Türkiyə və Gürcüstandan olan din xadimləri Şuşada – FOTO

Xaricdə yaşayan soydaşlarımızla dini-mənəvi əlaqələrin, birlik və həmrəylik bağlarının daha da gücləndirilməsi məqsədilə Türkiyə və Gürcüstandan olan din xadimlərindən ibarət nümayəndə heyəti Azərbaycana səfərə gəlib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə həyata keçirilən səfər çərçivəsində nümayəndə heyəti mayın 31-də Şuşa şəhərinə gəlib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşları qonaqlara Şuşa şəhəri, burada həyata keçirilən yenidənqurma işləri barədə məlumat veriblər.

Qonaqların diqqətinə çatdırılıb ki, 30 ilə yaxın işğal dövründə şəhərdəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə start verilib. İnfrastrukturun qurulması ilə yanaşı, Şuşada şəhərin əsl tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb.

Din xadimləri sonra Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinin qoyulduğu Şuşa şəhər mərkəzi meydanı, Xurşidbanu Natəvanın evi və Xan qızı bulağının yerləşdiyi ərazi, qala divarları, Mehmandarovların malikanə kompleksi ilə tanış olublar.

Yuxarı Gövhər Ağa məscidində olan qonaqlara məlumat verilib ki, qədim Şuşada 17 məhəllə olub. Hər məhəllədə hamam, məscid və bulaq var idi. Qədim məhəllələrdəki tarixi-memarlıq nümunəsi olan bu tikililər, o cümlədən məscidlər də erməni vandalizminə məruz qalıb. Şuşa şəhəri işğaldan azad olunduqdan sonra Yuxarı Gövhər Ağa, Aşağı Gövhər Ağa, Saatlı, Mamayı və Çöl Qala məscidləri bərpa olunub.

Nümayəndə heyəti Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi ilə də tanış olub, Cıdır düzündən açılan əsrarəngiz mənzərəni seyr ediblər.



Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Andrey Babiş Azərbaycanda onu qoruyanlarla xatirə şəkli çəkdirdi

Andrey Babiş Azərbaycanda onu qoruyanlarla xatirə şəkli çəkdirdi

Əfqanıstanda qadın pedaqoqlar işdən çıxarılacaq

Əfqanıstanda qadın pedaqoqlar işdən çıxarılacaq

İqtisadiyyat Nazirliyinə və "ASAN Xidmət"ə yeni səlahiyyət verildi – FƏRMAN

İqtisadiyyat Nazirliyinə və "ASAN Xidmət"ə yeni səlahiyyət verildi – FƏRMAN

Coan Roulinqin oğlu “Harri Potter”in sevimli qəhrəmanının ölümündən sarsıldı: “Ana, onu niyə öldürdün?”

Coan Roulinqin oğlu “Harri Potter”in sevimli qəhrəmanının ölümündən sarsıldı: “Ana, onu niyə öldürdün?”

Azərbaycan və Belarus sürücülük vəsiqələrini qarşılıqlı tanıyacaq – RƏSMİ

Azərbaycan və Belarus sürücülük vəsiqələrini qarşılıqlı tanıyacaq – RƏSMİ

“ASAN xidmət” modeli Qvineyada tətbiq ediləcək – İlham Əliyevdən FƏRMAN

“ASAN xidmət” modeli Qvineyada tətbiq ediləcək – İlham Əliyevdən FƏRMAN

Keçmiş CIA zabiti: “İranda hakimiyyəti tez devirməyin mümkün olmadığını bilirdik”

Keçmiş CIA zabiti: “İranda hakimiyyəti tez devirməyin mümkün olmadığını bilirdik”

Prezident bir qrup sahibkarı təltif etdi – ADLAR

Prezident bir qrup sahibkarı təltif etdi – ADLAR

Çində rekord yağıntı - Şəhər su altında qaldı – VİDEO

Çində rekord yağıntı - Şəhər su altında qaldı – VİDEO

Moskvada güclü YANĞIN: Ölənlər var – VİDEO

Moskvada güclü YANĞIN: Ölənlər var – VİDEO

Azərbaycan toylarında vəziyyət dəyişir – Müğənnisiz olacaq və…

Azərbaycan toylarında vəziyyət dəyişir – Müğənnisiz olacaq və…

İsrail ordusu İordan çayının qərb sahilində antiterror əməliyyatı keçirdi – VİDEO

İsrail ordusu İordan çayının qərb sahilində antiterror əməliyyatı keçirdi – VİDEO

Fitch Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnozunu açıqladı

Fitch Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnozunu açıqladı

İranda “casus mərkəzi” aşkarlandı

İranda “casus mərkəzi” aşkarlandı

Ali Məhkəmə Zaur Baxşəliyevlə bağlı qərar verdi

Ali Məhkəmə Zaur Baxşəliyevlə bağlı qərar verdi

Abubakar “Neftçi”də qalacaq?

Abubakar “Neftçi”də qalacaq?

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi

Yol polisindən hava ilə bağlı sürücülərə MÜRACİƏT

Yol polisindən hava ilə bağlı sürücülərə MÜRACİƏT

Benzin və dizellə bağlı KRİTİK QƏRAR – Qiymətlər YÜKSƏLƏCƏK?

Benzin və dizellə bağlı KRİTİK QƏRAR – Qiymətlər YÜKSƏLƏCƏK?

DİN-dən ÇAĞIRIŞ: “Son fürsət”, “məhdud sayda” kimi reklamlara aldanmayın! – VİDEO

DİN-dən ÇAĞIRIŞ: “Son fürsət”, “məhdud sayda” kimi reklamlara aldanmayın! – VİDEO

Xırdalan və Masazır sakinlərinin NƏZƏRİNƏ

Xırdalan və Masazır sakinlərinin NƏZƏRİNƏ

“Əjdahalar evi” serialı geri qayıdır - Premyera tarixini açıqlandı – VİDEO

“Əjdahalar evi” serialı geri qayıdır - Premyera tarixini açıqlandı – VİDEO

"İdrak" liseyində güllələnən müəllimə İŞDƏN ÇIXDI

"İdrak" liseyində güllələnən müəllimə İŞDƏN ÇIXDI

Şəmkirdə tövlədə güclü yanğın - Heyvanlar tələf oldu

Şəmkirdə tövlədə güclü yanğın - Heyvanlar tələf oldu

End of content

No more pages to load

RADİO