Mingəçevirdə keçmiş məcburi köçkünlər üçün hüquqi maarifləndirmə tədbiri keçirildi – VİDEO

Mingəçevir şəhərində keçmiş məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yaşayış kompleksində hüquqi maarifləndirmə və ödənişsiz hüquqi yardım tədbiri təşkil olunub.

Bizim.Media xəbər verir ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Azərbaycan
Respublikası Vəkillər Kollegiyası ilə birgə, “Yurdumuza Qayıdırıq” devizi altında keçirdiyi tədbirdə məqsəd keçmiş məcburi köçkünlərin hüquqi biliklərini artırmaq və onların işğaldan azad edilmiş ərazilərə qayıdışla bağlı hüquqi prosedurlar barədə məlumatlandırılması olub.
 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Hüquq və kadrlar şöbəsinin müdir müavini Mirhüseyn Hüseynov tədbirdə çıxış edərək bildirib ki, keçmiş məcburi köçkünləri reinteqrasiya və yenidənqurma proseslərində fəal iştiraka təşviqində hüquqi maarifləndirmə tədbirlərinin vacib rolu vardır. O, dövlət tərəfindən məcburi köçkünlərin hüquqlarının müdafiəsi istiqamətində görülən tədbirlər barədə də məlumat verib.


Tədbir zamanı vətəndaşlarla fərdi hüquqi konsultasiyalar aparılıb, 100-ə yaxın şəxsin əmlak hüquqları, sosial müdafiə, güzəşt və kompensasiya mexanizmləri ilə bağlı müraciətləri yerində cavablandırılıb.

Hüquqi yardım aksiyasında iştirak edən vəkil Şəlalə Tağıyeva qeyd edib ki, bu təşəbbüs çərçivəsində vəkillər tam könüllü şəkildə fəaliyyət göstərir. O, həmçinin vurğulayıb ki, hüquqi yardım aksiyaları təkcə keçmiş məcburi köçkünlər deyil, şəhid ailələri, qazilər və digər həssas sosial qruplar üçün də mütəmadi olaraq həyata keçirilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan Lüksemburqla bunları müzakirə etdi...

Azərbaycan Lüksemburqla bunları müzakirə etdi...

Yankoviç hakimə hücum çəkdi, polislər və Qurban Qurbanov müdaxilə etdi - VİDEO

Yankoviç hakimə hücum çəkdi, polislər və Qurban Qurbanov müdaxilə etdi - VİDEO

Bakı Təşəbbüs Qrupu BƏYANAT YAYDI

Bakı Təşəbbüs Qrupu BƏYANAT YAYDI

Xankəndidə avtobuslar fəaliyyətə başlayır

Xankəndidə avtobuslar fəaliyyətə başlayır

Süni intellekt Avropada müharibənin başlama tarixini SÖYLƏDİ - İlk zərər çəkəcək ölkələr

Süni intellekt Avropada müharibənin başlama tarixini SÖYLƏDİ - İlk zərər çəkəcək ölkələr

Dağlardan yığıb bazarda kilosunu 20 manata satırlar - FOTO

Dağlardan yığıb bazarda kilosunu 20 manata satırlar - FOTO

“İmarət” stadionunun tikintisinə başlanıldı - VİDEO

“İmarət” stadionunun tikintisinə başlanıldı - VİDEO

DİQQƏT: Bu marşrut avtobuslarının hərəkət istiqaməti DƏYİŞDİRİLİR

DİQQƏT: Bu marşrut avtobuslarının hərəkət istiqaməti DƏYİŞDİRİLİR

"Bu iynələrə görə komaya düşən, xəstəliklər tapanlar var..."

"Bu iynələrə görə komaya düşən, xəstəliklər tapanlar var..."

Abşeronda 17 nəfər saxlanılıb - DİN-dən MƏLUMAT

Abşeronda 17 nəfər saxlanılıb - DİN-dən MƏLUMAT

Gədəbəydə oğlanın evin həyətində meyiti tapıldı

Gədəbəydə oğlanın evin həyətində meyiti tapıldı

Ordumuzun "ən yaxşı snayper"ləri SEÇİLDİ - FOTO

Ordumuzun "ən yaxşı snayper"ləri SEÇİLDİ - FOTO

Azər Qəribin oğlunun 230 min manat BORCU YARANDI

Azər Qəribin oğlunun 230 min manat BORCU YARANDI

"Sənətkarlar üçün qəbiristanlıq yaradılsın" - VİDEO

"Sənətkarlar üçün qəbiristanlıq yaradılsın" - VİDEO

İstirahət günlərinin havası ilə bağlı XƏBƏRDARLIQ

İstirahət günlərinin havası ilə bağlı XƏBƏRDARLIQ

Çexiyanın Baş naziri Azərbaycana səfər edəcək - TARİX

Çexiyanın Baş naziri Azərbaycana səfər edəcək - TARİX

Qobustanda həlak olan işçi ilə bağlı: "Bu insanın işi deyildi, santexnik idi" - VİDEO

Qobustanda həlak olan işçi ilə bağlı: "Bu insanın işi deyildi, santexnik idi" - VİDEO

Ucarda çaqqalın sakinlərə xəsarət yetirməsinin TƏFƏRRÜATI

Ucarda çaqqalın sakinlərə xəsarət yetirməsinin TƏFƏRRÜATI

Piqott ABŞ Dövlət Departamentinin yeni sözçüsü OLDU

Piqott ABŞ Dövlət Departamentinin yeni sözçüsü OLDU

SAXAL-dan Livan əhalisinə ÇAĞIRIŞ: "Evlərinizi tərk edin!"

SAXAL-dan Livan əhalisinə ÇAĞIRIŞ: "Evlərinizi tərk edin!"

Dövlət orqanlarında işləmək istəyənlərin NƏZƏRİNƏ

Dövlət orqanlarında işləmək istəyənlərin NƏZƏRİNƏ

Eldəniz Məmmədov baba oldu

Eldəniz Məmmədov baba oldu

Bakıda məktəbli yoldaşına xəsarət yetirdi - ARAŞDIRMA BAŞLADI

Bakıda məktəbli yoldaşına xəsarət yetirdi - ARAŞDIRMA BAŞLADI

Əməkdar artistə elə sual verdilər ki, udquna-udquna qaldı

Əməkdar artistə elə sual verdilər ki, udquna-udquna qaldı

End of content

No more pages to load

RADİO