Köhnə avtobusların xətdən çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA

Yay  fəsli olduğu üçün ictimai nəqliyyatda kondisionerin, havalandırmanın olması sərnişinlər üçün önəmlidir. Ancaq köhnə tipli avtobuslarda bu imkanlar yoxdur. Üstəlik, bəzi ərazilərdə fəaliyyət göstərən köhnə avtobusların vaxtaşırı sıradan çıxması, qapı-pəncərəsinin qırıq-sökük, salonunun natəmiz olması müasir dövrün tələblərinə zidd haldır. Aidiyyəti qurum tərəfindən zaman-zaman xəttdə köhnə marşrutların qalmayacağını, istismar müddətini bitirmiş avtobusların yeniləri ilə əvəzlənəcəyini bildirilsə də, nəticə dəyişmir.

107 nömrəli Koroğlu-Buzovna, 131 nömrəli Koroğlu-Maştağa, 123 nömrəli Bakı-Sumqayıt, 161 nömrəli Hövsan-Suraxanı, 103 nömrəli Hövsan-Neftçilər marşrutları da həmin avtobuslara daxildir. Hərəkət qrafiki xeyli uzun olan bu avtobusların vəziyyəti qənaətbəxş deyil, rahat şəraiti olmayan avtobuslarda hərəkət edən sərnişinlər xüsusilə isti havada əziyyət çəkirlər.

Bəs bu avtobusların, ümumiyyətlə istifadədə olan digər köhnə marşrutların da yenilənməsi planlaşdırılır?

Bizim.Media mövzuyla bağlı AYNA-ya sorğu ünvanlayıb. Agentlikdən verilən cavabda bildirilib ki, Bakı şəhərinin inzibati ərazisində nöqsanlar aşkar edilən bütün müntəzəm marşrutlarda avtobusların yenilənməsi, eyni zamanda müsabiqəyə çıxarılaraq balansında tələblərə cavab verən nəqliyyat vasitələri olan daşıyıcıya həvalə edilməsi istiqamətində müvafiq işlər həyata keçirilir:

“Görülən işlər çərçivəsində sözügedən müntəzəm marşrutların da müsabiqəyə çıxarılaraq avtobusların yeniləri ilə əvəz edilməsi nəzərdə tutulub”, - deyə qeyd olunub.

AYNA-dan bildirilib ki, agentlik tərəfindən daşıyıcılara istismarlarında olan xətlər üzrə avtobusların yenilənməsi barədə tapşırıqlar verilir və mütəmadi nəzarət tədbirləri həyata keçirilir.

“Dövlətin təşəbbüsünü dəstəkləyən özəl daşıyıcı şirkətlər də ekoloji cəhətdən təmiz texnologiyalardan istifadə edən müasir nəqliyyat vasitələrini alır. İlin əvvəlindən 2025-ci ildə alınması planlaşdırılan 100 yeni avtobusdan 44-ü artıq gətirilərək paytaxt marşrutlarında istismara verilib. Hazırda paytaxtda müntəzəm marşrut xətlərində rekord sayda – 2200-dən çox avtobus istifadə olunur”.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

3 BÜRC üçün dönüş dövrü başlayır

3 BÜRC üçün dönüş dövrü başlayır

Elşən Türkiyədə seriala çəkilir – FOTO

Elşən Türkiyədə seriala çəkilir – FOTO

Onlayn formada xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ - VİDEO

Onlayn formada xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ - VİDEO

Halandın qeyri-adi qidalanma proqramı: Gündə 6 min kalori qəbul edir – FOTO

Halandın qeyri-adi qidalanma proqramı: Gündə 6 min kalori qəbul edir – FOTO

BÜRCLƏR bu günə nə deyir?

BÜRCLƏR bu günə nə deyir?

Ruzanna Məmmədova Avropa çempionu oldu

Ruzanna Məmmədova Avropa çempionu oldu

Puqaçova milyonluq mənzilini 1 dollara SATDI

Puqaçova milyonluq mənzilini 1 dollara SATDI

Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu - VİDEO

Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu - VİDEO

Şahbaz Şərifdən İrana diplomatik dəstək: “Hazırıq!”

Şahbaz Şərifdən İrana diplomatik dəstək: “Hazırıq!”

İngilis hakimlər niyə Argentinanın oyunlarına təyin olunmur?

İngilis hakimlər niyə Argentinanın oyunlarına təyin olunmur?

Qalibaf: “İran heç vaxt təslim olmayacaq!”

Qalibaf: “İran heç vaxt təslim olmayacaq!”

Azərbaycan Meksika ilə dostluq əlaqələrini möhkəmləndirir - FOTO

Azərbaycan Meksika ilə dostluq əlaqələrini möhkəmləndirir - FOTO

Əraqçi Hörmüz boğazının müzakirəsi üçün Omana gedir

Əraqçi Hörmüz boğazının müzakirəsi üçün Omana gedir

ABŞ İrana qarşı yeni sanksiyalar TƏTBİQ ETDİ

ABŞ İrana qarşı yeni sanksiyalar TƏTBİQ ETDİ

40 il 5 ulduzlu otellərdə pulsuz LÜKS HƏYAT yaşadı

40 il 5 ulduzlu otellərdə pulsuz LÜKS HƏYAT yaşadı

Vuçiç yenə istefa verəcəyi gündən DANIŞDI

Vuçiç yenə istefa verəcəyi gündən DANIŞDI

Turistlər bu ölkədə istidən ölürlər

Turistlər bu ölkədə istidən ölürlər

“Neftçi” Serbiya klubunu məğlub etdi - VİDEO

“Neftçi” Serbiya klubunu məğlub etdi - VİDEO

Ucarda yeniyetmə su arxında boğuldu

Ucarda yeniyetmə su arxında boğuldu

Venesuelada yenidən ZƏLZƏLƏ OLDU

Venesuelada yenidən ZƏLZƏLƏ OLDU

Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

Kapitan millidəki karyerasını başa vurdu

Kapitan millidəki karyerasını başa vurdu

Tramp: "Mənə sui-qəsd olarsa, İranı yer üzündən silin"

Tramp: "Mənə sui-qəsd olarsa, İranı yer üzündən silin"

İran ABŞ ilə danışıqlar xəbərini TƏKZİB ETDİ

İran ABŞ ilə danışıqlar xəbərini TƏKZİB ETDİ

End of content

No more pages to load

RADİO