Mərkəzi Univermaq və "Moskva Ticarət Mərkəzi"nin "qızıl" fırıldağı - ARAŞDIRMA

2025-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycana 3 milyard 157.6 milyon ABŞ dolları dəyərində 32 min 919.1 kiloqram qızıl idxal edilib. Hesablamalara görə, ölkəyə gətirilən qızılın 1 kiloqramının orta idxal qiyməti 95 min 920.2 ABŞ dolları təşkil edib. Ölkəyə qızıl əsasən Rusiya, Böyük Britaniya, Avstraliya, ABŞ, Cənubi Afrika, Qazaxıstandan gətirilib.

Qızıl bütün dünyada yatırım vasitəsi hesab edilir. Azərbaycanda isə bu əksinədir.

Qızıla investisiya edib sonradan onu valyutaya çevirmək o qədər də sərfəli olmur. Mağazalar vətədaşlardan qızılı bazar dəyərindən qat-qat ucuz - "lom" (qırıntı) kimi qəbul edirlər. Bu zaman dizayn, fərdilik, məşhur brendin ("Cartier", "Tiffany", "Bulgari", "Dammiani", "Van Cleef & Arpels", "Chopard") istehsalı kimi faktorlar nəzərə alınmır. Nəzərə alsaq ki, normalda "lom" (qırıntı) kimi dəbdən düşmüş, artıq istifadə olunmayan, qüsurlu zinət əşyalarının qəbulu nəzərdə tutulmalıdır.

Araşdırmalarımıza əsasən, bazarda 999 əyar qızılın qramı 182 manat təşkil edir. Lakin Mərkəzi Univermaq (MUM), "Moskva Ticarət Mərkəzi" kimi zinət əşyalarının geniş çeşiddə satıldığı yerlərdə eyni əyar qızıl vətəndaşlardan "lom" kimi 140 manatdan qəbul edilir. İtalyan qızılının qramı 137 manat, alışı 100 manat, türk qızılının qramı 107, rus qızılının isə 106 manat, alışları 80 manat təşkil edir.

"Moskva Ticarət Mərkəzi"ndə qızıl alışı və satışı ilə məşğul olan satıcı Teleqraf-a bildirdi ki, qızılın plombu açılmayıbsa, dəyərindən 1-2 faiz ucuz qiymətlə satmaq mümkündür. Əks halda, qızıl zinət əşyası kimi yox, “lom” (qırıntı) kimi alınır. Yəni çəki nədirsə, alıcı satıcıya onun pulunu ödəyir.

O da məlum oldu ki, Ticarət Mərkəzində qızılın dəyəri dünya bazarındakı gündəlik qiymətlər əsasında müəyyənləşir. Əgər dünya bazarında qiymətlər düşərsə, daxili bazarda da vəziyyət dəyişir. Buna uyğun da "lom"un dəyəri biçilir.

Məsələnin başqa tərəfi vətəndaşlardan "lom" kimi qəbul edilən zinət əşyalarının cilalanaraq yeni məhsul kimi baha qiymətə satışa çıxarılmasıdır. Məlumatlara əsasən, son illər zinət əşyalarının ölkəyə qaçaqmal yolu ilə gətirilməsinə qarşı tədbirlər artırıldığından bazarda yeni mal azalıb.

Mərkəzi Univermaq, "Moskva Ticarət Mərkəzi"ndə vitirinləri bəzəyən zinət əşyalarının əksəriyyəti vətəndaşlardan bir zamanlar qırıntı kimi qəbul edilən mallardır.

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı Teleqraf-a danışan Azərbaycan Zərgərlər Assosiasiyasının idarə heyətinin sədri Toğrul Abbasquliyev qeyd etdi ki, qüsuru olmayan qızılların “lom” kimi qəbul edilərək sonradan baha satılması hər bir satış nöqtəsinin öz siyasəti ilə əlaqəlidir:

“Bunu biz ümumi olaraq təbii ki, tənzimləyə bilmərik. Bu, bazar iqtisadiyyatıdır. Elə satış nöqtələri var ki, qızılı hazır zərgərlik məmulatı kimi alır, eləsi də var ki, işçilik, dizayn nəzərə almadan sadəcə tərkibində olan qızılın çəkisinə görə alış təklif edir”.

O bildirdi ki, bazar iştirakçıları qızılı müəyyən bir qiymətə alıb, üzərinə öz marjalarını qoyub satırlar:

"Bu, normal sahibkarlıq fəaliyyətidir. Qızılı hazır zərgərlik məmulatı kimi alan alıcı onu daha baha qiymətə satmaq məcburiyyətindədir. Bu gün xam qızılın qiyməti qalxır. İstehlakçı qızılını “lom” kimi satsa da, mənfəət əldə edə bilir”.

Toğrul Abbasquliyev zaman keçdikcə dizaynların dəyişməsi və kolleksiyaların yenilənməsinə də diqqət çəkdi:

“10-20 il qabaq dəbdə olan modellər indi də eyni qiymətlə satıla bilməz. Təbii ki, biz məşhur brendləri nəzərdə tutmuruq. O modellər illər keçdikcə daha da qiymətlənir. Mən “Cartier”, “Chobard”, “Roberto Coin”, “Bulgari”, “Tiffany” kimi dünyaca məşhur brendləri nəzərdə tuturam. Yox, əgər biz “no-name”, yəni brend olmayan məhsullardan danışırıqsa, onlar köhnəlir və təbii ki, hazır zərgərlik məmulatı kimi onu heç kim almır. Hansı müştəri 20 il bundan qabaq dəbdə olan modeli alar? Burada çoxlu nüans var”.

