Xaçmazın Niyazabad kəndində bədbəxt hadisə baş verib.
Bizim.Media xəbər verir ki, Xaçmaz rayon sakini, 62 yaşlı Sadulla Cəfər oğlu Talıbov dənizdə çimərkən batıb.
Onun meyiti FHN-nin xilasediciləri tərəfindən çıxarılıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları da gəlib.
Qeyd edək ki, bu, son 15 gündə Xaçmaz ərazisində baş verən 4-cü boğulma hadisəsidir.
Aytəkin Alxaslı