Azərbaycan Premyer Liqasının XXI turu çərçivəsində təxirə salınmış “Neftçi” – “Qarabağ” matçı baş tutub.
Bizim.Media xəbər verir ki, “Palms Sport Arena”da keçirilən görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Baş hakim Kamranbəy Rəhimovun idarə etdiyi oyunda hesabı 55-ci dəqiqədə “ağ-qaralar”ın üzvü Emil Səfərov açıb.
85-ci dəqiqədə isə Elvin Bədəlovun avtoqolu hesabı bərabərləşdirib.
90+2-ci dəqiqədə isə Bassala Sambu paytaxt klubunun qələbə qolunun müəllifi olub.
Bu nəticədən sonra Yuri Vernidubun komandası 47 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
Qurban Qurbanovun kollektivi isə 59 xalla 2-ci yerdədir. (teleqraf.az)
Bizim.Media