Azərbaycan və Özbəkistan prezidentləri “Sea Breeze” istirahət MƏRKƏZİNDƏ - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev iyulun 2-də Xəzər dənizinin sahilində yerləşən “Sea Breeze” istirahət mərkəzində olublar.

Bizim.Media xəbər verir ki, “Sea Breeze”in təsisçisi Emin Ağalarov Azərbaycanın və Özbəkistanın dövlət başçılarına kurort ərazisində həyata keçirilən və qarşıdakı dövr üçün planlaşdırılan layihələr barədə məlumat verib.

Hazırda 500 hektar ərazini əhatə edən “Sea Breeze”də indiyədək 3 milyon kvadratmetrdən çox yaşayış və kommersiya daşınmaz əmlak layihəsi həyata keçirilib və istifadəyə verilib.
 

Ötən dövr ərzində kompleksin ərazisində 500-dən artıq daşınmaz əmlak obyekti tikilib. Ərazidə artıq 20 min sakin yaşayır və 2028-ci ilə qədər onların sayı 50 mindən çox olacaq. Bütövlükdə layihə tam başa çatdırıldıqdan sonra burada 500 min sakin yaşayacaq. Bundan başqa, ümumilikdə, 50 hektar sahəni əhatə edən aypara şəklində nadir süni yarımadanın yaradılması nəzərdə tutulub.


İstirahət zonaları, parklar və çimərliklər üçün artıq 150 hektardan çox ərazi ayrılıb. Kurort-şəhərdə sakinlər və qonaqlar üçün rahat şəraitin yaradılması, eləcə də onların asudə vaxtının səmərəli təşkili məqsədilə zəruri infrastruktur qurulub, məktəb, uşaq bağçası, xəstəxana tikilib. Aparılan abadlıq işləri çərçivəsində təxminən 10 milyon bitki və ağac əkilib, nəticədə yaşıllıq sahələrinin ümumi ərazisi 300 hektara çatıb.

Bakının mərkəzindən cəmi 30 dəqiqəlik məsafədə yerləşən və müxtəlif formatda çoxsaylı daşınmaz əmlak obyektlərini bir araya gətirən “Sea Breeze” dünya miqyasında nadir layihə hesab olunur. Onun əsas layihələri sahilboyu yerləşir.

Hazırda “Sea Breeze” ərazisində 6560 nəfər işlə təmin olunub, gələcəkdə bu rəqəmin əhəmiyyətli dərəcədə artırılması planlaşdırılır.
 

Layihəyə qoyulan ümumi investisiyanın həcmi artıq 3 milyard ABŞ dollarına çatıb, növbəti beş ildə isə 10 milyard dollardan çox sərmayə cəlb olunması nəzərdə tutulur. Qeyd edək ki, ərazidə məşhur özbək brendi olan “The Choyxona” restoranı da fəaliyyət göstərir.


Həmçinin Emin Ağalarov Çarvak su anbarında həyata keçiriləcək “Sea Breeze Uzbekistan” layihəsinin yenilənmiş master-plan konsepsiyasını təqdim edib.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Soyuducunuzda varsa, ölüm saçır

Soyuducunuzda varsa, ölüm saçır

Ölkəmiz daha bir mötəbər yarışa ev sahibliyi edəcək

Ölkəmiz daha bir mötəbər yarışa ev sahibliyi edəcək

Hirslənəndə gözünə heç nə görünməyən 5 bürc

Hirslənəndə gözünə heç nə görünməyən 5 bürc

Bakı-Quba yolunda AĞIR QƏZA – Yaralılar var - ÖZƏL

Bakı-Quba yolunda AĞIR QƏZA – Yaralılar var - ÖZƏL

Şəhid anası illər sonra oğlunun arzusunu belə gerçəkləşdirdi – “Özümə söz verdim” – FOTO

Şəhid anası illər sonra oğlunun arzusunu belə gerçəkləşdirdi – “Özümə söz verdim” – FOTO

Trampdan daha bir ölkəyə HÜCUM TƏHDİDİ – “Bombalamağa hazırıq” – VİDEO

Trampdan daha bir ölkəyə HÜCUM TƏHDİDİ – “Bombalamağa hazırıq” – VİDEO

Vüsal Nəsirli müğənninin qardaşına yüksək vəzifə verdi - Foto

Vüsal Nəsirli müğənninin qardaşına yüksək vəzifə verdi - Foto

Nikahların sayı KƏSKİN AZALIB: Boşanmalar isə...

Nikahların sayı KƏSKİN AZALIB: Boşanmalar isə...

Azərbaycan əhalisinin sayı AÇIQLANDI

Azərbaycan əhalisinin sayı AÇIQLANDI

Bakıda vəzifəli şəxs həbs edildi

Bakıda vəzifəli şəxs həbs edildi

Qatıq mayalanmasında noxud hiyləsi— Uzun müddət turşumur

Qatıq mayalanmasında noxud hiyləsi— Uzun müddət turşumur

Ceki Çanın rol aldığı filmin Azərbaycandakı çəkilişləri başa çatdı – FOTO

Ceki Çanın rol aldığı filmin Azərbaycandakı çəkilişləri başa çatdı – FOTO

Böyükşor yaşıla, Urmiya qırmızıya boyandı – Müharibə, yoxsa təbiətin xəbərdarlığı?

Böyükşor yaşıla, Urmiya qırmızıya boyandı – Müharibə, yoxsa təbiətin xəbərdarlığı?

Böyük sərvət yaratmaq üçün təyin olunmuş doğum tarixləri

Böyük sərvət yaratmaq üçün təyin olunmuş doğum tarixləri

General-mayor olan Elfan Quliyevin FOTOSU

General-mayor olan Elfan Quliyevin FOTOSU

Toralla xanımından maraqlı Video

Toralla xanımından maraqlı Video

AZAL Atırauya ilk reysini həyata keçirdi – FOTO

AZAL Atırauya ilk reysini həyata keçirdi – FOTO

Bakının mərkəzində meydana Ukrayna yazıçısı Taras Şevçenkonun adı verildi

Bakının mərkəzində meydana Ukrayna yazıçısı Taras Şevçenkonun adı verildi

Elvindən Zubirə vida- “Gözüm səni axtaracaq”

Elvindən Zubirə vida- “Gözüm səni axtaracaq”

Təkcə boyunbağısının qiyməti 50 milyon dollardır- Fotolar

Təkcə boyunbağısının qiyməti 50 milyon dollardır- Fotolar

Azərbaycan Beynəlxalq Autizm Mərkəzinin uşaqları ADY ilə səfərə çıxdı – FOTO/VİDEO

Azərbaycan Beynəlxalq Autizm Mərkəzinin uşaqları ADY ilə səfərə çıxdı – FOTO/VİDEO

Təltif olunanlar arasında həmin mayorla əsgər də var- Foto

Təltif olunanlar arasında həmin mayorla əsgər də var- Foto

Fəxrəddin Manafov və Nailə İslamzadə bir arada -Foto

Fəxrəddin Manafov və Nailə İslamzadə bir arada -Foto

Ən gənc general-leytenant oldu

Ən gənc general-leytenant oldu

End of content

No more pages to load

RADİO