“Qarabağda gələcək” adlı sərgi və satış-yarmarka təşkil edildi – FOTO/VİDEO

Bakının tarixi məkanlarından olan “Passaj 1901” kompleksində tezliklə doğma yurdlarına köçürüləcək keçmiş məcburi köçkünlərin əl işlərindən ibarət “Qarabağda gələcək” adlı sərgi və satış-yarmarka keçirilib.

Bizim.Media xəbər veri ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkil etdiyi tədbirin əsas məqsədi keçmiş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, onların iqtisadi fəallığının dəstəklənməsi və istehsal etdikləri məhsulların satış imkanlarının genişləndirilməsidir.

Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov tədbiri giriş sözü ilə açaraq bildirib ki, qaçqınlar və məcburi köçkünlər dövlətin hərtərəfli qayğısı ilə əhatə olunublar.

Qeyd edilib ki, Prezident İlham Əliyev onların yaşayış şəraitinin yaxşılaşdırılmasını və sosial müdafiəsinin gücləndirilməsini daim diqqət mərkəzində saxlayır. Birinci vitse-prezident Mehriban Əliyeva bu kateqoriyadan olan şəxslərin problemlərinə həssaslıqla yanaşır və təsirli dəstək göstərir.
 

Sədr müavini həmçinin bildirib ki, geri qayıdan əhalinin məşğulluğuna dəstək məqsədilə Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində 200-dən artıq keçmiş məcburi köçkün gəlirgətirən fəaliyyətlərə cəlb edilib.


Onlara bu istiqamətdə müxtəlif təlimlər keçirilib, peşə sahələri üzrə yeni biliklər və bacarıqlar qazandırılaraq əmək bazarında aktiv iştirak etmələri üçün geniş şərait yaradılıb. Açılış mərasimində Dövlət himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsi ehtiramla yad edilib. Hazırda işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın geniş vüsət aldığı, minlərlə məcburi köçkün ailəsinin doğma yurda geri döndüyü və yeni həyata başladığı vurğulanıb.

Keçmiş məcburi köçkünlərin dayanıqlı məskunlaşmasının və iqtisadi fəaliyyətə inteqrasiyasının təmin olunması mühüm vəzifə kimi qarşıya qoyulub.

Bildirilib ki, daimi yaşayış yerlərinə qayıdanların və qayıdışa hazırlaşanların iqtisadi fəaliyyətinin dəstəklənməsi üçün zəruri tədbirlər görülür, bu məqsədlə sərgi və satış-yarmarkaların işğaldan azad olunmuş ərazilərdə də təşkili planlaşdırılır. Tədbirdə Dövlət Komitəsinin rəhbər şəxsləri ilə yanaşı, mədəniyyət və incəsənət nümayəndələri, Azərbaycanda fəaliyyət göstərən biznes mərkəzləri, təhsil və yaradıcılıq şirkətləri, tədbirə təşkilati dəstək verən şirkətlərin təmsilçiləri, ekspertlər və digər qonaqlar iştirak ediblər.
 

Belə tədbirlərin keçirilməsinin əhəmiyyəti vurğulanıb, kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan məcburi köçkünlərə gələcək fəaliyyətlərində uğurlar arzulanıb. Sonda tədbirin xüsusi qonaqlarına təşəkkürnamələr təqdim edilib.


Yarmarkada məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı ilə bağlı məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri çərçivəsində Dövlət Komitəsi tərəfindən hazırlanmış videoçarxlar nümayiş olunub. 


































Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yaz küləyi immuniteti zəif olan insanlar üçün TƏHLÜKƏLİDİR

Yaz küləyi immuniteti zəif olan insanlar üçün TƏHLÜKƏLİDİR

“Sabah” futbol klubu İLK DƏFƏ Azərbaycan çempionu olub

“Sabah” futbol klubu İLK DƏFƏ Azərbaycan çempionu olub

Qalibaf qonşu ölkələrə səsləndi: “ABŞ-sız gələcək" - FOTO

Qalibaf qonşu ölkələrə səsləndi: “ABŞ-sız gələcək" - FOTO

Elşən Xəzərdən qızı ilə bağlı yayılan xəbərlərə MÜNASİBƏT

Elşən Xəzərdən qızı ilə bağlı yayılan xəbərlərə MÜNASİBƏT

“Neftçi” 5 il sonra “Qarabağ”ı məğlub etdi

“Neftçi” 5 il sonra “Qarabağ”ı məğlub etdi

Azərbaycanda gömrük bəyannamələrini LƏĞV ETMƏK mümkün olacaq

Azərbaycanda gömrük bəyannamələrini LƏĞV ETMƏK mümkün olacaq

Bu seriallar cəzalandırıldı

Bu seriallar cəzalandırıldı

“Barselona” Rafinyanı satır

“Barselona” Rafinyanı satır

Havaya buraxdığımız qazları Çin “tutub” pula çevirəcək – Benzinə alternativ gəlir

Havaya buraxdığımız qazları Çin “tutub” pula çevirəcək – Benzinə alternativ gəlir

Tramp “Nobel”ə namizəd OLA BİLƏR

Tramp “Nobel”ə namizəd OLA BİLƏR

“Qarabağ”da ciddi itki

“Qarabağ”da ciddi itki

Azərbaycanda uşağa qulluğa görə müavinət AVTOMATİK təyin olunacaq

Azərbaycanda uşağa qulluğa görə müavinət AVTOMATİK təyin olunacaq

Bədii gimnastika üzrə Avropa Kubokunda ilk mükafatçılar bəlli olub - FOTO

Bədii gimnastika üzrə Avropa Kubokunda ilk mükafatçılar bəlli olub - FOTO

Xəstənin öldürmək istədiyi həkim 18 ildir Onkologiyada işləyir - FOTO

Xəstənin öldürmək istədiyi həkim 18 ildir Onkologiyada işləyir - FOTO

Dağıstanda radikallar kəndi ələ keçirib idarə edirmiş - HƏBS olunanlar var - VİDEO

Dağıstanda radikallar kəndi ələ keçirib idarə edirmiş - HƏBS olunanlar var - VİDEO

Birinci Liqa: “Səbail”dən böyükhesablı qələbə

Birinci Liqa: “Səbail”dən böyükhesablı qələbə

Trampa sui-qəsd edən şəxslə bağlı QƏRAR verilib

Trampa sui-qəsd edən şəxslə bağlı QƏRAR verilib

Dağıstana kimin rəhbərlik edəcəyi MƏLUM olub

Dağıstana kimin rəhbərlik edəcəyi MƏLUM olub

Makron Ermənistana səfər edəcək...

Makron Ermənistana səfər edəcək...

İranda 21 yaşlı gənc edam edilib - FOTO

İranda 21 yaşlı gənc edam edilib - FOTO

Hacı Əliyevin ad günündən yeni GÖRÜNTÜLƏR YAYILDI: Bu sənətçilər səhnə alıb! - FOTO/VİDEO

Hacı Əliyevin ad günündən yeni GÖRÜNTÜLƏR YAYILDI: Bu sənətçilər səhnə alıb! - FOTO/VİDEO

İranın zərbələri ABŞ-a məxsus hərbi bazalara CİDDİ ZİYAN vurub - KİV

İranın zərbələri ABŞ-a məxsus hərbi bazalara CİDDİ ZİYAN vurub - KİV

Goranboyda ağacların arasından meyit tapıldı

Goranboyda ağacların arasından meyit tapıldı

Aynişanın bu stili mübahisə yaratdı - FOTOLAR

Aynişanın bu stili mübahisə yaratdı - FOTOLAR

End of content

No more pages to load

RADİO