Türkiyə XİN: BMT-nin İnsan Hüquqları Şurasının iddiaları həqiqətə uyğun deyil

"BMT-nin İnsan Hüquqları Şurasının Xüsusi Prosedurlar Mexanizminin açıqlamasındakı iddialar əsassızdır, tamamilə həqiqətdən uzaqdır".

Bu feyk xəbərlərin yayılmasının səbəbi diqqəti Ermənistanın işğalçılığından yayındırmaq və saxta "beynəlxalq terrorizmlə mübarizə aparan məzlum ölkə" imici yaratmaq cəhdidir.

"Ermənistanın Suriya Milli Ordusu hərbçilərinin görüntülərini videoya çəkərək saxta "dəlil" kimi internetdə yaydığı sübut olunub. Bu saxta videolar və pul qarşılığında danışdırılan şəxslərin sözləri inandırıcı deyil".

Bizim.Media  xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy deyib.

Nazirliyin sözçüsü deyib ki, Türkiyə tərəfinin fikrini öyrənmədən qara təbliğat olan saxta görüntülər və informasiyalar əsasında yayılan mətbuat açıqlaması BMT-nin Xüsusi Prosedurlar Mexanizminin etibarlılığını zədələyib:

"Bu mexanizmdən gözlənilən tərəf tutan açıqlamalar əvəzinə şəffaf araşdırmalara və bütün tərəflərin mövqeyinə əsaslanan rəy verməkdir".

H.Aksoy qeyd edib ki, Ermənistanın Suriyadan gətirdiyi PKK/YPG terrorçularını Qarabağda yerləşdirdiyi və onlardan istifadə etdiyi hər kəsə məlumdur:

"Hətta adları tərəfimizdən bilinən çoxlu sayda PKK terrorçusu hərbi əməliyyatlar zamanı Azərbaycan Ordusu tərəfindən zərərsizləşdirilib".

"Ermənistanın baş naziri Paşinyanın da etiraf etdiyi kimi, erməni diaspor təşkilatları üçüncü ölkələrin vətəndaşları olan erməniləri Qarabağdakı döyüşlərə cəlb ediblər. Biz gözləyirdik ki, bu məlumat xüsusi məruzəçilər tərəfindən araşdırılacaq və onların bəyanatlarında əks olunacaq".

O bildirilib ki, BMT-nin Xüsusi Prosedurlar Mexanizminin açıqlamasında qeyd edilən mülki əhalinin atəşə tutulmasını həyata keçirən əslində Ermənistandır:

"Baş nazir Paşinyanın hərbi müşavirinin dediyi kimi, Ermənistan əhali arasında xaos yaratmaq məqsədilə Azərbaycana qarşı qadağan olunmuş kasetli bombalardan istifadə edib və müharibə cinayətləri törədib".

Bütün bunlar "Human Rights Watch" və "Amnesty International" təşkilatları tərəfindən də təsdiqlənib".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Financial Times”: ABŞ Ukraynaya Rusiyanın neft obyektlərini vurmaqda kömək edir

“Financial Times”: ABŞ Ukraynaya Rusiyanın neft obyektlərini vurmaqda kömək edir

Ukrayna helikopteri qəzaya uğradı — Bütün heyət həlak oldu

Ukrayna helikopteri qəzaya uğradı — Bütün heyət həlak oldu

Sumqayıtda üç avtomobil toqquşdu: xəsarət alanlar var - FOTO

Sumqayıtda üç avtomobil toqquşdu: xəsarət alanlar var - FOTO

Xoşqədəm Hidayətqızı dəyişib belə oldu - FOTO

Xoşqədəm Hidayətqızı dəyişib belə oldu - FOTO

Baş redaktor Vüqar Məmmədov həbsdə qaldı: Vəsatət təmin olunmadı

Baş redaktor Vüqar Məmmədov həbsdə qaldı: Vəsatət təmin olunmadı

Əli Xameneinin cənazəsi Qum şəhərinə aparıldı - VİDEO

Əli Xameneinin cənazəsi Qum şəhərinə aparıldı - VİDEO

Bakıda motoxuliqanlıq edib görüntülərini paylaşan şəxs həbs olundu - VİDEO

Bakıda motoxuliqanlıq edib görüntülərini paylaşan şəxs həbs olundu - VİDEO

Məhərrəm ayı nə vaxt başa çatır?

Məhərrəm ayı nə vaxt başa çatır?

Ramiz İdrisoğluya nazirlikdə yeni VƏZİFƏ VERİLDİ

Ramiz İdrisoğluya nazirlikdə yeni VƏZİFƏ VERİLDİ

"Qatar Airways"in təyyarəsi Bakıya məcburi ENİŞ ETDİ

"Qatar Airways"in təyyarəsi Bakıya məcburi ENİŞ ETDİ

Qax və Zaqatalada güclü külək: 4 kənd qazsız və işıqsız qaldı - FOTO/VİDEO

Qax və Zaqatalada güclü külək: 4 kənd qazsız və işıqsız qaldı - FOTO/VİDEO

Azərbaycanda at əti niyə geniş yayılmayıb?

Azərbaycanda at əti niyə geniş yayılmayıb?

Tramp Çin sədrinin ABŞ-yə səfər edəcəyi TARİXİ AÇIQLADI

Tramp Çin sədrinin ABŞ-yə səfər edəcəyi TARİXİ AÇIQLADI

İlhamiyyə müəlliməni hələ də nifrətlə xatırlayıram! - Aktrisa

İlhamiyyə müəlliməni hələ də nifrətlə xatırlayıram! - Aktrisa

İl sonuna qədər pensiya artırıla bilər - Açıqlama

İl sonuna qədər pensiya artırıla bilər - Açıqlama

Venesuelada zəlzələdə ölənlərin sayı 3342 nəfərə yüksəldi

Venesuelada zəlzələdə ölənlərin sayı 3342 nəfərə yüksəldi

Ermənistanda müxalif lider Qaqik Tsarukyan SAXLANILDI

Ermənistanda müxalif lider Qaqik Tsarukyan SAXLANILDI

Mərdəkanda dənizdə 4 nəfər batdı: İkisi xilas edildi

Mərdəkanda dənizdə 4 nəfər batdı: İkisi xilas edildi

“Düşmən qarşısında baş əyməyəcəyik” - Lukaşenko

“Düşmən qarşısında baş əyməyəcəyik” - Lukaşenko

"Biz də köçüb gedəcəyik" — İsmayıllının bu kəndi boşalır — VİDEO

"Biz də köçüb gedəcəyik" — İsmayıllının bu kəndi boşalır — VİDEO

Pezeşkianın Xameneinin oğullarına soyuq davranışı diqqət çəkdi - VİDEO

Pezeşkianın Xameneinin oğullarına soyuq davranışı diqqət çəkdi - VİDEO

Dünya çempionatının oyununa bilet 8 milyon dollara SATILIR

Dünya çempionatının oyununa bilet 8 milyon dollara SATILIR

Türkiyə MN-dən NATO mesajı: “İkinci ən böyük ordusuyuq” - VİDEO

Türkiyə MN-dən NATO mesajı: “İkinci ən böyük ordusuyuq” - VİDEO

Ərdoğan Mark Rütte ilə görüşdü - FOTO

Ərdoğan Mark Rütte ilə görüşdü - FOTO

End of content

No more pages to load

RADİO