Körpülüdən boylanan ziyalı İŞIĞI – “O gün uzaqda deyil...”

Bu yaxınlarda Azərbaycanın yaddaşında dərin izlər qoymuş bir məktəbin - Qərbi Azərbaycanın Barana rayonunun Körpülü kənd məktəbinin 105 illik yubileyi Xaçmaz rayonunun İstisu qəsəbəsində təntənəli şəkildə qeyd olunub. Tarixi tədbirdə Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli, millət vəkili Elşad Musayev, eləcə də Yuxarı Körpülüdən olan tanınmış ziyalılar və iş adamları iştirak ediblər.

Çıxışlarda məktəbin ilk müdiri və banisi olmuş Qoca bəy Süleymanovun, eləcə də bu təhsil ocağının inkişafına töhfə verən digər müəllimlərin xatirəsi böyük ehtiramla yad olunub.

Bu il həm də Qoca Süleymanovun 150, onun oğlu tanınmış uşaq yazıçısı Nəriman Süleymanovun isə 95 illik yubileyləri qeyd olunur.

Tədbirdə vurğulanıb ki, Körpülü kənd məktəbi zaman-zaman ölkəmizə 25-ə yaxın alim bəxş edib. Məktəbin məzunları arasında tanınmış həkimlər, mühəndislər, jurnalistlər, müəllimlər və digər peşə sahibləri var. Bu təhsil ocağının yetişdirdiyi insanlar təkcə Körpülünün deyil, bütövlükdə Azərbaycanın fəxridir.


Mənim isə bu görüntüləri izləyərkən düşüncələrim illər öncəyə – orta məktəb illərinə, məktublaşdığımız o sadə, amma duyğulu günlərə qayıtdı. Sovet dövründə Yuxarı Körpülü məktəbinin 8-ci sinif şagirdi Zeynəb Süleymanova ilə bir neçə il məktublaşmışdım. Yuxarı Körpülüdən gələn o “quş qanadlı” dostluq məktubları yaşadığım Şəki rayonunun Kiçik Dəhnə kəndinə sanki ruh, nəfəs gətirirdi.

Hər ikimiz oxuduğumuz məktəblərdən, sinif yoldaşlarımızdan, gələcək arzularımızdan yazardıq. İndiki internet dövründə belə məktubların yaratdığı duyğuların yerini heç nə verə bilməz...

Zeynəbin atası Sədrəddin müəllim riyaziyyat fənnini tədris edirdi. Onun ailəsi, məktəbi, dostları haqqında yazdıqları mənim üçün Yuxarı Körpülünü elə öz kəndim qədər doğmalaşdırmışdı. Görmədiyim o kənd, ayaq basmadığım o məktəb yaddaşımda öz doğmalarım kimi iz buraxmışdı. İndi bu sətirləri yazdıqca o nostalji dolu məktublar bir daha gözlərimin önündə canlanır.

Bakı şəhərində yaşayan yaxın rəfiqəm Ceyran Qaracayeva da Körpülü məktəbi haqqında kövrək xatirələrini bölüşdü.

O da İstisu görüşündə iştirak etmişdi və keçmiş məzunların müəllimləri necə ehtiramla yad etdiklərini qürurla danışdı. Onun sözlərinə görə, qaynatası Süleyman Süleymanov da Körpülü kənd məktəbinin direktorlarından biri olub. Daha sonra Ləmbəli və Ağtala kənd məktəblərində, eləcə də Sabirabad rayonunda müəllim kimi çalışıb.

Süleyman müəllim dövrünün tanınmış ziyalılarından biri idi. 1937-ci ildə onu da repressiya tələsinə salmaq istəyiblər. Ancaq atası Qoca Süleymanov tələbəlik illərində Qori Seminariyasında birgə oxuduğu İosif Stalinə müraciət edərək oğlunu bu bəladan xilas edə bilib.
 

Bu fakt bir daha sübut edir ki, Körpülü kənd məktəbi sıradan bir məktəb deyil – onun hər səhifəsi tarixlə yoğrulub, ziyalılıqla işıqlanıb.


