Ağdama qayıdan qatarın fiti: Zəfərin səsi - Elgün Gəncimsoy YAZIR…

Ağdam… Son otuz il boyunca adı həsrətin, dağıntının, sükutun ağrının sinoniminə çevrilmiş bu şəhər Qarabağ müharibəsinin ən ağır yükünü çiyinlərində daşıdı.

Ermənilərin Qarabağda başlatdığı müharibənin bütün çətinliklərinə rəğmən, 1993-cü ilin iyul ayınadək Bakı-Xankəndi dəmir yolu ilə qatarlar Ağdama qədər gəlirdi və buradan əks istiqamətdə hərəkət edirdi. Şəhərin işğalına qədər dəmir yolunda hərəkət dayanmadı.

Bakıdan Ağdama qədər gələn qatarlar sərnişin də daşıdı, düşmənə qarşı vuruşanlara silah və ağır döyüş texnikası da. Döyüşdə yaralalanan hərbçilərin müalicəsi üçün bəzən səyyar hospitalı da əvəz etdi bu vaqonlar. Ağır yaralanan döyüşçülərlə yanaşı, Xocalı soyqırımından sağ çıxan yüzlərlə insanın da pənah yerinə çevrilmişdi həmin bu qatarlar.

Aradan 32 il keçib. Ağdamın qəlbinin ritmini özünə qaytaran o səslər yenidən eşidildi. Yenidən qurulmaqda olan şəhərin təzə vağzalına sürət qatarı daxil oldu. Şəhərə çatar-çatmaz eşidilən qatar fiti ətrafa yayılan səsi ilə sanki uzun illər susmuş bir ürəyin “buradayam, yaşayıram” hayqırtısını canlandırırdı.

Həmin an gözlərimin qeyri-ixtiyari yaşla dolduğunu həmkarlarım üzümə baxanda hiss etdim. Vağzala toplaşanlar arasında rəsmi şəxslər, qəlbi doğma yurd həsrəti ilə alışan ailələr, ömrünü müharibənin bəxş etdiyi ağrılarla yaşamış insanları gördüm. Hər kəsin üzündə həm həsrətin izi, həm də sevinci oxunurdu.

Qatar dayandı. İlk düşənlərdən biri Ağdamla nəfəs alan, bu şəhərin dərdi ilə, sevinci ilə yaşayan yazıçı, millət vəkili Aqil Abbas idi. Onun ardınca Milli Qəhrəman Asif Məhərrəmovun oğlu, dünya çempionu Azər Məhərrəmov platformaya endi. Sonra 44 günlük Vətən müharibəsində Şuşaya bayraq sancan qəhrəman Yaşar Hüseynov göründü. Ağdamın müdafiəsində göstərdiyi şücaətlərlə əfsanəyə çevrilmiş Şəhid Milli Qəhrəman Şirin Mirzəyevin ömür-gün yoldaşı Flora xanımın xatirəsi dinləyənləri kövrəltdi. Bir vaxtlar, Ağdamda mədəni mühitin inkişafına ömrünü sərf etmiş Çimnaz xanım və gənc olmasına rəğmən, rayon ictimaiyyətinin sevimlisinə çevrilmiş  Xəyyam Hüseynov da Ağdama gələn qatarın yolunu gözləyənlər arasında idi.

Gələnlərlə qarşılayanlar arasındakı hər salamlaşma sanki bir ömür kitabının ən qəribə səhifəsi idi. Hər şey vardı bu qucaqlaşmalarda: İllərin həsrəti, ağrı-acılar, qürur, Ağdam həsrəti ilə dünyasını dəyişənlərlə bağlı xatirələr, sevinc, ümid, hər şey vardı. Sanki duyğular da göz yaşları kimi bir-birinə qarışmışdı. Lakin bu göz yaşları acıdan doğmurdu. Onlar zəfərin, qürurun, sevincin süzüntüləri idi.


Sərnişinləri ilk salamlayan Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov oldu. Bir qədər sonra səsgücləndiricidən sanki yeni həyatın başlanğıcını müjdələyən səs yayıldı: “Vağzaldan Xıdırlıya, Kəngərliyə, Sarıcalıya gedən avtobuslara minik davam edir”. Bu kəndlər Ağdamın azadlıqdan sonrakı ilk nəfəs alan torpaqlarıdır.

Bütün bu mənzərənin fonunda parlaq geyimli qatar bələdçisi olan qızlar və dəmiryolçular kənardan sevinclə baxırdılar. Onların gülüşü, işıqlı çöhrəsi elə bil yeni həyatın rəmzi idi.

Vağzalın eyvanından şəhərə baxanda ilk gözə çarpan isə sanki iki dünyanın üz-üzə dayanması idi: bir tərəfdə müharibənin izləri – xarabalıqlar, dağıdılmış evlər, digər tərəfdə isə Azərbaycanın dövlət quruculuğu ilə yüksələn yeni binalar, təzələnən və canlanan doğma şəhərimiz.

