Piramida dələduzluğunda təqsirləndirilən "Zevs"in qardaşı hakim qarşısında

"Farmaniya.com" dələduzluq piramidasının idarəetmə panelinin admini olaraq təqsirlənidirilən Hüseyn Quliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bizim.Media “Oxu.az”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.

Hüseyn Quliyev ifadəsində bildirib ki, o, sadəcə şəbəkənin reklamını həyata keçirib:

"Ötən il internetdə "Farmaniya.com" saytını gördüm. Maraqlı gəldiyi üçün saytın texniki dəstək komandası ilə əlaqə saxlayıb lisenziyası ilə tanış oldum. Qanuni olduğuna inandığım üçün 100-2000 manat arası məbləğlərdə dəfələrlə pul yatırdım. Sonra onlar mənimlə əlaqə saxlayıb saytı reklam etməyi təklif etdilər. Bloqer olduğum üçün bu təklifi qəbul etdim və ödəniş qarşılığında saytı reklam etdim. Mənə Badamxanım adına olan kartı təklif etdilər, istəmədim. Öz adıma kart da təklif etdilər, amma bunu da qəbul etmədim. O kartın reklamını da aparmamışam.
 

Dələduzluğa məruz qalan insanlar saytda o kartı görüblər. Heç mən onları da tanımıram. Onlar mənim reklamlarımı görüblər, lakin mənimlə əlaqə saxlamayıblar. Mən özüm də bu işdə zərərçəkmişəm. Mənə 5 min manatdan çox ziyan dəyib".


Növbəti proses iyulun 21-nə təyin edilib.

Qeyd edək ki, ötən ilin sentyabr ayında ölkənin virtual məkanında, xüsusən sosial şəbəkələrdə onlayn piramida dələduzluq sxemi əsasında yatırım saytı adı altında fəaliyyət göstərən "Farmaniya.com" platformasında vətəndaşların pul vəsaitlərinin ələ keçirildiyi barədə DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə çoxsaylı şikayətlər daxil olub.

Keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində həmin qanunsuz əməllərin qeydə alındığı tətbiqin idarəetmə panelinin admini, 2006-cı il təvəllüdlü Hüseyn Quliyev müəyyən edilərək saxlanılıb.

"Araşdırmalarla məlum olub ki, o, sosial şəbəkələrdə özünü bloqer kimi təqdim edərək "Farmaniya.com" saytının rəsmi investisiya layihəsi kimi reklamını aparıb və müxtəlif şirnikləndirici vədlərlə istifadəçilərin etibarını qazanıb. H.Quliyev zərərçəkənlərə yatırdıqları sərmayənin müqabilində yüksək məbləğdə qazanc əldə edəcəklərini bildirib və həqiqətə uyğun olmayan təkliflərlə dələduzluq piramidası yaradıb.

Bu yolla sayta müraciət edən 18 mindən çox şəxsin qeydiyyatdan keçməsinə və nəticədə 400 min manata yaxın vəsaitin dələduzluq yolu ilə mənimsənilməsinə nail olub.

H.Quliyev vətəndaşların pullarını ələ keçirmək üçün tanışı, 2004-cü il təvəllüdlü Badamxanım Əhmədovanın adına açılmış elektron pul kisəsindən istifadə edib. Bu fəaliyyətinin müqabilində həmin şəxs də dələduzluq yolu ilə əldə olunan vəsaitlərdən maddi gəlir qazanıb. Tədbirlərin davamı olaraq B.Əhmədova da Baş İdarə əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb edilib", - deyə məlumatda qeyd olunub.

Aparılmış araşdırmalarla saxlanılan şəxslərin həyata keçirdikləri dələduzluq əməlləri zamanı istifadə etdikləri bank kartlarına 700 min manatdan artıq vəsaitin mədaxil olunduğu aşkarlanıb.
 

Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələr ilə cinayət işi başlanılıb. H.Quliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onunla bu hüquqazidd əməllərdə əlbir olan digər şəxslərin də müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər davam etdirilir.


