Xankəndi, Xocalı və Ağdərədə qanunsuz tikililər sökülür

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında aparılan genişmiqyaslı tikinti və bərpa işləri çərçivəsində ərazilərdə işğal dövründə inşa edilmiş qanunsuz tikililərin söküntüsü aparılır.

Bu barədə Bizim.Media-ya Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov “Gələcəyin Qarabağı üçün birgə addımlar” konsept mesajı ilə keçirilən Qarabağ Təhsil və Tərəfdaşlıq Forumunda çıxışı zamanı bildirib ki, 30 ildən artıq işğal altında olan Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında ermənilər tərəfindən xeyli sayda özbaşına tikinti işləri aparılıb.

O qeyd edib ki, pərakəndə tikintilər şəhər və rayonların memarlıq üslubuna xeyli zərər gətirib:

"Azərbaycanın memarlıq üslubuna aid olmayan bu tikililərin əksəriyyəti tikinti qaydalarına və normalarına görə çox keyfiyyətsiz inşa edilib. Bu səbəbdən də həmin tikililər sökülür".

E.Yusubov vurğulayıb ki, hazırda Xankəndi şəhərində yerləşən Qarabağ Universitetinin böyük şəhərciyi salınır:

"Buna görə universitet ətrafında da böyük ərazidə söküntü işləri həyata keçirilir. Ərazidə tikinti normalarına cavab berən tikililər isə saxlanılır".

Prezidentin xüsusi nümayəndəsi çıxışında keçmiş məcburi köçkünlərlə bağlı görülən işlərə də toxunub:

"Xocalı rayonunun Ballıca kəndində 200 ev bərpa olunub. Hazırda həmin kənddə bərpa işləri davam edir. Ağdərə rayonunun Talış, Suqovuşan və Həsənriz kəndlərində yenidənqurma işləri və həmin kəndlərə köç prosesi aparılıb. Bundan başqa Ağdərə rayonunun bir çox yaşayış məntəqələrində tikinti bərpa işləri həyata keçirilir.
 

Şəhər, kənd və qəsəbələrə köç edən əhalinin məşğulluq məsələləri xüsusi diqqətdə saxlanılır. Bura özəl sektor tərəfindən 45 milyon manata yaxın investisiya qoyulub. Nəticədə burda xeyli iş yerləri yaradılıb".


Xüsusi nümayəndə əlavə edib ki, Xankəndi şəhərində emal müəssisələrinin yaradılması, Ağdərə və Xocalı rayonlarında kənd təsərrüfatının inkişaf etdirilməsi də nəzərdə tutulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yaz küləyi immuniteti zəif olan insanlar üçün TƏHLÜKƏLİDİR

Yaz küləyi immuniteti zəif olan insanlar üçün TƏHLÜKƏLİDİR

“Sabah” futbol klubu İLK DƏFƏ Azərbaycan çempionu olub

“Sabah” futbol klubu İLK DƏFƏ Azərbaycan çempionu olub

Qalibaf qonşu ölkələrə səsləndi: “ABŞ-sız gələcək" - FOTO

Qalibaf qonşu ölkələrə səsləndi: “ABŞ-sız gələcək" - FOTO

Elşən Xəzərdən qızı ilə bağlı yayılan xəbərlərə MÜNASİBƏT

Elşən Xəzərdən qızı ilə bağlı yayılan xəbərlərə MÜNASİBƏT

“Neftçi” 5 il sonra “Qarabağ”ı məğlub etdi

“Neftçi” 5 il sonra “Qarabağ”ı məğlub etdi

Azərbaycanda gömrük bəyannamələrini LƏĞV ETMƏK mümkün olacaq

Azərbaycanda gömrük bəyannamələrini LƏĞV ETMƏK mümkün olacaq

Bu seriallar cəzalandırıldı

Bu seriallar cəzalandırıldı

“Barselona” Rafinyanı satır

“Barselona” Rafinyanı satır

Havaya buraxdığımız qazları Çin “tutub” pula çevirəcək – Benzinə alternativ gəlir

Havaya buraxdığımız qazları Çin “tutub” pula çevirəcək – Benzinə alternativ gəlir

Tramp “Nobel”ə namizəd OLA BİLƏR

Tramp “Nobel”ə namizəd OLA BİLƏR

“Qarabağ”da ciddi itki

“Qarabağ”da ciddi itki

Azərbaycanda uşağa qulluğa görə müavinət AVTOMATİK təyin olunacaq

Azərbaycanda uşağa qulluğa görə müavinət AVTOMATİK təyin olunacaq

Bədii gimnastika üzrə Avropa Kubokunda ilk mükafatçılar bəlli olub - FOTO

Bədii gimnastika üzrə Avropa Kubokunda ilk mükafatçılar bəlli olub - FOTO

Xəstənin öldürmək istədiyi həkim 18 ildir Onkologiyada işləyir - FOTO

Xəstənin öldürmək istədiyi həkim 18 ildir Onkologiyada işləyir - FOTO

Dağıstanda radikallar kəndi ələ keçirib idarə edirmiş - HƏBS olunanlar var - VİDEO

Dağıstanda radikallar kəndi ələ keçirib idarə edirmiş - HƏBS olunanlar var - VİDEO

Birinci Liqa: “Səbail”dən böyükhesablı qələbə

Birinci Liqa: “Səbail”dən böyükhesablı qələbə

Trampa sui-qəsd edən şəxslə bağlı QƏRAR verilib

Trampa sui-qəsd edən şəxslə bağlı QƏRAR verilib

Dağıstana kimin rəhbərlik edəcəyi MƏLUM olub

Dağıstana kimin rəhbərlik edəcəyi MƏLUM olub

Makron Ermənistana səfər edəcək...

Makron Ermənistana səfər edəcək...

İranda 21 yaşlı gənc edam edilib - FOTO

İranda 21 yaşlı gənc edam edilib - FOTO

Hacı Əliyevin ad günündən yeni GÖRÜNTÜLƏR YAYILDI: Bu sənətçilər səhnə alıb! - FOTO/VİDEO

Hacı Əliyevin ad günündən yeni GÖRÜNTÜLƏR YAYILDI: Bu sənətçilər səhnə alıb! - FOTO/VİDEO

İranın zərbələri ABŞ-a məxsus hərbi bazalara CİDDİ ZİYAN vurub - KİV

İranın zərbələri ABŞ-a məxsus hərbi bazalara CİDDİ ZİYAN vurub - KİV

Goranboyda ağacların arasından meyit tapıldı

Goranboyda ağacların arasından meyit tapıldı

Aynişanın bu stili mübahisə yaratdı - FOTOLAR

Aynişanın bu stili mübahisə yaratdı - FOTOLAR

End of content

No more pages to load

RADİO