Gürcüstanda LGBT XAOSU - Qərbin Cənubi Qafqazda ucalan İNCƏ SƏNƏTİ

Qonşu Gürcüstanda baş verən LGBT aksiyaları ölkədə ciddi qarşıdurmaların yaranması ilə nəticələnib. Vəziyyətin gərginləşməsində isə xarici qüvvələr ittiham hədəfinə çevrilib.  Eyni zamanda problemli məsələ kimi son zamanlar bütün dünyada diqqət mərkəzində olan cinsi azlıqlar önə sürülməsi vəziyəti daha da qəlizləşdirib.

Qeyd edək ki, Gürcüstan iqtisadiyyatının əsasını təşkil edən turizmin pandemiya səbəbindən zəifləməsi, eyni zamanda pandemiyaya çoxsaylı yoluxma sayı əhalinin sosial durumuna da təsirsiz ötüşməyib. Nəticədə gürcülər arasında kütləvi psixolji gərginlik hökm sürür. Bu cür vəziyyət isə ölkəni qarışdırmaq istəyən güclər üçün əlverişli şəraitin yaranmasına səbəb olub.
 

MÖVZU İLƏ BAĞLI:

Tbilisini etirazlar bürüdü - Baş nazirin istefası tələb olunur


Ölkəni xaosa sürükləmək niyyəti ilə kimin bu addımları atması isə əsas maraq doğuran məqamdır.

Gürcüstanda qarşıdurmaların əsas katalizatoru kimi Rusiyanı ittiham edənlər var. Lakin bu ehtimalın doğruluğu böyük şübhə doğurur. Belə ki, Kremlin əlində onsuzda Abxaziya və Cənubi Osetiya kimi təsir “rıçak”ları var. Eyni zamanda ölkənin hazırki hökuməti də Rusiyaya yaxınlığı ilə seçilir. Sadalanan faktlar aksiyaların Moskvanın  planı olması ehtimallarını xeyli azaldır.

Bəs, kimdir müqəssir?

Gürcüstanda baş tutan etirazlarda əsas mövzu olaraq LGBT məsələsinin qabardılması, eyni zamanda ABŞ-ın bölgədə güclənmək planları bu addımların arxasında məhz Qərbin dayandığını proqnozlaşdırmağa əsas verir. Ağ Evin sözügedən oyunu qurmaq üçün əsaslı səbəbləri də var.

İlk olaraq, 2003-cü ilə qayıdaq. “Qızılgül” inqilabı ilə hakimiyyətə gələn Mixail Saakaşvili siyasətində demokratik ünsürlərə yer verməsi ilə Qərbin sevimli adamına çevrilməyi bacarmışdı. Lakin daha sonra Rusiyanın bölgədə güclənməsi həm Saakaşvilinin, həm də Qərbin bütün planlarının üstündən xətt çəkdi və ölkədə Kremlə bağlı qüvvələr hakimiyyətə gəldi. Bu səbəbdən də ABŞ-ın Gürcüstanla bağlı planları və yatırımları nəticəsiz qaldı.

Nəticə olaraq isə, Ağ Evin itirdiklərini geri qaytarmaq üçün ölkəni qarışdırması mümkün varianta çevrilib. 

Eyni zamanda Qərbin yeni oyununu müasir ilhaq forması kimi də xarakterizə edə bilərik. Belə ki, bölgənin mühafizəkar dəyərlərinə zidd olan LGBT təbliğatını aparmaqla öz dəyərlərini sırımağa çalışan ABŞ təkcə Gürcüstan hakimiyyətinə yox, həmçinin cəmiyyətə də təsir etmək niyyətindədir. Qərbin bu yolu seçməsinin əsas səbəbi isə hakimiyyətin hər an dəyişə bilməsi, lakin cəmiyyətin transformasiyasının uzun onilliklər davam edən proses olmasından irəli gəlir. Yəni Qərb öz mədəniyyətini Gürcüstana yeritməklə bölgədəki təsir gücünün davamlılığına nail olmağı hədəfləyir.

Cənubi Qafqazda cinsi hərəkətlənmə

Lakin qeyd etdiyimiz kimi, uzun illər tələb edən sözügedən fəaliyyət ABŞ-ın ağlına birdən-birə gəlməyib. Xatırladaq ki, Qərb rəngli inqilablara da məhz Gürcüstanda başlamışdı. Yəni qonşu ölkə ilə bağılı planlar 20 ilə yaxın müddətdir ki, dövriyyədədir. Oyun əsas müəllifi olan Soros isə Ermənistanda öz adamını hakimiyyətdə saxlamağı bacardıqdan dərhal sonra Gürcüstan planını həyata keçirməyə tələsib. Səbəb isə Rusiyanın Cənubi Qafqazda artan nüfuzuna zərbə endirərək, bölgədə əlini gücləndirməkdən ibarətdir.

