Milli Məclisin bügünkü iclasında AZAL tənqid edilib.
Bizim.Media-nın məlumatına görə, deputat Elşən Musayev bildirib ki, Zaqatalada hava limanında bir təyyarən belə yoxdur.
“Zaqatala hava limanının hər şeyi – müdiri, bağbanı, işçiləri və s. var, ancaq, təkcə təyyarəsi yoxdur. İnsanları təyyarə üzünə həsrət qoymaq olmaz. AZAL qiymətləri azaltmalıdır. Biletlərlə insanın cibinə girmək olmaz. Bu qurumun adı belə bunu tələb edir-AZAL!”.
Bizim.Media