Xoşqədəmdən Trampa sual verən azərbaycanlı jurnalistə DƏSTƏK – “Sponsor olmadan yetişib”

Əməkdar jurnalist Xoşqədəm Baxşəliyeva Ağ Evdə ABŞ Prezidenti Donald Trampa sual ünvanlayan həmkarı ilə bağlı paylaşım edib.

Bizim.Media xəbər verir ki, aparıcı Vüsalə Abbasova ilə “Sən tək deyilsən” layihəsində birgə çalışdığını bildirib:

“İki gündür Amerikada imzalanan tarixi anlaşma bir kənarda qalıb, biz isə Trampa sual verən jurnalistin ingilis dili səviyyəsi və aksenti ilə məşğuluq.

Dostlar, Tramp o sualı çox yaxşı başa düşdü. Sadəcə, hər zamankı kimi özünəməxsus cavabını verdi.

O jurnalist – Vüsalə Abbasova  illər öncə addımlarını yeni atan gənc bir jurnalist kimi mənim yanıma gəlmişdi. Mənim müəllifi olduğum “Sən Tək Deyilsən” layihəsində TV təcrübəsi olmadan, qısa müddətdə əzmi və çalışqanlığı ilə müxbir, prodüser, montajçı, redaktor oldu. Mənim kimi tələbkar bir insanın yanında işləyib tərif almaq hər adamın işi deyildi – amma o bacardı.

Daha sonra İstanbul Universitetində həm bakalavr, həm də magistratura təhsilini uğurla tamamladı. Ardınca  PhD tələbəsi kimi ABŞ-nin nüfuzlu Yale Universitetinə getdi. Xatırlayıram, həmin vaxtlar onun üçün çox çətin idi — universitetin tələbə evində qalırdı. Maddi sıxıntılar, çətinliklər… Hər gün mənə zəng edir, çətinliklərindən danışır, məsləhətlər alırdı. Mən hər zaman onun yanında idim, çünki inanırdım.
 

Bu inam boşa çıxmadı — o, BMT-dən ardıcıl 2 il təqaüd qazanan tələbə oldu. BMT Baş katibindən müsahibə alan ilk azərbaycanlı jurnalist, BMT Jurnalistlər Assosiasiyasının da yeganə azərbaycanlı üzvüdür.


Türkiyədə çalışdığı vaxt Ərdoğanın sevimli jurnalistlərindən biri oldu. Netanyahu, müxtəlif ölkə prezidentləri, baş nazirlər, beynəlxalq təşkilatların təmsilçiləri – onun müsahibə portfelindədir.

Vüsalə məcburi köçkün ailəsində  doğulub, bu yerə səs-küysüz, “sponsor” olmadan, “dayı”ların kölgəsində yox, günəşin altında təkbaşına addımlayaraq gəlib. O, bacarıqlı, dürüst və dəyərlərinə bağlıdır.

Mənəm-mənəmlikdən, eqodan, ambisiyadan uzaq, yaxşılığı unutmayan, etibarlı, sədaqətli və zəhmətkeş insan.

Yolun daim açıq olsun, Vüsalə!”.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Səhərki qəzada həyatını itirən Şadmanın FOTOSU

Səhərki qəzada həyatını itirən Şadmanın FOTOSU

Rusiyanı vuran PUA-lar Qazaxıstandan atılıb? - SƏRT BƏYANAT

Rusiyanı vuran PUA-lar Qazaxıstandan atılıb? - SƏRT BƏYANAT

Pakistandan sonra Türkiyə də vasitəçilik TƏKLİF ETDİ

Pakistandan sonra Türkiyə də vasitəçilik TƏKLİF ETDİ

Müğənninin səsi batdı – VİDEO

Müğənninin səsi batdı – VİDEO

Samuxda ağır yol qəzası: ölənlər var

Samuxda ağır yol qəzası: ölənlər var

Yıxılaraq dünyasını dəyişən şəxs tanınmış alim imiş

Yıxılaraq dünyasını dəyişən şəxs tanınmış alim imiş

"Zirə" mövsümün ilk oyununda qələbə qazandı

"Zirə" mövsümün ilk oyununda qələbə qazandı

Tramp Ukraynaya səfər edəcəyini BƏYAN ETDİ

Tramp Ukraynaya səfər edəcəyini BƏYAN ETDİ

Vasitəçi Pakistan ABŞ və İrana ÇAĞIRIŞ ETDİ

Vasitəçi Pakistan ABŞ və İrana ÇAĞIRIŞ ETDİ

İspaniyada anomal isti: 112 illik temperatur rekordu təzələndi

İspaniyada anomal isti: 112 illik temperatur rekordu təzələndi

Diddinin həbsxanadan görüntüləri yayıldı – FOTO

Diddinin həbsxanadan görüntüləri yayıldı – FOTO

Rüttedən diqqətçəkən ÇIXIŞ: NATO-nun İranla münaqişədə iştirakı mümkündür

Rüttedən diqqətçəkən ÇIXIŞ: NATO-nun İranla münaqişədə iştirakı mümkündür

Gəlirləri artacaq BÜRCLƏR

Gəlirləri artacaq BÜRCLƏR

Balakəndə selin apardığı kişinin meyiti TAPILDI

Balakəndə selin apardığı kişinin meyiti TAPILDI

Aktrisa Ece İrtemin ölüm səbəbi BƏLLİ OLDU

Aktrisa Ece İrtemin ölüm səbəbi BƏLLİ OLDU

Tramp: "İranla razılaşmaq istədiyimə əmin deyiləm"

Tramp: "İranla razılaşmaq istədiyimə əmin deyiləm"

Zaqatalada poçtu sel apardı - VİDEO

Zaqatalada poçtu sel apardı - VİDEO

Azərbaycanda qeyri-adi təbiət hadisəsi - VİDEO

Azərbaycanda qeyri-adi təbiət hadisəsi - VİDEO

Cəlilabadda 5 küçəyə şəhidlərin adı verildi - FOTO

Cəlilabadda 5 küçəyə şəhidlərin adı verildi - FOTO

Tramp Zelenskini Putinlə, İranı isə Yaponiya ilə səhv saldı - VİDEO

Tramp Zelenskini Putinlə, İranı isə Yaponiya ilə səhv saldı - VİDEO

SEPAH ABŞ hücumları zamanı ölənlərlə bağlı BƏYANAT YAYDI

SEPAH ABŞ hücumları zamanı ölənlərlə bağlı BƏYANAT YAYDI

Tramp Suriyanı terrorizmin sponsoru olan ölkələr siyahısından çıxaracaq - VİDEO

Tramp Suriyanı terrorizmin sponsoru olan ölkələr siyahısından çıxaracaq - VİDEO

İran ABŞ-nin təcavüzünü cavabsız qoymayacağına SÖZ VERDİ

İran ABŞ-nin təcavüzünü cavabsız qoymayacağına SÖZ VERDİ

Kiyev sakinlərinə şəhərdən getmək tövsiyə olundu

Kiyev sakinlərinə şəhərdən getmək tövsiyə olundu

End of content

No more pages to load

RADİO