŞ iqtisadiyyatına 151 milyard dollardan çox zərər vurub

5 milyon baxışı olan mahnını yutubdan SİLDİRDİ

5 milyon baxışı olan mahnını yutubdan SİLDİRDİ

Uşağı olan atalara neçə gün məzuniyyət verilir? – Ölkələr üzrə fərqlər

Uşağı olan atalara neçə gün məzuniyyət verilir? – Ölkələr üzrə fərqlər

Toy xərclərini yarıya endirməyin yolları – Məclisdən əvvəl bunları edin

Toy xərclərini yarıya endirməyin yolları – Məclisdən əvvəl bunları edin

I-IV qruplarda 200 balı keçə bilməyənlərin SAYI

I-IV qruplarda 200 balı keçə bilməyənlərin SAYI

Bu BÜRCLƏR birlikdə olmaq üçündür

Bu BÜRCLƏR birlikdə olmaq üçündür

Verdiyi sözü tutmayan 5 BÜRC

Verdiyi sözü tutmayan 5 BÜRC

Həkimlərin sertifikasiyası ilə bağlı YENİLİK - RƏSMİ

Həkimlərin sertifikasiyası ilə bağlı YENİLİK - RƏSMİ

Qəbələdə tarixi sarayın qalıqları tapıldı – FOTO

Qəbələdə tarixi sarayın qalıqları tapıldı – FOTO

İranlı güləşçi yarımfinala gecikdi, məğlub elan edildi

İranlı güləşçi yarımfinala gecikdi, məğlub elan edildi

Kafedə dava: Yevlax sakini döyülərək xəstəxanalıq oldu

Kafedə dava: Yevlax sakini döyülərək xəstəxanalıq oldu

Nadir Qafarzadə xanımı və nəvələri ilə - FOTO

Nadir Qafarzadə xanımı və nəvələri ilə - FOTO

Ətin qiymətində dəyişiklik var? - VİDEO

Ətin qiymətində dəyişiklik var? - VİDEO

İran Ukraynadan təzminat tələb etdi – Vurulan gəmiyə görə...

İran Ukraynadan təzminat tələb etdi – Vurulan gəmiyə görə...

Sabah Bakıda işıqların kəsiləcəyi ÜNVANLAR

Sabah Bakıda işıqların kəsiləcəyi ÜNVANLAR

Hacan Hacısoy VƏFAT ETDİ

Hacan Hacısoy VƏFAT ETDİ

Husilər Səudiyyə Ərəbistanının neft tankerini ballistik raketlərlə VURDU

Husilər Səudiyyə Ərəbistanının neft tankerini ballistik raketlərlə VURDU

Ermənistanda 19 yaşlı əsgər tanınmaz hala salınana qədər DÖYÜLDÜ - FOTO

Ermənistanda 19 yaşlı əsgər tanınmaz hala salınana qədər DÖYÜLDÜ - FOTO

Norveçdə sulfat turşusu daşıyan tankerdə partlayış oldu

Norveçdə sulfat turşusu daşıyan tankerdə partlayış oldu

Tramp-Zelenski görüşünün təfərrüatları AÇIQLANDI

Tramp-Zelenski görüşünün təfərrüatları AÇIQLANDI

End of content

No more pages to load

RADİO