Rusiyada yaşayan azərbaycanlıların nəzərinə! - Sentyabrın 1-dən yeni QAYDALAR

Rusiyada miqrasiya qaydalarında ciddi dəyişikliklər edilir. 2025-ci il sentyabrın 1-dən Moskva şəhəri və Moskva vilayətində miqrantlar üçün yeni qaydalar tətbiq ediləcək. Yeni qaydalar əcnəbilərin Rusiyaya girişi, qeydiyyatı, viza və yaşayış icazəsinin alınması, vətəndaşlığa qəbulu və imtahanlarla bağlıdır.

Bizim.Media xəbər verir ki, sentyabrın 1-dən Rusiyaya vizasız daxil olmuş bütün xarici vətəndaşlar məcburi qeydiyyatdan keçəcəklər.

Əcnəbilər Moskva "Miqrasiya Mərkəzində" qeydiyyatdan keçməli, proqram quraşdırmalı, biometrik məlumatlara çıxışı təmin etməli və Geolokasiya izlənməsinə icazə verməli olacaq (Qeydiyyat üçün 90 gün; ünvan dəyişdirildikdə: 3 iş günü müddətində Daxili İşlər Nazirliyinə məlumat verilir).
 

Miqrantlar pozuntulara görə, müəyyən məsuliyyətlər daşıyacaq. Belə ki, birinci pozuntu zamanı onlar nəzarət edilən şəxslərin reyestrinə daxil ediləcəklər, təkrar pozuntu halı baş verdikdə isə deport olunacaqlar.


Digər yandan Rusiyanın bir neçə bölgəsində bir patent altında işləmək imkanı təqdim olunur.

Sentyabr ayından Rusiyaya hər hansı keçid məntəqəsindən vizasız daxil olmaq üçün əcnəbilər ruID mobil tətbiqi vasitəsilə özləri və səfərlərinin məqsədi haqqında məlumatı əks etdirən ərizə təqdim etməli olacaqlar. Tətbiqdən istifadə edənlər giriş məhdudiyyətlərini yoxlaya və digər xidmətləri ala biləcəklər.
 

Qeyd edək ki, 1 sentyabr 2025-ci il tarixindən etibarən Moskva və Moskva vilayətində xarici vətəndaşlar olduqları yer üzrə deyil, səlahiyyətli təşkilatın ünvanında qeydiyyata alınacaqlar.


Xarici uşaqların məktəblərə qəbulu qaydalarında da müəyyən dəyişikliklər sentyabrın 1-dən qüvvəyə minəcək.

Belə ki, əcnəbi uşaqlar rus dili biliyi üzrə şifahi və yazılı testlərdən keçəcəklər (birinci sinif şagirdləri yalnız şifahi hissədən keçəcək). Məktəbə qəbul olmaq üçün uşaqlar ən azı 3 bal toplamalıdır. İkinci cəhd 3 ay ərzində mümkündür.
 

Rusiyada işləmək və yaşamaq istəyən əcnəbilərin keçməli olduqları xarici dil, tarix və Rusiya qanunvericiliyinin əsasları kimi rus dilindən imtahanlar üzrə tapşırıqların yerinə yetirilməsi üçün də tələblər dəyişib.


"Modern.az"a açıqlamasında Moskva Azərbaycanlıları Milli-Mədəni Muxtariyyətinin sədri Bəxtiyar Həsənov bildirib ki, miqrantların sayının kəskin artması və ölkəyə giriş, qeydiyyatın pozulması, bəzi miqrantlar tərəfindən pozuntuların artması və köhnəlmiş qanunvericilik nəticəsində hökumət son vaxtlar Rusiya Federasiyasında miqrasiya problemlərini sadələşdirmək və həll etmək üçün yeni qanunlar və qaydalar tətbiq edir.

O qeyd edib ki, Rusiyada, xüsusən də paytaxtda yaşayan azərbaycanlılar üzərlərində təzyiq hiss etmirlər:
 

"Rusiyada yaşayan, xüsusən də paytaxtda yaşayan azərbaycanlılar olaraq üzərimizdə heç bir təzyiq hiss etmirik. Həyat öz axarı ilə davam edir. Rusiya dövləti digər dövlətlər kimi hər il öz miqrasiya qanunlarını təkmilləşdirir. Mən buna sərtləşmə yox, təkmilləşmə deyərdim.


Qanuna tabe olan vətəndaşlar sənədlərini vaxtlı-vaxtında qaydasına salırlar və öz əmək, yaxud digər fəaliyyətləri ilə sakit şəkildə məşğul olurlar. Həmçinin biz böyük satış mərkəzlərində, bazarlarda mütəmadi olaraq həm yerlilərimizlə əlaqədə oluruq və onlara konsltativ yardımlar göstəririk. Bu barədə bizə heç bir şikayət daxil olmayıb".

