Almaniya Azərbaycan vətəndaşlarının ölkəyə girişinə icazə verib.
Bizim.Media xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Almaniyanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, iyulun 4-dən etibarən Azərbaycan, Ermənistan, Bosniya və Herseqovina, Bruney, İordaniya, Kanada, Qətər, Kosovo, Moldova və Monteneqro vətəndaşları turizm məqsədilə Almaniyaya səfər edə bilərlər.
Bizim.Media