Günəşlə artan SƏRVƏT - Neft Fondunun yeni investisiyası nə dərəcədə perspektivlidir?

Bu günlərdə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) bərpa olunan enerji sahəsində fəaliyyət göstərən beynəlxalq “Enfinity Global” şirkətinin ümumi gücü 402 MVt olan günəş elektrik stansiyalarından ibarət portfelində 49 %-lik pay əldə edib. Nəzərə alsaq ki, Avropada alternativ enerji prioritet istiqamət hesab olunur və bu sahədə iqtisadi göstəricilərin artması müşahidə edilir. Bu kontekstdə Dövlət Neft Fondunun alternativ enerjiyə yatırımlar etməsi fondun iqtisadi göstəricilərinə müsbət təsirlər vəd edir.

Günəş enerjisi tükənməz mənbədir. Onun əsasında qurulmuş energetika da perspektivli sahədir.

Ehtimallara görə, 2100-cü ildə günəş ən başlıca enerji mənbəyinə çeviriləcək. Elə indidən də o, ənənəvi enerji mənbələrinin rəqibi kimi çıxış etməyə başlayıb. Günəş enerjisinin cəmi 0, 0125%-nin işlənməsi yerdə olan bütün enerji ehtiyaclarını ödəyə bilər. Daha 0,5%-ı isə gələcək üçün də yetərli olar. Yerə düşən günəş enerjisinin miqdarı bütün neft, qaz və kömürdən alınan enerjilərin hamısından dəfələrlə çoxdur.

“Qara qızıl”dan “yaşıl gələcəy”ə

Günəş enerjisi həm də ekoloji cəhətdən təmizdir. İqtisadçı ekspert Xalid Kərimli Bizim.Media-ya bildirib ki, “Yaşıl enerji” hazırda Avropanın prioritetlərindəndir. Orada hökümətlər alternativ enerjinin inkişafı üçün belə layihələri dəstəkləyirlər, subsidiyalar verirlər:

"Bu sahəyə yaşıl işıq yandırılıb. Ona görə də Dövlət Neft Fondu prosesə investisiya portfeli kimi baxır və məbləğin bir hissəsini bu istiqamətə yönəldir. Halbuki Fondun nizamnaməsində nə də investisiya prioritetlərində ekoloji hədəfləri, bu istiqamətdəki problemləri həll edəcək öhdəliyi yoxdur.  
 

Fondun əsas hədəfi xalqın sərvətinin qorunması və onun artırılmasıdır. Çünki Azərbaycan xalqının sərvəti Neft Fondunda toplanıb. Bu baxımdan portfelin diversifikasiyası və gələcək vəd edən şirkətlərdə payın alınması müsbət haldır. İnvestisiya analitikləri belə istiqamətlərlə bağlı lazımi tövsiyələr verirlər. Güman ki, Neft Fondu bu tövsiyələrdən faaydalanıb, ifrastruktur layihələribə investisiya qoyub”.  


İşıqlı sərmayə – günəşlə artan sərvət

Qeyd edək ki, investisiya portfeli həm istismarda olan, həm də tikintisi davam edən, İtaliyanın Latsio və Emiliya-Romanya regionlarında yerləşən günəş elektrik stansiyalarını əhatə edir. Portfel üzrə stansiyaların illik təxminən 685 milyon kilovat-saat təmiz elektrik enerjisi istehsal edəcəyi gözlənilir. Bu da hər il təqribən 184,950-ton karbon-dioksid ekvivalentində (CO₂e) emissiyanın azaldılması və 250 minə yaxın İtalyan ailəsinin illik enerji tələbatının qarşılanması deməkdir.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Fatimə Bayramova Avropa çempionatında bürünc medal qazandı

