Bir ailədən 3 müəllim imtahanda yüksək nəticə göstərdi

Üç gündür ki, başlayan və müəllimlərin həyəcanına səbəb olan sertifikatlaşdırma imtahanı davam edir. 

Bizim.Media
xəbər verir ki, “Azərbaycan müəllimi” imtahanlarda yüksək nəticə əldə edən bir ailənin üzvləri olan müəllimlərlə həmsöhbət olub. 

Ailənin hər 3 üzvü Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialında “Coğrafiya müəllimliyi” ixtisası üzrə təhsil alıb.

Aygül Əliyeva Ağcabədi rayonu Şahsevən kənd tam orta məktəbində coğrafiya fənnini tədris edir. 2020-ci ildə təşkil olunan müəllimlərin işə qəbulu (MİQ) imtahanında 51 bal toplayıb: 

“Sertifikatlaşdırma imtahanında isə 56 bal toplamışam. Ailəmizdən 3 nəfərin yüksək nəticə göstərməyi bizim üçün hədsiz sevindirici haldır. Uğurumuzu ilk növbədə çalışmağımıza borcluyuq. Əzmlə çalışan hər bir insan yaxşı nəticə əldə edir. Məncə, bu prosesin yalnız yaxşı tərəfləri var. Sertifikatlaşdırma müəllimlərin peşəkar inkişafına töhfə verir, təhsildə keyfiyyətin artırılmasına və müəllimlərin davamlı inkişafına yönəlib. Bu həm də müəllimləri motivasiya edir, onların əməkhaqlarında əhəmiyyətli artımlar olur. Buna görə də prosesdə iştirak etməyim və yaxşı nəticə əldə etməyim məni yalnız sevindirir”.

Anar Əliyev də həyat yoldaşı Aygül xanım kimi imtahanı 56 balla yekunlaşdırıb. 

O, ilk əmək fəaliyyətinə 2019-cu ildə  Ağdam rayonu 114 nömrəli ümumi orta məktəbdə başlayıb. 2023-cü ildə yenidən MİQ imtahanında iştirak edərək Ağcabədi rayonu Təzəkənd kənd V.Cəfərov adına tam orta məktəbdə coğrafiya müəllimi təyin edilib və hazırda adıçəkilən məktəbdə pedaqoji fəaliyyətini davam etdirir:

“Sertikatlaşdırma imtahanında ilk dəfədir ki, iştirak edirəm. Düşünürəm ki, öz üzərində işləyən, yeniliklərə açıq düşüncə tərzi ilə yanaşan hər bir müəllim üçün imtahanın təşkili olduqca önəmlidir. Ailədə 3 nəfərin eyni anda sertifikatlaşdırma imtahanına hazırlaşması aramızda öyrədici mühitin, rəqabət şəraitinin formalaşmasına şərait yaratdı, bəlkə də bu, uğur qazanmağımızı şərtləndirdi. Valideynlərimin də müəllim olması bizə böyük şans verdi”.

Növbəti yüksək nəticə göstərən ailə üzvü Nərgiz Əliyevadır. 

Nərgiz xanım Ağcabədi şəhəri S.Vurğun adına 4 nömrəli tam orta məktəbin coğrafiya müəllimidir. 2018-ci ildə ADPU-nun Ağcabədi filialını bitirib, MİQ imtahanında 57 bal toplayıb:

“Bu dəfə isə sertifikatlaşdırma imtanında əldə etdiyim nəticə 59 bal oldu. Bu göstərir ki, MİQ vasitəsilə əmək fəaliyyətinə başlayan müəllimlərin sertifikatlaşdırmada uğur qazanma şansı çoxdur və mənim nəticəm də bunu təsdiqləyir”.

