Ərəb turistlərə görə islamı hədəf alanlara Elşad Miridən REAKSİYA

Ötən gün ərəb turistlərin Şəhidlər Xiyabanında etdiyi məlum qeyri-etik hərəkətləri cəmiyyətdə müzakirələrə səbəb olub. Təəssüf ki, bu olaydan sonra tənqidlər bu şəxslərdən çox, bütövlükdə dinə və dindarlara yönəlib. Xüsusilə də Azərbaycan müsəlmanlarının İslam müqəddəslərinə əsrlərdir yas saxlayıb, Məhərrəm ayında yad etməsi ilə ərəb turistlərin şəhidlərimizin uyuduğu məzarlıqda təhqiramiz hərəkətlərinin müqayisə edilməsi insanlar arasında ikitirəlik yaradır.

Ümumiyyətlə İslamı milliyyətlə eyniləşdirmək nə dərəcədə doğrudur?

İlahiyyatçı Elşad Miri məsələylə bağlı Bizim.Media-ya açıqlamasında bildirdi ki, ərəb turistlərin etdiyi axmaqlığı dinlə əlaqələndirmək doğru deyil:

“Onların cəhalətini millətlə, dinlə əlaqələndirib cavab versək, biz onların səviyyəsinə və vəziyyətinə düşmüş oluruq. Bu, fərdi məsələlərdir. Necə ki kiminsə yanlış hərəkətlərinə nə ətrafı, nə də valideynləri cavabdehdir, məsuliyyəti birbaşa özləri daşıyırlar, hər hansı xalqdan olmaq da burada heç bir rol oynamır. Ona görə də dini günahlandırmaq əbəsdir”.

Elşad Miri həmçinin qeyd etdi ki, bu, dini və dindarları hədəf almaq savadsızlıqdan irəli gəlir:

“Amerika Yaponiyada o boyda iki şəhəri – Xirosima və Naqasakini atom bombaları ilə məhv elədi, amma yapon uşaqlarına amerikanlara qarşı nifrət aşılanmadı. Həmin dövrdə mövcud olan hakimiyyətlə bağlı bəzən fikirlər səsləndirilsə də onların öz uşaqlarına öyrətdiyi əsas məsələ odur ki,  biz buna görə daha güclü olmalıyıq. Ona görə də məsələyə bu prizmadan yanaşmaq lazımdır. Əks təqdirdə o ərəblərin etmiş oduğu səviyyəsizliyi biz də öz düşüncələrimizlə etmiş oluruq”.  

Xatırladaq ki, avqustun 17-də 3 nəfər ərəbin Şəhidlər Xiyabanında nalayiq hərəkətlər etdiyi videolar barədə araşdırmalar aparılıb, faktla bağlı cinayət məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb. Həmin 3 şəxs məhkəmənin qərarı ilə 3 ay müddətə həbs olunublar.

Şəfiqə Şəfa, Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

DYP-dən kənd təsərrüfatı sahəsində çalışan hüquqi və fiziki şəxslərə MÜRACİƏT

DYP-dən kənd təsərrüfatı sahəsində çalışan hüquqi və fiziki şəxslərə MÜRACİƏT

Gərginlikdən sonra İLK GÖRÜŞ – Meloni Trampı belə salamladı – VİDEO

Gərginlikdən sonra İLK GÖRÜŞ – Meloni Trampı belə salamladı – VİDEO

Quba-Xınalıq yolunda sürüşmə: Hərəkət çətinləşdi – FOTO/VİDEO

Quba-Xınalıq yolunda sürüşmə: Hərəkət çətinləşdi – FOTO/VİDEO

Quru Qoşunlarında əməliyyat təlimi keçirilir - FOTO/VİDEO

Quru Qoşunlarında əməliyyat təlimi keçirilir - FOTO/VİDEO

“Elçin şəhid olandan sonra yolumu dəyişdim, hərbiyə getdim...”– Video

“Elçin şəhid olandan sonra yolumu dəyişdim, hərbiyə getdim...”– Video

Azərbaycan və İordaniya viza rejimini ləğv edir – FOTO

Azərbaycan və İordaniya viza rejimini ləğv edir – FOTO

Balakəndə çay daşdı, kəndi su basdı – VİDEO

Balakəndə çay daşdı, kəndi su basdı – VİDEO

Restoranda halaldır, evdə haram? – İdxal olunan ətlərə ikili yanaşma

Restoranda halaldır, evdə haram? – İdxal olunan ətlərə ikili yanaşma

Yunanıstan klubundan Mahir Emreliyə TƏKLİF

Yunanıstan klubundan Mahir Emreliyə TƏKLİF

Rəşad Ağayevə yüksək vəzifə verildi - FOTO

Rəşad Ağayevə yüksək vəzifə verildi - FOTO

Azərbaycan və İordaniya XİN başçıları arasında GÖRÜŞ

Azərbaycan və İordaniya XİN başçıları arasında GÖRÜŞ

Vətəndaşların məhkəməyə müraciət hüququ ilə bağlı YENİ QƏRAR

Vətəndaşların məhkəməyə müraciət hüququ ilə bağlı YENİ QƏRAR

AZAL və “Sea Breeze” birgə lotereya kampaniyasına BAŞLAYIR

AZAL və “Sea Breeze” birgə lotereya kampaniyasına BAŞLAYIR

Xırdalan məktəblisi Çinin nüfuzlu universitetinə QƏBUL OLDU – FOTO

Xırdalan məktəblisi Çinin nüfuzlu universitetinə QƏBUL OLDU – FOTO

DİQQƏT! Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri AÇIQLANDI

DİQQƏT! Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri AÇIQLANDI

Ankara Zirvəsində "Tramp-Meloni" gərginliyi: Baş nazir Ərdoğandan nəyi xahiş edib? – FOTO/VİDEO

Ankara Zirvəsində "Tramp-Meloni" gərginliyi: Baş nazir Ərdoğandan nəyi xahiş edib? – FOTO/VİDEO

"Qızılağac” qoruğunda YANĞIN

"Qızılağac” qoruğunda YANĞIN

Həkəri çayında batan şəxsin axtarışları davam edir - VİDEO

Həkəri çayında batan şəxsin axtarışları davam edir - VİDEO

Ankarada NATO sammitinin ikinci günü: Liderlərin masasında 4 kritik mövzu var

Ankarada NATO sammitinin ikinci günü: Liderlərin masasında 4 kritik mövzu var

Ərdoğanın iqamətgahı İslandiya Baş nazirini heyran etdi –FOTO/VİDEO

Ərdoğanın iqamətgahı İslandiya Baş nazirini heyran etdi –FOTO/VİDEO

Vüqar Məmmədov yüksək vəzifəyə TƏYİN EDİLDİ

Vüqar Məmmədov yüksək vəzifəyə TƏYİN EDİLDİ

Tramp F-35-lə bağlı Ərdoğanla razılığa gəlib? - Yunanıstanın Baş nazirindən REAKSİYA - VİDEO

Tramp F-35-lə bağlı Ərdoğanla razılığa gəlib? - Yunanıstanın Baş nazirindən REAKSİYA - VİDEO

Azərbaycanda bəzi tələbə və şagirdlərə sığorta ÖDƏNİŞİ EDİLƏCƏK

Azərbaycanda bəzi tələbə və şagirdlərə sığorta ÖDƏNİŞİ EDİLƏCƏK

Leysan yağır, şimşək çaxır - FAKTİKİ HAVA

Leysan yağır, şimşək çaxır - FAKTİKİ HAVA

End of content

No more pages to load

RADİO