Bu gün Ağdama gələn qatar təkcə relslərin üzərində hərəkət etmədi. O, illərin həsrətini, şəhidlərin xatirəsini, insanların dualarını da özü ilə gətirdi. Hər siqnal səsi bir vəd idi: “Ağdam bir daha susmayacaq, Ağdam yaşayacaq və dirçələcək!”

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ukraynadan Polşaya xəbərdarlıq: "Heç kim bizimlə ultimatumla danışa bilməz" – VİDEO

Ukraynadan Polşaya xəbərdarlıq: "Heç kim bizimlə ultimatumla danışa bilməz" – VİDEO

Azərbaycan-Avropa İttifaqı münasibətlərində YENİ DÖNƏM – Strateji tərəfdaşlığın əsas İSTİQAMƏTLƏRİ

Azərbaycan-Avropa İttifaqı münasibətlərində YENİ DÖNƏM – Strateji tərəfdaşlığın əsas İSTİQAMƏTLƏRİ

Bakı və Gəncədə TəhsilPlus kartı ilə ictimai nəqliyyatda 10% məbləğ geri QAYTARILACAQ

Bakı və Gəncədə TəhsilPlus kartı ilə ictimai nəqliyyatda 10% məbləğ geri QAYTARILACAQ

Budanovdan müharibə ilə bağlı proqnoz: "İlin sonuna qədər…”

Budanovdan müharibə ilə bağlı proqnoz: "İlin sonuna qədər…”

İşğal altındakı Krımda rabitə böhranı: Mobil operatorlar "fövqəladə rouminq"ə keçir

İşğal altındakı Krımda rabitə böhranı: Mobil operatorlar "fövqəladə rouminq"ə keçir

Səhiyyə nazirinin müavini təyin edilən Rüfət Hacıəlibəyov kimdir? – DOSYE

Səhiyyə nazirinin müavini təyin edilən Rüfət Hacıəlibəyov kimdir? – DOSYE

Kiyevdə ölənlərin sayı 19-a çatdı

Kiyevdə ölənlərin sayı 19-a çatdı

Rüfət Hacıəlibəyov səhiyyə nazirinin müavini TƏYİN EDİLDİ

Rüfət Hacıəlibəyov səhiyyə nazirinin müavini TƏYİN EDİLDİ

Moskvaya kütləvi dron hücumu: Belqorodda "Qazprom"un obyekti vuruldu – VİDEO

Moskvaya kütləvi dron hücumu: Belqorodda "Qazprom"un obyekti vuruldu – VİDEO

"İmkanımız olsa da, uşaqlara hər istədiklərini almaq olmaz" - FOTO

"İmkanımız olsa da, uşaqlara hər istədiklərini almaq olmaz" - FOTO

Moskvada ilk robot toyu OLACAQ – VİDEO

Moskvada ilk robot toyu OLACAQ – VİDEO

Cessika Alba gənc sevgilisi ilə - FOTO

Cessika Alba gənc sevgilisi ilə - FOTO

Meksikalı futbolçular 1 milyon dollarlıq hədiyyədən imtina etdi - FOTO

Meksikalı futbolçular 1 milyon dollarlıq hədiyyədən imtina etdi - FOTO

Azərbaycan nefti bahalaşdı

Azərbaycan nefti bahalaşdı

Azərbaycanda yanğınların əsas başvermə səbəbləri açıqlandı – RƏSMİ

Azərbaycanda yanğınların əsas başvermə səbəbləri açıqlandı – RƏSMİ

Beyni 13 il “cavanlaşdıran” vərdiş məlum oldu

Beyni 13 il “cavanlaşdıran” vərdiş məlum oldu

DİQQƏT! AZAL-ın Bakı–Naxçıvan reysləri bərpa olundu

DİQQƏT! AZAL-ın Bakı–Naxçıvan reysləri bərpa olundu

İran Hörmüzdə iki ticarət gəmisini vurdu: ABŞ-ın cavabı nə olacaq?

İran Hörmüzdə iki ticarət gəmisini vurdu: ABŞ-ın cavabı nə olacaq?

ADY iyunda 1,6 milyon tondan çox yük daşıyıb

ADY iyunda 1,6 milyon tondan çox yük daşıyıb

Leysan yağır, şimşək çaxır - FAKTİKİ HAVA

Leysan yağır, şimşək çaxır - FAKTİKİ HAVA

Ukraynalı uşaqlar Bakıya gəldilər

Ukraynalı uşaqlar Bakıya gəldilər

Paxlava davası böyüdü - UNESCO-ya yeni faktlar

Paxlava davası böyüdü - UNESCO-ya yeni faktlar

Avro bahalaşdı, rus rublu ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Avro bahalaşdı, rus rublu ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Diqqətlər Ankarada: Ərdoğan-Tramp görüşünün vaxtı açıqlandı

Diqqətlər Ankarada: Ərdoğan-Tramp görüşünün vaxtı açıqlandı

End of content

No more pages to load

RADİO