B.Həsənov vurğulayıb ki, yalnız 1-ci sinfə qəbul məsələsində müəyyən problemlər yaşanır: "Bizim Moskva Şəhəri Təhsil Departmenti ilə sıx əlaqələrimiz var. Bu istiqamətdə biz imkan daxilində vaxtaşırı olaraq həmyerlilərimizə yardımlar göstəririk".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bağırsağın bir nömrəli düşməni olan ƏT NÖVÜ – Əksəriyyət yeyir

Bağırsağın bir nömrəli düşməni olan ƏT NÖVÜ – Əksəriyyət yeyir

Sakit görünən, amma qəfildən “partlayan” 5 BÜRC

Sakit görünən, amma qəfildən “partlayan” 5 BÜRC

Hakan Fidan: "İsrail bütün dünya üçün problemdir"

Hakan Fidan: "İsrail bütün dünya üçün problemdir"

Rusiyada YDM-lərdə uzun növbələr yarandı – VİDEO

Rusiyada YDM-lərdə uzun növbələr yarandı – VİDEO

Fransanın cənubu alovlar içində: Meşə yanğınları nəzarətdən çıxır

Fransanın cənubu alovlar içində: Meşə yanğınları nəzarətdən çıxır

Leyla Əliyevanın doğum günüdür

Leyla Əliyevanın doğum günüdür

Türkiyə avro ilə sürətli ödəniş sisteminə keçir

Türkiyə avro ilə sürətli ödəniş sisteminə keçir

“İmişli” yeni baş məşqçisini açıqladı

“İmişli” yeni baş məşqçisini açıqladı

İlham Namiq Kamalın oğlu məzun oldu - FOTO

İlham Namiq Kamalın oğlu məzun oldu - FOTO

“Xarici mənbələrdən səhv tərcümə edilib” - Sertifikasiya suallarına etiraz - VİDEO

“Xarici mənbələrdən səhv tərcümə edilib” - Sertifikasiya suallarına etiraz - VİDEO

"Arzum"un həbs olunmasına səbəb olan qəzanın yeni GÖRÜNTÜLƏRİ - VİDEO

"Arzum"un həbs olunmasına səbəb olan qəzanın yeni GÖRÜNTÜLƏRİ - VİDEO

Türkiyədən Dəməşqdəki partlayışla bağlı BƏYANAT

Türkiyədən Dəməşqdəki partlayışla bağlı BƏYANAT

Leandro Andrade “Sabah”a qol vurdu

Leandro Andrade “Sabah”a qol vurdu

Şəkidə Şin çayı hövzəsində 31 metrlik şəlalə qeydə alındı - FOTO

Şəkidə Şin çayı hövzəsində 31 metrlik şəlalə qeydə alındı - FOTO

Çayda batan Muradın FOTOSU

Çayda batan Muradın FOTOSU

Ukraynanın müdafiə naziri 40-a yaxın ölkəyə XAHİŞ MƏKTUBU göndərdi

Ukraynanın müdafiə naziri 40-a yaxın ölkəyə XAHİŞ MƏKTUBU göndərdi

“Neftçi” Rumıniya klubuna uduzdu

“Neftçi” Rumıniya klubuna uduzdu

Qusarın icra başçısı taxıl biçini sahələrinə baxış keçirdi - FOTO

Qusarın icra başçısı taxıl biçini sahələrinə baxış keçirdi - FOTO

Ermənistanda hiss olunan zəlzələ baş verdi

Ermənistanda hiss olunan zəlzələ baş verdi

Ləman Ələşrəfqızının oğurlanan pulları QAYTARILDI

Ləman Ələşrəfqızının oğurlanan pulları QAYTARILDI

"Avroviziya" təmsilçimizə yüksək vəzifə verildi

"Avroviziya" təmsilçimizə yüksək vəzifə verildi

Lukaşenko hədiyyəsi ilə İndoneziya prezidentini TƏƏCCÜBLƏNDİRDİ

Lukaşenko hədiyyəsi ilə İndoneziya prezidentini TƏƏCCÜBLƏNDİRDİ

Natiq Şirinov 35 min təzminat alacaq – FOTO

Natiq Şirinov 35 min təzminat alacaq – FOTO

Ukraynada ölən azərbaycanlı tələbənin meyiti bu gecə Azarbaycana gətiriləcək

Ukraynada ölən azərbaycanlı tələbənin meyiti bu gecə Azarbaycana gətiriləcək

End of content

No more pages to load

RADİO