Rusiyanın Tümen vilayətində naməlum şəxs çərşənbə günü Sberbankın filialında üç nəfəri girov götürüb.
Bizim.Media xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi təcili yardım xidmətinin nümayəndəsinə istinadən informasiya yayıb.
"İlkin məlumatlara görə, Tümendə beş mərtəbəli binanın birinci mərtəbəsində Sberbankın filialı ələ keçirilib”, deyə agentliyin həmsöhbəti bildirib.
Onun sözlərinə görə, bankın üç əməkdaşı girov saxlanılır.
Hazırda vəziyyətə aydınlıq gətirilir.
Bizim.Media