Gürcüstanla yanaşı bölgənin digər aktoru olan Azərbaycanın da Qərbin sözügedən təsirindən kənar qaldığını söyləmək doğru olmazdı. Belə ki, son zamanlar ölkəmizdə də LGBT təbliğatının artdığı diqqətdən yayınmır. Eyni zamanda Azərbaycanın Qarabağ problemini təkbaşına həll etməsi də Qərbi qıcıqlandıran səbəblərdəndir. Çünki ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi ilə ən azı nəticəsiz danışıqların iştirakçısı olan ABŞ artıq bundan da kənarda qalıb.

Azərbaycanda Qərb mədəniyyətini çalarlarının yavaş-yavaş gözə çarpasının əsas səbəbi də məhz qeyd olunan amildir.

Ümumilikdə isə, Qərbin son zamanlar artan aqressiv davranışları Gürcüstandakı nisbi sakitliyin müvəqqəti olduğunu deməyə əsas verir. Yəni bu xəmir hələ çox su aparacaq...

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

AB-dən erməni konyakına qadağa - Səbəb?

AB-dən erməni konyakına qadağa - Səbəb?

Türkiyədə gəmi qəzasını işıqlandıran operator döyüldü - VİDEO

Türkiyədə gəmi qəzasını işıqlandıran operator döyüldü - VİDEO

Tələbələr üçün mənzil kirayəsinin qiyməti 50-100 manat BAHALAŞDI - VİDEO

Tələbələr üçün mənzil kirayəsinin qiyməti 50-100 manat BAHALAŞDI - VİDEO

Azərbaycan millisinin oyununun yeri dəyişdirildi

Azərbaycan millisinin oyununun yeri dəyişdirildi

Tramp: "Hollivud ölüb və biz onu dirçəltməliyik"

Tramp: "Hollivud ölüb və biz onu dirçəltməliyik"

ABŞ yüz minlərlə əcnəbini ölkədən çıxaracaq - Səbəb

ABŞ yüz minlərlə əcnəbini ölkədən çıxaracaq - Səbəb

Nepalda sel fəlakətində ölən və itkin düşənlərin SON STATİSTİKASI

Nepalda sel fəlakətində ölən və itkin düşənlərin SON STATİSTİKASI

Orqanizmi toksinlərdən sürətlə təmizləyən 5 MEYVƏ

Orqanizmi toksinlərdən sürətlə təmizləyən 5 MEYVƏ

20 yaşlı gəncin bir anlıq əsəbi həbslə nəticələndi

20 yaşlı gəncin bir anlıq əsəbi həbslə nəticələndi

4 BÜRC sentyabrda diqqətli olmalıdır

4 BÜRC sentyabrda diqqətli olmalıdır

Goranboyda avtomobillər toqquşdu: Xəsarət alanlar var

Goranboyda avtomobillər toqquşdu: Xəsarət alanlar var

Tramp: “Hörmüz boğazında 28 gəmini məhv etdik”

Tramp: “Hörmüz boğazında 28 gəmini məhv etdik”

Azərbaycanda bu futbol klubunun adı dəyişdirilir

Azərbaycanda bu futbol klubunun adı dəyişdirilir

Bakıda “cin çıxaran” qadın saxlanıldı - Cinayət işi açıldı

Bakıda “cin çıxaran” qadın saxlanıldı - Cinayət işi açıldı

Əməkdar artist Züleyxa Hacıyeva VƏFAT ETDİ

Əməkdar artist Züleyxa Hacıyeva VƏFAT ETDİ

SEPAH cavab zərbəsində çox sayda ABŞ əsgərinin məhv edildiyini AÇIQLADI

SEPAH cavab zərbəsində çox sayda ABŞ əsgərinin məhv edildiyini AÇIQLADI

Paytaxtın əsas girişində hərəkət dayanır – Xəbərdarlıq

Paytaxtın əsas girişində hərəkət dayanır – Xəbərdarlıq

İmişlidə "Mercedes" yandı - FOTO

İmişlidə "Mercedes" yandı - FOTO

Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli oldu - ADLAR

Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli oldu - ADLAR

Rubio Rusiya haqqında: “Onlar dünyada ikinci ən böyük nüvə gücünə sahibdir”

Rubio Rusiya haqqında: “Onlar dünyada ikinci ən böyük nüvə gücünə sahibdir”

Gədəbəydə 78 yaşlı kişinin evində meyiti tapıldı

Gədəbəydə 78 yaşlı kişinin evində meyiti tapıldı

Qusarda leysan yağışlarının fəsadları yerində araşdırıldı — İcra başçısı və ADSEA rəsmiləri rayonda - FOTO

Qusarda leysan yağışlarının fəsadları yerində araşdırıldı — İcra başçısı və ADSEA rəsmiləri rayonda - FOTO

Şəkidə fərdi yaşayış evi əşyalarla birlikdə yandı - FOTO

Şəkidə fərdi yaşayış evi əşyalarla birlikdə yandı - FOTO

İran hakerlərindən ABŞ-yə kütləvi kiberhücum: Kritik obyektlər hədəf alındı

İran hakerlərindən ABŞ-yə kütləvi kiberhücum: Kritik obyektlər hədəf alındı

End of content

No more pages to load

RADİO