İlham Əliyev və Berdiməhəmmədov “Sea Breeze”də - FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iyulun 16-da “Sea Breeze” istirahət mərkəzində olublar.

Bizim.Media xəbər verir ki, “Sea Breeze”in təsisçisi Emin Ağalarov dövlətimizin başçısına və Türkmənistan Xalq Məsləhətinin sədrinə Xəzər dənizinin sahilində yerləşən kurort ərazisində həyata keçirilən və qarşıdakı dövr üçün nəzərdə tutulan layihələr barədə məlumat verib.

Qeyd olunub ki, bu istirahət mərkəzini paytaxtdan cəmi 30 dəqiqəlik məsafə ayırır. Müxtəlif formatda çoxsaylı daşınmaz əmlak obyektlərini bir araya gətirən “Sea Breeze” dünyada nadir layihə hesab olunur. Burada indiyədək 3 milyon kvadratmetrdən çox yaşayış və kommersiya daşınmaz əmlak layihəsi həyata keçirilərək istifadəyə verilib, 500-dən artıq daşınmaz əmlak obyekti tikilib. Bundan başqa, ərazidə 50 hektar sahəni əhatə edən aypara şəklində nadir süni yarımada da yaradılacaq.

“Sea Breeze”də artıq 20 min sakin yaşayır. 2028-ci ilə qədər isə onların sayı 50 mindən çox olacaq. Layihə tam yekunlaşdırıldıqdan sonra burada 500 min sakin yaşayacaq.
 

“Sea Breeze”də sakinlər və qonaqlar üçün rahat şəraitin yaradılması, eləcə də onların asudə vaxtının səmərəli təşkili məqsədilə zəruri infrastruktur qurulub. Belə ki, burada istirahət zonaları, parklar və çimərliklər üçün 150 hektardan çox ərazi ayrılıb, məktəb, uşaq bağçası, xəstəxana tikilib, təxminən 10 milyon bitki və ağac əkilərək, yaşıllıq sahələrinin ümumi ərazisi 300 hektara çatdırılıb. Hazırda 500 hektar ərazini əhatə edən “Sea Breeze”in əsas layihələri sahilboyu yerləşir.


“Sea Breeze”in ərazisində 6560 nəfər işlə təmin olunub, gələcəkdə bu rəqəmin xeyli artırılması planlaşdırılır. Layihəyə yatırılan ümumi investisiyanın məbləği 3 milyard ABŞ dollarına çatıb.

Növbəti beş ildə isə 10 milyard dollardan çox sərmayənin cəlb olunması planlaşdırılır.





















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Moskvadakı Azərbaycan diasporunun rəhbəri Rusiyadan deportasiya edildi -VİDEO

Moskvadakı Azərbaycan diasporunun rəhbəri Rusiyadan deportasiya edildi -VİDEO

Avropa öz ordusunu yaradır: NATO-ya alternativ, yoxsa yeni dayaq?

Avropa öz ordusunu yaradır: NATO-ya alternativ, yoxsa yeni dayaq?

Sabah hava necə olacaq? – PROQNOZ

Sabah hava necə olacaq? – PROQNOZ

İran dronları Məsrur Bərzaninin ofisinə HÜCUM ETDİ

İran dronları Məsrur Bərzaninin ofisinə HÜCUM ETDİ

Azərbaycan XİN Qabonu təbrik etdi – FOTO

Azərbaycan XİN Qabonu təbrik etdi – FOTO

Dünyanın ən isti yeri: Burada temperatur 70 dərəcəni keçir - VİDEO

Dünyanın ən isti yeri: Burada temperatur 70 dərəcəni keçir - VİDEO

Azərbaycanda dövlət əmlakını özəl əmlakla dəyişdirmək mümkün olacaq

Azərbaycanda dövlət əmlakını özəl əmlakla dəyişdirmək mümkün olacaq

Sürücülük vəsiqəsi əlindən alındı

Sürücülük vəsiqəsi əlindən alındı

Prezident DSX-nin bir qrup hərbi qulluqçusunu təltif etdi – SİYAHI

Prezident DSX-nin bir qrup hərbi qulluqçusunu təltif etdi – SİYAHI

Bakıda futbol oynayan 26 yaşlı oğlan həyatını itirdi

Bakıda futbol oynayan 26 yaşlı oğlan həyatını itirdi

Bu şəxslər ölümündən sonra "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi – ADLAR

Bu şəxslər ölümündən sonra "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi – ADLAR

DSX-nin bir qrup hərbi qulluqçusuna ali hərbi rütbələr verildi –SƏRƏNCAM

DSX-nin bir qrup hərbi qulluqçusuna ali hərbi rütbələr verildi –SƏRƏNCAM

İranın dəhşətli müharibə hazırlığı üzə çıxdı: Bölgəni cəhənnəmə çevirmək və...

İranın dəhşətli müharibə hazırlığı üzə çıxdı: Bölgəni cəhənnəmə çevirmək və...

Sabirabadda yanğın törədən şəxs SAXLANILDI

Sabirabadda yanğın törədən şəxs SAXLANILDI

Prezidentə “İrpin şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

Prezidentə “İrpin şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Ukraynanın sabiq Prezidenti ilə görüşdü – FOTO

İlham Əliyev Ukraynanın sabiq Prezidenti ilə görüşdü – FOTO

Son altı ayda Azərbaycanda təbii və texnogen hadisələr zamanı ölənlərin sayı AÇIQLANDI

Son altı ayda Azərbaycanda təbii və texnogen hadisələr zamanı ölənlərin sayı AÇIQLANDI

Telefonunuzu sıradan çıxaran ən çox yayılmış səhv

Telefonunuzu sıradan çıxaran ən çox yayılmış səhv

Ali təhsil müəssisələrinə ixtisas seçimi edən abituriyentlərin SAYI

Ali təhsil müəssisələrinə ixtisas seçimi edən abituriyentlərin SAYI

Rusiya Zaporojye və Xersona hücum etdi - Ölənlər var

Rusiya Zaporojye və Xersona hücum etdi - Ölənlər var

Əlilliyə görə pensiya alanların sayı AÇIQLANDI

Əlilliyə görə pensiya alanların sayı AÇIQLANDI

İlham Əliyevdən İndoneziya Prezidentinə MƏKTUB

İlham Əliyevdən İndoneziya Prezidentinə MƏKTUB

Kolleclərə qeydiyyat prosesi BAŞLAYIR

Kolleclərə qeydiyyat prosesi BAŞLAYIR

Azərbaycan avtomobil idxalına çəkdiyi xərci KƏSKİN AZALDIB

Azərbaycan avtomobil idxalına çəkdiyi xərci KƏSKİN AZALDIB

End of content

No more pages to load

RADİO