Soçidə neft bazası partladıldı - VİDEO

Bu gün səhər saatlarında Rusiyanın kurort şəhəri Soçidə yerləşən “Rosneft-KubanNeftProdukt” şirkətinə məxsus neft bazasında yanğın baş verib. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı yerli hakimiyyət orqanları yayıb.

Hadisəyə səbəb Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) hücumu olub.

Bu barədə Krım vilayətinin qubernatoru Veniamin Kondratyev Teleqram kanalında açıqlama verib. Bildirilib ki, hücum nəticəsində 2000 kubmetrlik yanacaq çəni alışaraq yanmağa başlayıb.

Rusiyanın Hava Nəqliyyatı Agentliyi – Rosaviatsiya Soçi hava limanında bütün uçuşların dayandırıldığını açıqlayıb.

Krasnodar diyarında yerləşən və Ukrayna PUA-larının tez-tez hədəf aldığı İlsk neft emalı zavodu da bu hücum dalğasından sonra diqqət mərkəzinə düşüb. İlkin ehtimallara görə, Soçidəki yanğınla yanaşı digər neft obyektləri də təhlükə altındadır.

Bu gün həmçinin Rusiyanın cənubundakı Voronej vilayətinin qubernatoru bildirib ki, PUA hücumları nəticəsində bir neçə yanğın baş verib və bir qadın xəsarət alıb. Onun sözlərinə görə, gecə saatlarında həyata keçirilən hücum nəticəsində dron qalıqları bir neçə evin və yardımçı tikililərin üzərinə düşüb.

Voronej vilayətinin rəhbəri Aleksandr Qusev Teleqramda bildirib ki, hava hücumundan müdafiə qüvvələri bölgə üzərində təxminən 15 PUA-nı məhv edib.

Avqustun 2-nə keçən gecə Ukrayna tərəfi Rusiya ərazisinə genişmiqyaslı dron hücumları təşkil edib. Bu hücumların əsas hədəfləri arasında Ryazan və Samara vilayətlərindəki neft emalı zavodları olub.

Ryazanda yerləşən zavodda baş verən partlayışın görüntüləri sosial şəbəkələrdə yayılıb. Samara vilayətində isə hücumdan sonra Novokuybışevsk Neft Emalı Zavodunda güclü yanğın qeydə alınıb – monitorinq kanallarında yayılan videolarda alov və qatı tüstü aydın görünür.

 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rusiyanın Kiyevə hücumunda ölənlərin sayı 30 nəfərə çatdı – FOTO

Rusiyanın Kiyevə hücumunda ölənlərin sayı 30 nəfərə çatdı – FOTO

Ronaldonun penaltidən əvvəl “bismillah” dediyi anlar – VİDEO

Ronaldonun penaltidən əvvəl “bismillah” dediyi anlar – VİDEO

İsrailin müdafiə nazirindən XƏBƏRDARLIQ: “İrana təkbaşına da zərbə endirə bilərik”

İsrailin müdafiə nazirindən XƏBƏRDARLIQ: “İrana təkbaşına da zərbə endirə bilərik”

Hərbi xidmətə çağırışla bağlı korrupsiya: 88 nəfər barəsində Baş Prokurorluğa müraciət edildi

Hərbi xidmətə çağırışla bağlı korrupsiya: 88 nəfər barəsində Baş Prokurorluğa müraciət edildi

Avropa və Rusiyanı bürüyən YANACAQ BÖHRANI – Qlobal iqtisadiyyat yeni risklərlə ÜZ-ÜZƏ

Avropa və Rusiyanı bürüyən YANACAQ BÖHRANI – Qlobal iqtisadiyyat yeni risklərlə ÜZ-ÜZƏ

Bu hədiyyələr yoxsulluq və bəxtsizlik gətirir: Varsa, tez atın

Bu hədiyyələr yoxsulluq və bəxtsizlik gətirir: Varsa, tez atın

Bu il uşağın anadan olmasına görə nə qədər müavinət ödənilib?

Bu il uşağın anadan olmasına görə nə qədər müavinət ödənilib?

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

Bakıda "Prius" dəmir məhəccərə çırpıldı: Ölən var - VİDEO

Bakıda "Prius" dəmir məhəccərə çırpıldı: Ölən var - VİDEO

Bu ölkənin hər 6 sakinindən biri dollar milyonçusudur

Bu ölkənin hər 6 sakinindən biri dollar milyonçusudur

Tehranda Xamenei ilə vida mərasimi başladı – FOTO -VİDEO

Tehranda Xamenei ilə vida mərasimi başladı – FOTO -VİDEO

Nəm salfetlər bu ölkədən yığışdırılır — Səbəb

Nəm salfetlər bu ölkədən yığışdırılır — Səbəb

Yayda müalicə TƏHLÜKƏLİDİRMİ? - Həkimdən XƏBƏRDARLIQ

Yayda müalicə TƏHLÜKƏLİDİRMİ? - Həkimdən XƏBƏRDARLIQ

"Eşref Rüya"nın "Nusret Ağa"sının yeni imici — FOTO

"Eşref Rüya"nın "Nusret Ağa"sının yeni imici — FOTO

DİQQƏT! Bakının bu rayonunda qaz kəsiləcək

DİQQƏT! Bakının bu rayonunda qaz kəsiləcək

İndoneziyada 6,2 maqnitudalı ZƏLZƏLƏ baş verdi

İndoneziyada 6,2 maqnitudalı ZƏLZƏLƏ baş verdi

Avro və rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Gəncədə qadın sürücü ağır qəza törətdi: Xəsarət alan var – FOTO

Gəncədə qadın sürücü ağır qəza törətdi: Xəsarət alan var – FOTO

Qızıl BAHALAŞDI

Qızıl BAHALAŞDI

Azərbaycanın Qazaxıstandakı səfiri medalla təltif edildi

Azərbaycanın Qazaxıstandakı səfiri medalla təltif edildi

Həyat yoldaşı Netanyahunun üstünə qışqırdı – VİDEO

Həyat yoldaşı Netanyahunun üstünə qışqırdı – VİDEO

Azərbaycan XİN Belarusu təbrik etdi – FOTO

Azərbaycan XİN Belarusu təbrik etdi – FOTO

Yenilənmiş 100 manatlıq pul nişanı nə vaxt tədavülə buraxılacaq? – RƏSMİ

Yenilənmiş 100 manatlıq pul nişanı nə vaxt tədavülə buraxılacaq? – RƏSMİ

“El nə deyər?" deyə hansı arzunuzu gerçəkləşdirməmisiniz? - VİDEOSORĞU

“El nə deyər?" deyə hansı arzunuzu gerçəkləşdirməmisiniz? - VİDEOSORĞU

End of content

No more pages to load

RADİO