Fatimə Bayramova Avropa çempionatında bürünc medal qazandı

Şuşaya köçəcək sakinlərə ŞAD XƏBƏR: Yeni yaşayış kompleksi salınır

Şuşaya köçəcək sakinlərə ŞAD XƏBƏR: Yeni yaşayış kompleksi salınır

TDT dövlət başçılarından Azərbaycana TAM DƏSTƏK

TDT dövlət başçılarından Azərbaycana TAM DƏSTƏK

Azərbaycanda ət bahalaşacaq - Qaçınılmaz səbəb açıqlandı

Azərbaycanda ət bahalaşacaq - Qaçınılmaz səbəb açıqlandı

Bu tarixdə muzeylərə giriş PULSUZ olacaq

Bu tarixdə muzeylərə giriş PULSUZ olacaq

“Qəbələ” “Karvan-Yevlax”ı məğlub etdi - VİDEO

“Qəbələ” “Karvan-Yevlax”ı məğlub etdi - VİDEO

Hande "Kann"a Azərbaycan brendi ilə qatıldı - FOTO

Hande "Kann"a Azərbaycan brendi ilə qatıldı - FOTO

İsrailin hücumları: Livanda ölənlərin sayı hər gün artır

İsrailin hücumları: Livanda ölənlərin sayı hər gün artır

Kadir İnanır reanimasiyaya yerləşdirildi - FOTO

Kadir İnanır reanimasiyaya yerləşdirildi - FOTO

"Haber Global": İlham Əliyev liderlərə müraciət edib - VİDEO

"Haber Global": İlham Əliyev liderlərə müraciət edib - VİDEO

“Şəfa” Birinci Liqanın çempionu oldu

“Şəfa” Birinci Liqanın çempionu oldu

Əraqçi: “Pakistanın vasitəçiliyini uğursuz hesab etmək olmaz”

Əraqçi: “Pakistanın vasitəçiliyini uğursuz hesab etmək olmaz”

Yer kürəsində maqnit qasırğası başlayıb

Yer kürəsində maqnit qasırğası başlayıb

2 nömrəli avtobusla bağlı şikayətlərə RƏSMİ CAVAB

2 nömrəli avtobusla bağlı şikayətlərə RƏSMİ CAVAB

Heydər Əliyev Beynəlxalq Aeroportu gücləndirilmiş əməliyyat rejiminə KEÇDİ

Heydər Əliyev Beynəlxalq Aeroportu gücləndirilmiş əməliyyat rejiminə KEÇDİ

Çin liderinin ABŞ-a səfər edəcəyi VAXT açıqlandı

Çin liderinin ABŞ-a səfər edəcəyi VAXT açıqlandı

Si Cinpin Trampla görüşdə Hörmüz boğazının açılmasını TƏLƏB ETDİ

Si Cinpin Trampla görüşdə Hörmüz boğazının açılmasını TƏLƏB ETDİ

Şuşa və Xocalının iki kəndinə İLK KÖÇ olacaq - FOTO

Şuşa və Xocalının iki kəndinə İLK KÖÇ olacaq - FOTO

"Mənə yaxınlaşıb dedilər ki, Zaurla evlənsəniz..."

"Mənə yaxınlaşıb dedilər ki, Zaurla evlənsəniz..."

Şuşada keçirilən "Xarıbülbül" festivalı başa çatıb – VİDEO

Şuşada keçirilən "Xarıbülbül" festivalı başa çatıb – VİDEO

Devid Bekhem Britaniyanın ilk milyarder idmançısı oldu: nə qədər qazanır?

Devid Bekhem Britaniyanın ilk milyarder idmançısı oldu: nə qədər qazanır?

Türküstanda liderlər çay süfrəsində söhbətləşiblər - FOTO

Türküstanda liderlər çay süfrəsində söhbətləşiblər - FOTO

1988-ci ilin binası sökülür – Sakinləri kirayə evlərə köçürüldü

1988-ci ilin binası sökülür – Sakinləri kirayə evlərə köçürüldü

Təbiətə 124 min manata yaxın ziyan vuruldu

Təbiətə 124 min manata yaxın ziyan vuruldu

End of content

No more pages to load

RADİO