Rusiyaya gedib evləndi, qayınatasını öldürüb Azərbaycana qaçdı

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Rusiyada qətl törətməkdə təqsirləndirilən İmran Aslanovun (ad və soyad şərtidir) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə İ.Aslanov 13 il azadlıqdan məhrum edilib.
 

İttihama görə, Lənkəran şəhər sakini, 1976-cı il təvəllüdlü İ.Aslanov Rusiyanın Snakt-Peterburq şəhərinə işləmək məqsədilə gedib. O, həmin şəhərdə Rusiya vətəndaşı Natalya Fasiylə tanış olub və onunla evlənib.


Bir müddətdən sonra İmranla Natalya arasında mübahisələr yaranıb və qadının ailəsi onları ayırıb. Kamran dəfələrlə Natalya ilə barışmaq istəsə də, ailəsi bununla razı olmayıb. O, buna görə Natalyanı döyüb və ona müxtəlif bədən xəsarətləri yetirib. Natalyanın qardaşı Ruslan bu barədə məlumat alıb və İmranla mübahisə edib. Mübahisə zamanı Ruslan İmranı döyüb və ona hədə-qorxu gəlib.

Hadisədən əsəbiləşən İmran evə gələrək mətbəx bıçağını götürüb Ruslanı öldürmək üçün onlara gedib. O, qapını döyərək Ruslanı və Natalyanı çağırsa da, onlar evdən çıxmayıblar.

İmran qapını qırmağa cəhd edərkən, qapını onun qayınatası Aleksey Fasiy açıb və onu sakitləşdirməyə çalışıb. Amma İmran sakitləşməyib və əlində bıçaqla evə soxulmaq istəyib.

Aleksey Fasiy və onun həyat yoldaşı bıçağı İmrandan almaq istəsə də, bacarmayıblar. İmran əlindəki bıçaqla Aleksey Fasiyə kürək və qarın nahiyəsindən üç zərbə endirib. Aleksey Fasiyin yerə yıxıldığını görən İmran hadisə barədə Rusiyadakı qohumlarına məlumat verib. O, səhəri gün Rusiyadan qaçaraq Azərbaycana gəlib.

Faktla bağlı Rusiya istintaq orqanlarında cinayət işi başlanıb və İ. Aslanov barəsində beynəlxalq axtarış elan olunub.
 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Aslanov saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.


Faktla bağlı qəsdən adam öldürmə maddəsilə cinayət işi başlanılıb, iş Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

72 kiloqram arıqlayan müğənni tanınmaz halda - FOTO

72 kiloqram arıqlayan müğənni tanınmaz halda - FOTO

FIFA ABŞ millisinin futbolçusuna güzəşt etdi

FIFA ABŞ millisinin futbolçusuna güzəşt etdi

Tut yesəniz, orqanizminizdə bunlar olacaq

Tut yesəniz, orqanizminizdə bunlar olacaq

40 yaşdan sonra kişilər bunu etməlidir

40 yaşdan sonra kişilər bunu etməlidir

Məhərrəm ayı nə vaxt başa çatır?

Məhərrəm ayı nə vaxt başa çatır?

Rusiya SOCAR-ın Nikolayev vilayətindəki yanacaqdoldurma məntəqəsinə dron zərbəsi endirdi - FOTO

Rusiya SOCAR-ın Nikolayev vilayətindəki yanacaqdoldurma məntəqəsinə dron zərbəsi endirdi - FOTO

Tramp FİFA-ya təşəkkür etdi - FOTO

Tramp FİFA-ya təşəkkür etdi - FOTO

Braziliya Norveçə qarşı - Matç saat 00:00-da başlayacaq

Braziliya Norveçə qarşı - Matç saat 00:00-da başlayacaq

"Van Damm" heykəli yenidən öz yerində - VİDEO

"Van Damm" heykəli yenidən öz yerində - VİDEO

Vens: "Rusiyanın hücum imkanları artıq sıfıra yaxındır"

Vens: "Rusiyanın hücum imkanları artıq sıfıra yaxındır"

Britaniya XİN-in əməkdaşlarının elektron poçtları sındırıldı

Britaniya XİN-in əməkdaşlarının elektron poçtları sındırıldı

İsrail ordusu Livanda "Hizbullah"a zərbə endirdi - VİDEO

İsrail ordusu Livanda "Hizbullah"a zərbə endirdi - VİDEO

Misir öz "Pentaqon"unu istifadəyə verdi - VİDEO

Misir öz "Pentaqon"unu istifadəyə verdi - VİDEO

Zelenski: "Rusiya Ukraynaya yeni kütləvi zərbə endirməyə hazırlaşır" - VİDEO

Zelenski: "Rusiya Ukraynaya yeni kütləvi zərbə endirməyə hazırlaşır" - VİDEO

Kabo-Verde millisi vətənə qayıtdı: Qəhrəman kimi qarşılandılar - VİDEO

Kabo-Verde millisi vətənə qayıtdı: Qəhrəman kimi qarşılandılar - VİDEO

Tramp Ankarada Zelenski və Əl Şaraa ilə görüşəcək

Tramp Ankarada Zelenski və Əl Şaraa ilə görüşəcək

Britaniya Müdafiə Nazirliyinin gizli sənədləri zibillikdən tapıldı - FOTO

Britaniya Müdafiə Nazirliyinin gizli sənədləri zibillikdən tapıldı - FOTO

Sürücü ana və iki uşağını vurdu - 3 yaşlı uşaq həlak oldu

Sürücü ana və iki uşağını vurdu - 3 yaşlı uşaq həlak oldu

Çin avtomobilləri qadağan edildi: Casus proqramları yerləşdirilib

Çin avtomobilləri qadağan edildi: Casus proqramları yerləşdirilib

Sankt-Peterburqda azərbaycanlı yazıçı vəfat etdi - FOTO

Sankt-Peterburqda azərbaycanlı yazıçı vəfat etdi - FOTO

Cüdoçularımız Avropa Kubokunu 9 medalla tamamladı - FOTO

Cüdoçularımız Avropa Kubokunu 9 medalla tamamladı - FOTO

Messi jurnalistlə eşq macərası yaşadığına dair şayiələrə son nöqtəni qoydu - FOTO

Messi jurnalistlə eşq macərası yaşadığına dair şayiələrə son nöqtəni qoydu - FOTO

Köhnə su sayğacları tarixə qovuşur: Milyonlarla abonenti gözləyən yenilik

Köhnə su sayğacları tarixə qovuşur: Milyonlarla abonenti gözləyən yenilik

Göyçayda traktorla minik avtomobili toqquşdu - Xəsarət alan var

Göyçayda traktorla minik avtomobili toqquşdu - Xəsarət alan var

End of content

No more pages to load

RADİO