Elgünün ölümü ilə bağlı materiallar ÜZƏ ÇIXDI – SENSASİON DETALLAR – VİDEO

Məlum olduğu kimi, mayın 12-də Gəncə şəhərində 11-ci sinif şagirdi Elgün İbrahimov müəmmalı şəkildə həyatını itirib. Elgünün ölümü cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Onun faciəvi şəkildə həyatını itirməsi ilə bağlı həm mərhumun ailəsi, həm də digər şəxslər tərəfindən müxtəlif versiyalar önə sürülüb. Belə ki, Elgünün başqa şəxslər tərəfindən döyülməsi, binadan atılması, hətta onu avtomobil vurması kimi iddialar ortaya atılıb.

“Barometr TV” Elgünün ölümü ilə bağlı bəzi istintaq materiallarını əldə edib.

Bizim.Media həmin materialı təqdim edir:



Məlumata görə Elgünün müəmmalı ölümünün səbəbləri içərisində onun sosial şəbəkələrdəki paylaşımları, mobil telefonunu sataraq borclarını ödədiyi dostları ilə halallaşması kimi məqamlar müəyyən sirlərin üstünü açıb:

Elgünün ölüm paylaşımları

“Qeyd edək ki, valideynləri boşandığına görə Elgün atasız böyüyüb. Üstəlik, onun “TikTok”, “WhatsApp” statuslarında, dostları ilə yazışmalarda pessimist əhval-ruhiyyəli, ruh düşkünlüyünü göstərən paylaşımlar da diqqət çəkir.

Elgünün faciəvi hadisə baş verənə qədər istifadə etdiyi “TikTok”da özünə məxsus səhifələrdə mütəmadi olaraq mənəvi və psixoloji baxımdan yorğun, ümidsiz məzmunda intiharı təbliğ edən şeirlər paylaşması, anasının ona sərt nəzarəti və sıxması, sevdiyi qızın ondan imtina etməsi, ölüm ayağında onun adını çəkməsi diqqətə alınmalı detallar sırasındadır.

E.İbrahimovun sosial şəbəkə hesablarında paylaşdığı fotolardan da aşkar görünür ki, spirtli içki qəbul etməyə meylli olub, “Snus" adlanan, yəni insanda eyforiya hissi yaradan vasitələrdən istifadə edib.

O da məlumdur ki, mayın 12-də o, özünə məxsus "Tecnospark 20 Pro" markalı mobil telefonu Gəncə şəhərində "Mərkəzi Univermaq"da 150 manata sataraq Müşkiyev və Əsədov soyadlı şəxslərə 25 və 10 manat məbləğində olan borcunu qaytararıb, daha sonra onlardan halallıq istəyib. Mobil telefonun satışından qalan pulun digər hissəsinə "Want" siqareti, spirtli içki və "Snus" adlanan vasitə alıb.

Sevdiyi qız da ona “yox” deyib...

Faciə baş verməzdən əvvəl Elgünün sevdiyi qıza etiraf etməsi məsələsi isə xüsusilə diqqət çəkir. Belə ki, o, “WhatsApp” vasitəsilə Pərvin adlı qıza sevgisini etiraf edib. Qız isə onun hisslərinə hörmət etdiyini bildirərək, Elgünə rədd cavabı verib.

Bundan əlavə, Elgünün başqa şəxslərlə hər hansı formada münaqişəsi olmayıb. Yalnız sevdiyi qızın ona dəfələrlə rədd cavabı verməsi, evdə təzyiqə məruz qalması onda ruh düşkünlüyünün yaranmasına səbəb olan amillər kimi ön plana çıxır”.

