Çinin Quandun bölgəsində yerləşən Sinçjou şəhərini rekord yağıntılardan sonra sel basıb.
Bizim.Media xəbər verir ki, güclü leysan nəticəsində şəhərin bir sıra küçə və prospektləri su altında qalıb.
Məlumata görə, intensiv yağışlar şəhər infrastrukturuna ciddi ziyan vurub. Avtomobil yollarında hərəkət çətinləşib, bəzi ərazilərdə nəqliyyatın fəaliyyəti iflic olub.
Sosial şəbəkələrdə yayılan görüntülərdə sel sularının küçələri basdığı, avtomobillərin suyun içində qaldığı və şəhər sakinlərinin çətinliklə hərəkət etdiyi görünür.
Hadisə yerində kommunal və fövqəladə xidmət əməkdaşlarının işlədiyi bildirilir.
Təbii fəlakət nəticəsində xəsarət alanlarla bağlı hələlik məlumat yoxdur.
Bizim.Media