Müəllim qeyd edib ki, sertifikasiya imtahanı təhsilimizin bu günü və gələcəyi üçün böyük əhəmiyyət kəsb edir:

“Özümü imtahana tam hazır hiss edirdim. 50 balı ixtisas suallarından toplamışdım. İmtahan çox rahat idi. Suallar məktəb mövzularından kənara çıxmamışdı. Hər səviyyə üzrə suallar var idi. Öz üzərində çalışan müəllimlərin nailiyyət qazana biləcəyi suallar idi, belə deyək”.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Məzunlar üçün yeni TƏLƏBLƏR təsdiqləndi

Məzunlar üçün yeni TƏLƏBLƏR təsdiqləndi

Goranboyda gənc oğlanın meyiti tapıldı

Goranboyda gənc oğlanın meyiti tapıldı

Blokada xəbəri neft qiymətlərini yüksəltdi

Blokada xəbəri neft qiymətlərini yüksəltdi

"Buna görə 20 kiloqram arıqladım"

"Buna görə 20 kiloqram arıqladım"

Yarım milyon manatlıq dələduzluq edən şəxsdən XƏBƏR VAR

Yarım milyon manatlıq dələduzluq edən şəxsdən XƏBƏR VAR

Kredit borcu olanlara XƏBƏRDARLIQ

Kredit borcu olanlara XƏBƏRDARLIQ

Çempionlar Liqasında daha bir yarımfinal: "Atletiko Madrid" "Arsenal"ı sınağa çəkəcək

Çempionlar Liqasında daha bir yarımfinal: "Atletiko Madrid" "Arsenal"ı sınağa çəkəcək

İranı o idarə edir, Xamenei isə… – KİV

İranı o idarə edir, Xamenei isə… – KİV

Yağışa görə bu yolda sürət həddi endirildi

Yağışa görə bu yolda sürət həddi endirildi

Santexniklərin gizlətdiyi asan təmizlik metodu

Santexniklərin gizlətdiyi asan təmizlik metodu

Məşhur ticarət mərkəzi BAĞLANIR? – VİDEO

Məşhur ticarət mərkəzi BAĞLANIR? – VİDEO

Tramp Britaniya Kralı ilə qohum imiş...

Tramp Britaniya Kralı ilə qohum imiş...

Çempionlar Liqası: “PSJ”-“Bavariya” oyununda qapılara 9 qol vuruldu - VİDEO

Çempionlar Liqası: “PSJ”-“Bavariya” oyununda qapılara 9 qol vuruldu - VİDEO

Trampa "qızıl heykəl" qoyuldu

Trampa "qızıl heykəl" qoyuldu

Köhnə avtomobil sahiblərinin NƏZƏRİNƏ – Utilizasiya qaydaları və ÖDƏNİŞ MƏBLƏĞLƏRİ – FOTO

Köhnə avtomobil sahiblərinin NƏZƏRİNƏ – Utilizasiya qaydaları və ÖDƏNİŞ MƏBLƏĞLƏRİ – FOTO

Tovuzda avtomobil tikiliyə çırpıldı: 3 nəfər xəsarət aldı

Tovuzda avtomobil tikiliyə çırpıldı: 3 nəfər xəsarət aldı

Evlərini və maşınlarını satıb kəndinə 10 milyon dollar xərclədi - FOTO

Evlərini və maşınlarını satıb kəndinə 10 milyon dollar xərclədi - FOTO

Qaxda şəhid anası vəfat etdi - FOTO

Qaxda şəhid anası vəfat etdi - FOTO

BİZİM TƏQVİM:29 apreldə baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:29 apreldə baş vermiş tarixi hadisələr

Toyuq paketlərindəki gizli TƏHLÜKƏ - VİDEO

Toyuq paketlərindəki gizli TƏHLÜKƏ - VİDEO

Hər şeyini itirmək riski olan BÜRCLƏR

Hər şeyini itirmək riski olan BÜRCLƏR

Colinin gözünə nə olub? - FOTO

Colinin gözünə nə olub? - FOTO

"Google" və Pentaqon arasında GİZLİ RAZILAŞMA əldə edildi

"Google" və Pentaqon arasında GİZLİ RAZILAŞMA əldə edildi

Səhər enerjili oyanmağın ən asan yolu: Bir damla kifayətdir

Səhər enerjili oyanmağın ən asan yolu: Bir damla kifayətdir

End of content

No more pages to load

RADİO