Bütün bu üzə çıxan faktlar isə Elgünün ölümündə digər versiyalardan daha çox, intihar ehtimalının daha böyük olduğunu deməyə əsas verir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda daha iki dövlət qurumu LƏĞV EDİLİR

Azərbaycanda daha iki dövlət qurumu LƏĞV EDİLİR

Qordon İlham Əliyevlə birgə FOTOSUNU paylaşdı

Qordon İlham Əliyevlə birgə FOTOSUNU paylaşdı

Zelenski: Rusiya döyüş meydanında təşəbbüsü əldən verib

Zelenski: Rusiya döyüş meydanında təşəbbüsü əldən verib

Prezidentlər Ağdamın Baş Qərvənd kəndində məktəb binasının təməlini qoydular - FOTO

Prezidentlər Ağdamın Baş Qərvənd kəndində məktəb binasının təməlini qoydular - FOTO

Prezidentin maşınında selfi çəkdi - Foto

Prezidentin maşınında selfi çəkdi - Foto

Moldova Rusiyaya nota VERDİ

Moldova Rusiyaya nota VERDİ

Təsadüfi ad bənzərliyi yoxsa tarix? - Sumqayıt və Ukraynanın Sumi şəhəri arasında SİRLİ ƏLAQƏ - FOTO

Təsadüfi ad bənzərliyi yoxsa tarix? - Sumqayıt və Ukraynanın Sumi şəhəri arasında SİRLİ ƏLAQƏ - FOTO

Sahibə Qafarovanın Parlamentlərarası İttifaqın prezidenti postuna namizədliyi irəli sürüldü

Sahibə Qafarovanın Parlamentlərarası İttifaqın prezidenti postuna namizədliyi irəli sürüldü

Sabah 40 dərəcə isti olacaq – PROQNOZ

Sabah 40 dərəcə isti olacaq – PROQNOZ

Ötən ay ən çox bahalaşan və ucuzlaşan MƏHSULLAR – SİYAHI

Ötən ay ən çox bahalaşan və ucuzlaşan MƏHSULLAR – SİYAHI

“AzerGold”un təşkilatçılığı ilə Göygöldə səyyar tibbi müayinə aksiyası keçirildi – FOTO/VİDEO

“AzerGold”un təşkilatçılığı ilə Göygöldə səyyar tibbi müayinə aksiyası keçirildi – FOTO/VİDEO

Masallıda yük maşını yandı – VİDEO

Masallıda yük maşını yandı – VİDEO

Almaniyada həddindən artıq isti havadan sonra güclü dolu yağdı – VİDEO

Almaniyada həddindən artıq isti havadan sonra güclü dolu yağdı – VİDEO

Maşın Qudyalçaya aşdı: Sürücü yuxulu imiş - VİDEO

Maşın Qudyalçaya aşdı: Sürücü yuxulu imiş - VİDEO

Prezidentlərin Şuşa görüşündən ən yaddaqalan ANLAR – VİDEO

Prezidentlərin Şuşa görüşündən ən yaddaqalan ANLAR – VİDEO

Şahzadə Harri yoqa zamanı keçinin zərbəsinə tuş gəldi – FOTO

Şahzadə Harri yoqa zamanı keçinin zərbəsinə tuş gəldi – FOTO

75 yaşlı qadın sirkədən zəhərlənib öldü

75 yaşlı qadın sirkədən zəhərlənib öldü

Alsu boşandıqdan sonra şəxsi həyatı haqda İLK DƏFƏ danışdı

Alsu boşandıqdan sonra şəxsi həyatı haqda İLK DƏFƏ danışdı

Pensiyaçılara ŞAD XƏBƏR

Pensiyaçılara ŞAD XƏBƏR

Prokuror "Beniz"ə ağır cəza istədi

Prokuror "Beniz"ə ağır cəza istədi

Aqrar təyinatlı torpaqların 5 ha-dan kiçik hissəyə bölünməsinə İCAZƏ VERİLMƏYƏCƏK

Aqrar təyinatlı torpaqların 5 ha-dan kiçik hissəyə bölünməsinə İCAZƏ VERİLMƏYƏCƏK

70 manatlıq rüsumu kimlər ÖDƏMƏLİ OLACAQ?

70 manatlıq rüsumu kimlər ÖDƏMƏLİ OLACAQ?

"Qarabağ" daha bir legioneri klubdan GÖNDƏRİR - FOTO

"Qarabağ" daha bir legioneri klubdan GÖNDƏRİR - FOTO

“Zara”nın "ölümcül şalvar"ları: Dəbsevərlər kütləvi şəkildə yıxılırlar – FOTO-VİDEO

“Zara”nın "ölümcül şalvar"ları: Dəbsevərlər kütləvi şəkildə yıxılırlar – FOTO-VİDEO

End of content

No more pages to load

RADİO