5 il əvvəl Maliyyə Nazirliyi yanında Dövlət Təhlil İdarəsi bu bazarı qismən tənzimləyirdi. İndi tam nəzarətsizlik var. Zərgərlik sənayesində dəyər zəncirinin keyfiyyətinə nəzarət yoxdur, ona görə də ikinci əl zinət əşyaları rəflərdə yeni mal adı ilə satışa çıxarılır. İstehlakçı isə aldandığını öyrənəndə bununla bağlı heç nə edə bilmir.

Hökumətin 114 saylı qərarı ilə qızıl əşyalar geri qaytarılması mümkün olmayan mallar siyahısına daxil edilib. Bu o deməkdir ki, alınan zinət əşyasının yarım saat sonra belə geri qaytarılması mümkün deyil.

Zərgərlik mağazalarında ən məkrli saxtakarlıq sxemlərindən digəri də təbii qiymətli daşların sintetik daşlarla əvəzlənməsidir. Bu təcrübə almaz, yaqut, sapfir və zümrüd satarkən xüsusilə yayğındır. Laboratoriyada yaradılmış sintetik daşlar təbii daşlardan seçilmir. Mərkəzi Univermaq, "Moskva Ticarət Mərkəzi"ndə vətəndaşlardan "lom" kimi qəbul edilən "Cartier", "Tiffany", "Bulgari", "Dammiani", "Chopard" kimi məşhur brendlərin məhsulları cilalandığı zaman zədələnmiş daşlar sintetik daşlarla dəyişdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Türkiyədə təhsil: qəbul, ödəniş və təqaüdlə bağlı VACİB MƏQAMLAR

Türkiyədə təhsil: qəbul, ödəniş və təqaüdlə bağlı VACİB MƏQAMLAR

6 ay ərzində doğulan uşaqlara ən çox qoyulan ADLAR

6 ay ərzində doğulan uşaqlara ən çox qoyulan ADLAR

“Milan” bu futbolçu ilə razılığa gəldi

“Milan” bu futbolçu ilə razılığa gəldi

İraqda Xamenei ilə üçmərhələli vida mərasimi KEÇİRİLƏCƏK

İraqda Xamenei ilə üçmərhələli vida mərasimi KEÇİRİLƏCƏK

Netanyahudan ETİRAF: “Trampla bu məsələdə fikir ayrılıqlarımız olur”

Netanyahudan ETİRAF: “Trampla bu məsələdə fikir ayrılıqlarımız olur”

Sabah bu kəndlərdə işıqlar sönəcək

Sabah bu kəndlərdə işıqlar sönəcək

Rihanna 4-cü uşağa hamilədir? - FOTOLAR

Rihanna 4-cü uşağa hamilədir? - FOTOLAR

İran Hörmüz boğazında neft tankerlərinə HÜCUM ETDİ

İran Hörmüz boğazında neft tankerlərinə HÜCUM ETDİ

Xameneinin cənazəsi İraqa gətirildi - VİDEO

Xameneinin cənazəsi İraqa gətirildi - VİDEO

Güləşçimiz erməni rəqibini məğlub edərək ÇEMPİON OLDU - FOTO

Güləşçimiz erməni rəqibini məğlub edərək ÇEMPİON OLDU - FOTO

“Qarabağ” yeni mövsüm üçün formalarını təqdim etdi - FOTO

“Qarabağ” yeni mövsüm üçün formalarını təqdim etdi - FOTO

Beyni 13 il "cavanlaşdıran" vərdiş məlum oldu

Beyni 13 il "cavanlaşdıran" vərdiş məlum oldu

“Fənərbağça”dan 45 milyonluq transfer

“Fənərbağça”dan 45 milyonluq transfer

Güclü leysan yağışları Tbilisi hava limanını İFLİC ETDİ

Güclü leysan yağışları Tbilisi hava limanını İFLİC ETDİ

Qızı "Ələkbər əmi"ni belə yad etdi – VİDEO

Qızı "Ələkbər əmi"ni belə yad etdi – VİDEO

Messi Argentina - Misir matçının ƏN YAXŞISI seçildi

Messi Argentina - Misir matçının ƏN YAXŞISI seçildi

Şəkidə üç nəqliyyat vasitəsi toqquşdu

Şəkidə üç nəqliyyat vasitəsi toqquşdu

Ən çətin BÜRCLƏR - Onların öz doğruları var

Ən çətin BÜRCLƏR - Onların öz doğruları var

Gəncədə 17 yaşlı yeniyetmə çənəsindən bıçaqlandı

Gəncədə 17 yaşlı yeniyetmə çənəsindən bıçaqlandı

Çempionlar Liqası: “Sabah”dan inamlı qələbə - VİDEO

Çempionlar Liqası: “Sabah”dan inamlı qələbə - VİDEO

Trampın Ankara səfəri: Yeni geosiyasi düzənin başlanğıcı?

Trampın Ankara səfəri: Yeni geosiyasi düzənin başlanğıcı?

Yapon nazir Türkiyədəki suya təəccübləndi – VİDEO

Yapon nazir Türkiyədəki suya təəccübləndi – VİDEO

TikToker Arzum yalnız bu halda azadlığa buraxıla bilər - AÇIQLAMA

TikToker Arzum yalnız bu halda azadlığa buraxıla bilər - AÇIQLAMA

Şağanda quru otluq sahədəki yanğın SÖNDÜRÜLDÜ

Şağanda quru otluq sahədəki yanğın SÖNDÜRÜLDÜ

End of content

No more pages to load

RADİO