İkinci Qarabağ müharibəsi zamanı ölmüş daha iki erməni hərbçinin meyitinin qalıqları tapılaraq qarşı tərəfə təhvil verilib.
Bizim.Media "Sputnik armenia"ya istinadla xəbər verir ki ,cəsədlər Cəbrayıl və Füzuli rayonları ərazisində aparılan axtarışlar zamanı aşkarlanıb.
Onların şəxsiyyətini müəyyənləşdirmək üçün məhkəmə-tibb ekspertizası təyin ediləcək.
Xatırladaq ki, ikinci Qarabağ müharibəsindən sonrakı dövr ərzində 1 598 erməni hərbçinin cəsədi və ya cəsədinin qalıqları tapılıb.
Bizim.Media
