Qızları erkən yaşda nişanlayan valideynlər də CƏZALANDIRILACAQ – RƏSMİ

Azərbaycanda bəzi valideynlər qız övladlarını hələ yetkinlik yaşına çatmadan nişanlayır. Xüsusilə kənd yerlərində rast gəlinən bu hallar təkcə qızların təhsil hüququnu əlindən almır, həm də onların gələcək həyatına ağır zərbə vurur. Mütəxəssislər bildirirlər ki, məcburi nişanlanma və erkən evliliklər bəzən itkin düşmə halları ilə də nəticələnir.

Məlumdur ki, Azərbaycan qanunvericiliyinə görə evlilik yaşı 18-ə bərabərdir. Lakin bəzi valideynlər xüsusilə də qız övladlarına həddi-büluğa çatmadan nişanlayır, rəsmi nikah üçün isə 18 yaşın tamam olmasını gözləyirlər.

Bəs bu cür valideynlərə qarşı hansı tədbirlər görülür?

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Zülfiyyə Sadıq Bizim.Media-ya açıqlamasında bildirib ki, problemin qarşısını almaq üçün son illər qanunvericilik sərtləşdirilib, eyni zamanda maarifləndirmə tədbirləri genişləndirilib:

“2024-cü il iyunun 28-də qəbul edilən və 2025-ci il iyulun 1-dən qüvvəyə minən qanun dəyişikliyinə əsasən, nikah yaşının azaldılmasına dair istisna hallara son qoyulub. Artıq 16 yaşına çatmayan şəxslərin erkən evliliyini təşkil etmək, bu məqsədlə nişan, toy və dini nikah mərasimləri keçirmək, həmçinin bu sövdələşmələrdə iştirak etmək cinayət və inzibati məsuliyyət yaradır. Məsuliyyət yalnız valideynləri deyil, erkən evliliyə razılıq verən yetkin şəxsləri, prosesdə iştirak edən din xadimlərini və hətta hüquqi şəxsləri də əhatə edir”, - deyə o bildirib.

Zülfiyə Sadıq bildirib ki, Cari ilin ilk 6 ayında 22 ailəyə səfər edilib, 18 erkən evlilik faktının qarşısı alınıb:

“Dövlət Komitəsi həmçinin qızların təhsil imkanlarını artırmaq üçün layihələr icra edir. 2021-ci ildən Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondu ilə birgə həyata keçirilən “Hənifə Məlikova - Zərdabi” təqaüd proqramı ilə 93 tələbə qıza, Kapital Bank-la birgə həyata keçirilən “Arzumuz var” layihəsi çərçivəsində isə 15 abituriyentə dəstək verilib”, - deyə o diqqətə çatdırıb.

Komitənin əməkdaşı eyni zamanda valideynlərə çağırış edib. O vurğulayıb ki, erkən evliliklə mübarizə yalnız dövlət qurumlarının deyil, bütün cəmiyyətin məsuliyyətidir:

“Yetkinlik yaşına çatmayanlara qarşı valideyn məsuliyyəti artırılmalı, insanlar erkən evliliyə cəza qorxusu ilə deyil, mədəni-hüquqi norma kimi yanaşmalıdır”.

Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Heyvanlarla güclü bağ quran BÜRCLƏR

Heyvanlarla güclü bağ quran BÜRCLƏR

Kuryerliklə qazandığı pulla kiçik qardaşını oxutdu - VİDEO

Kuryerliklə qazandığı pulla kiçik qardaşını oxutdu - VİDEO

Avtomobildəki kənar səslər hansı nasazlıqlardan xəbər verir?

Avtomobildəki kənar səslər hansı nasazlıqlardan xəbər verir?

Türkiyədə təhsil: qəbul, ödəniş və təqaüdlə bağlı VACİB MƏQAMLAR

Türkiyədə təhsil: qəbul, ödəniş və təqaüdlə bağlı VACİB MƏQAMLAR

6 ay ərzində doğulan uşaqlara ən çox qoyulan ADLAR

6 ay ərzində doğulan uşaqlara ən çox qoyulan ADLAR

“Milan” bu futbolçu ilə razılığa gəldi

“Milan” bu futbolçu ilə razılığa gəldi

İraqda Xamenei ilə üçmərhələli vida mərasimi KEÇİRİLƏCƏK

İraqda Xamenei ilə üçmərhələli vida mərasimi KEÇİRİLƏCƏK

Netanyahudan ETİRAF: “Trampla bu məsələdə fikir ayrılıqlarımız olur”

Netanyahudan ETİRAF: “Trampla bu məsələdə fikir ayrılıqlarımız olur”

Sabah bu kəndlərdə işıqlar sönəcək

Sabah bu kəndlərdə işıqlar sönəcək

Rihanna 4-cü uşağa hamilədir? - FOTOLAR

Rihanna 4-cü uşağa hamilədir? - FOTOLAR

İran Hörmüz boğazında neft tankerlərinə HÜCUM ETDİ

İran Hörmüz boğazında neft tankerlərinə HÜCUM ETDİ

Xameneinin cənazəsi İraqa gətirildi - VİDEO

Xameneinin cənazəsi İraqa gətirildi - VİDEO

Güləşçimiz erməni rəqibini məğlub edərək ÇEMPİON OLDU - FOTO

Güləşçimiz erməni rəqibini məğlub edərək ÇEMPİON OLDU - FOTO

“Qarabağ” yeni mövsüm üçün formalarını təqdim etdi - FOTO

“Qarabağ” yeni mövsüm üçün formalarını təqdim etdi - FOTO

Beyni 13 il "cavanlaşdıran" vərdiş məlum oldu

Beyni 13 il "cavanlaşdıran" vərdiş məlum oldu

“Fənərbağça”dan 45 milyonluq transfer

“Fənərbağça”dan 45 milyonluq transfer

Güclü leysan yağışları Tbilisi hava limanını İFLİC ETDİ

Güclü leysan yağışları Tbilisi hava limanını İFLİC ETDİ

Qızı "Ələkbər əmi"ni belə yad etdi – VİDEO

Qızı "Ələkbər əmi"ni belə yad etdi – VİDEO

Messi Argentina - Misir matçının ƏN YAXŞISI seçildi

Messi Argentina - Misir matçının ƏN YAXŞISI seçildi

Şəkidə üç nəqliyyat vasitəsi toqquşdu

Şəkidə üç nəqliyyat vasitəsi toqquşdu

Ən çətin BÜRCLƏR - Onların öz doğruları var

Ən çətin BÜRCLƏR - Onların öz doğruları var

Gəncədə 17 yaşlı yeniyetmə çənəsindən bıçaqlandı

Gəncədə 17 yaşlı yeniyetmə çənəsindən bıçaqlandı

Çempionlar Liqası: “Sabah”dan inamlı qələbə - VİDEO

Çempionlar Liqası: “Sabah”dan inamlı qələbə - VİDEO

Trampın Ankara səfəri: Yeni geosiyasi düzənin başlanğıcı?

Trampın Ankara səfəri: Yeni geosiyasi düzənin başlanğıcı?

End of content

No more pages to load

RADİO