Bu gün Körpülü məktəbinin yubileyi sadəcə bir məktəbin yaşı ilə ölçülmür. Bu, həm də dədə-baba torpağından məcburi didərgin düşmüş Qərbi azərbaycanlıların, o cümlədən körpülülərin doğma yurdlarına qayıdacağı günə olan inamın simvolik ifadəsidir.

O gün isə uzaqda deyil...

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu rəng avtomobillər daha az yanacaq işlədir – MARAQLI ARAŞDIRMA

Bu rəng avtomobillər daha az yanacaq işlədir – MARAQLI ARAŞDIRMA

Bu BÜRCLƏR üçün köhnə dəftərlər yenidən açılır

Bu BÜRCLƏR üçün köhnə dəftərlər yenidən açılır

Süni intellekt hakimlərin işini dəyişəcək - Deputat

Süni intellekt hakimlərin işini dəyişəcək - Deputat

Günün qoroskopu: İçindəki uşaqlıq həyəcanını oyat

Günün qoroskopu: İçindəki uşaqlıq həyəcanını oyat

Boşananda evin təmir pulu necə bölünür? - Vəkil açıqladı

Boşananda evin təmir pulu necə bölünür? - Vəkil açıqladı

Yaşamaq üçün ən ideal ölkə açıqlandı

Yaşamaq üçün ən ideal ölkə açıqlandı

Bakı metrosunda hərəkət dəyişikliyi edilir - VİDEO

Bakı metrosunda hərəkət dəyişikliyi edilir - VİDEO

Sabah bu rayon və kəndlərdə işıq olmayacaq

Sabah bu rayon və kəndlərdə işıq olmayacaq

Nazir müavinindən Qızlar Universiteti ilə bağlı AÇIQLAMA

Nazir müavinindən Qızlar Universiteti ilə bağlı AÇIQLAMA

Asya Əlizadə Türkiyədən deport olunmasından danışdı

Asya Əlizadə Türkiyədən deport olunmasından danışdı

Bu gün Azərbaycan Hərbi Donanması Günüdür

Bu gün Azərbaycan Hərbi Donanması Günüdür

NATO həm bizi, həm də Ukraynanı aldadıb - Kaladze

NATO həm bizi, həm də Ukraynanı aldadıb - Kaladze

İordaniya FIFA-nı şantajda ittiham etdi

İordaniya FIFA-nı şantajda ittiham etdi

Zaqatalada dava: Daşla həmkəndlisinin başından vurdu

Zaqatalada dava: Daşla həmkəndlisinin başından vurdu

Zelenskidən sülh açıqlaması: "Avqustda proses aktivləşəcək"

Zelenskidən sülh açıqlaması: "Avqustda proses aktivləşəcək"

Azərbaycanlılar hansı axtarış sistemindən istifadə edir?

Azərbaycanlılar hansı axtarış sistemindən istifadə edir?

Təranə Səmədovanın uşaq evində olan qızı – VİDEO

Təranə Səmədovanın uşaq evində olan qızı – VİDEO

Bu ölkə meyitlərin yandırılmasını qadağan etdi

Bu ölkə meyitlərin yandırılmasını qadağan etdi

Bakıda sərnişin avtobus sürücüsünü döydü – VİDEO

Bakıda sərnişin avtobus sürücüsünü döydü – VİDEO

Dambrauskas: “Rəqibin zəif cəhətlərini bilirik”

Dambrauskas: “Rəqibin zəif cəhətlərini bilirik”

Qırmızı dənizdə Hindistanın yük gəmisi BATIRILDI

Qırmızı dənizdə Hindistanın yük gəmisi BATIRILDI

Ermənistanın bir sıra vilayətləri işıqsız qaldı

Ermənistanın bir sıra vilayətləri işıqsız qaldı

Seutadakı miqrant böhranının arxasındakı SİRR AÇILDI

Seutadakı miqrant böhranının arxasındakı SİRR AÇILDI

Türkiyədə tanınmış teleaparıcı HƏBS EDİLDİ

Türkiyədə tanınmış teleaparıcı HƏBS EDİLDİ

End of content

No more pages to load

RADİO