Əlavə edək ki, Hüseyn Quliyev "Zevs" ləqəbi ilə tanınan məşhur videobloqer Ruslan Quliyevin qardaşıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Məzunlar üçün yeni TƏLƏBLƏR təsdiqləndi

Məzunlar üçün yeni TƏLƏBLƏR təsdiqləndi

Goranboyda gənc oğlanın meyiti tapıldı

Goranboyda gənc oğlanın meyiti tapıldı

Blokada xəbəri neft qiymətlərini yüksəltdi

Blokada xəbəri neft qiymətlərini yüksəltdi

"Buna görə 20 kiloqram arıqladım"

"Buna görə 20 kiloqram arıqladım"

Yarım milyon manatlıq dələduzluq edən şəxsdən XƏBƏR VAR

Yarım milyon manatlıq dələduzluq edən şəxsdən XƏBƏR VAR

Kredit borcu olanlara XƏBƏRDARLIQ

Kredit borcu olanlara XƏBƏRDARLIQ

Çempionlar Liqasında daha bir yarımfinal: "Atletiko Madrid" "Arsenal"ı sınağa çəkəcək

Çempionlar Liqasında daha bir yarımfinal: "Atletiko Madrid" "Arsenal"ı sınağa çəkəcək

İranı o idarə edir, Xamenei isə… – KİV

İranı o idarə edir, Xamenei isə… – KİV

Yağışa görə bu yolda sürət həddi endirildi

Yağışa görə bu yolda sürət həddi endirildi

Santexniklərin gizlətdiyi asan təmizlik metodu

Santexniklərin gizlətdiyi asan təmizlik metodu

Məşhur ticarət mərkəzi BAĞLANIR? – VİDEO

Məşhur ticarət mərkəzi BAĞLANIR? – VİDEO

Tramp Britaniya Kralı ilə qohum imiş...

Tramp Britaniya Kralı ilə qohum imiş...

Çempionlar Liqası: “PSJ”-“Bavariya” oyununda qapılara 9 qol vuruldu - VİDEO

Çempionlar Liqası: “PSJ”-“Bavariya” oyununda qapılara 9 qol vuruldu - VİDEO

Trampa "qızıl heykəl" qoyuldu

Trampa "qızıl heykəl" qoyuldu

Köhnə avtomobil sahiblərinin NƏZƏRİNƏ – Utilizasiya qaydaları və ÖDƏNİŞ MƏBLƏĞLƏRİ – FOTO

Köhnə avtomobil sahiblərinin NƏZƏRİNƏ – Utilizasiya qaydaları və ÖDƏNİŞ MƏBLƏĞLƏRİ – FOTO

Tovuzda avtomobil tikiliyə çırpıldı: 3 nəfər xəsarət aldı

Tovuzda avtomobil tikiliyə çırpıldı: 3 nəfər xəsarət aldı

Evlərini və maşınlarını satıb kəndinə 10 milyon dollar xərclədi - FOTO

Evlərini və maşınlarını satıb kəndinə 10 milyon dollar xərclədi - FOTO

Qaxda şəhid anası vəfat etdi - FOTO

Qaxda şəhid anası vəfat etdi - FOTO

BİZİM TƏQVİM:29 apreldə baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:29 apreldə baş vermiş tarixi hadisələr

Toyuq paketlərindəki gizli TƏHLÜKƏ - VİDEO

Toyuq paketlərindəki gizli TƏHLÜKƏ - VİDEO

Hər şeyini itirmək riski olan BÜRCLƏR

Hər şeyini itirmək riski olan BÜRCLƏR

Colinin gözünə nə olub? - FOTO

Colinin gözünə nə olub? - FOTO

"Google" və Pentaqon arasında GİZLİ RAZILAŞMA əldə edildi

"Google" və Pentaqon arasında GİZLİ RAZILAŞMA əldə edildi

Səhər enerjili oyanmağın ən asan yolu: Bir damla kifayətdir

Səhər enerjili oyanmağın ən asan yolu: Bir damla kifayətdir

End of content

No more pages to load

RADİO